/ / COVİD-19-a yoluxma dinamikasında artım müşahidə olunmaması üçün karantin rejiminin qaydalarına əməl edilməlidir
COVİD-19-a yoluxma dinamikasında artım müşahidə olunmaması üçün karantin rejiminin qaydalarına əməl edilməlidir
16.07.2020 [09:23]
Ekpertlərin fikrincə, insanlar kütləvi aksiyalardan, ziyarətlərdən və dəfn mərasimlərində iştirakdan çəkinməlidirlər
İyulun 12-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı yenidən silahlı təxribata əl atması, Tovuz rayonunun bir sıra kəndlərini, habelə sərhəd zonasında yerləşən postlarımızı artilleriya atəşinə tutması nəticəsində şəhid olmuş zabit və əsgərlərimizlə kütləvi vida mərasimləri keçirilir, onlar bölgələrimizdə insan kütlələri tərəfindən böyük coşğu ilə qarşılanır. Təbii ki, bu fakt Azərbaycan xalqının öz ordusuna, əsgərinə verdiyi dəyərin, hörmətin ifadəsidir. Lakin ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasının bitmədiyi də yaddan çıxmamalıdır. Bu baxımdan, istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə keçirilən ordumuza dəstək aksiyaları pandemiyanın arealının yenidən genişlənməsinə şərait yarada bilər.
Qeyd etmək lazımdır ki, iyulun 14-də Daxili İşlər Nazirliyi də xüsusi karantin rejimi ilə bağlı vətəndaşlara müraciət ünvanlayıb. Müraciətdə vətəndaşlarımızı bütün dünyada qlobal problemə çevrilmiş daha bir düşmənin - koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağa, yoluxma riskini dəfələrlə artıran toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırış öz əksini tapıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, şəhid olmuş zabit və əsgərlərimizin ailələrini təsəlli etmək, bu ağır günlərdə onların yanında olmaq və hörmətini göstərmək istəyən bəzi vətəndaşlarımız karantin qaydalarına riayət etmirlər. Bu isə özlüyündə yenidən böyük fəsadlara yol aça bilər. Millət vəkili regionlarda və paytaxt Bakıda keçirilən orduya kütləvi dəstək aksiyalarının da insanların sağlamlıqları üçün təhlükəli olduğunu diqqətə çatdırıb. O bildirib ki, iyulun 14-də Bakıda keçirilən kütləvi aksiyada bütün karantin qaydaları pozulub və bu, qarşıdakı günlərdə ağır nəticələri üzə çıxara bilər: “COVİD-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda aksiyaların keçirilməsi, minlərlə insanın bu aksiyalara qoşulması virusun daha geniş yayılması və insanların həyatını təhlükə qarşısına qoyması üçün əlverişli şərait yaratdı. Bu, istər dəfn mərasimlərində, istərsə də dəstək xarakterli kütləvi yürüşlərdə müşahidə olundu. Təbii ki, xalqımızın şəhidlərimizə ehtiramı böyükdür və onların xatirələrini əziz tutmaq hər birimizin borcudur. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti koronavirus adlı başqa bir düşmənlə də mübarizə aparır. Bu mübarizədə də bizlər həmrəylik nümayiş etdirməliyik və bu bəlanın yenidən yayılmasının qarşısını almaq üçün qaydalara riayət olunmalıdır. İyulun 14-də keçirilən aksiyada distansiyanın gözlənməməsi, maskalardan istifadə olunmaması, insanlar arasında sıx təmaslar adi hala çevrildi. Bu, yolverilməzdir. Həmin aksiyada cəmi bir neçə COVİD-19 infeksiyası daşıyan şəxsin olması bəs edə bilər ki, yoluxma halı genişlənsin. Fikrimcə, vətəndaşlarımız mütləq şəkildə karantin qaydalarına ciddi riayət etməli, tələbləri yerinə yetirməlidirlər. İyulun 14-də baş tutmuş kütləvi aksiyaların təkrarlanması COVİD-19 pandemiyasının qarşısıalınmaz hala çevrilməsi ilə nəticələnə bilər”.
Milli Məclisin deputatı Azər Badamov da keçirilən kütləvi aksiyaların, dəfn mərasimlərində yaşanan kütləviliklərin pandemiyanın yayılmasına şərait yarada biləcəyini diqqətə çatdırıb. Millət vəkili qeyd edib ki, yeni yoluxmaların baş verməsi ciddi problemlərə səbəb ola bilər: “Vətəndaşların həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara kütləvi şəkildə toplaşması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun yayım sürətini daha da artırır. Bir müddət sonra biz bu kütləviliyin acı nəticələrini görə bilərik. Böyük ehtimal ki, yoluxma dinamikasında da artım müşahidə olunacaq. Bu isə indiyə qədər pandemiyanın aradan qaldırılması istiqamətində görülən bütün əziyyətlərin boşa çıxması deməkdir. Buna yol vermək olmaz. Vətəndaşlarımız bilməlidirlər ki, bu hal dövlətimizi çətin situasiyalarla üz-üzə qoya bilərlər. Bu isə yalnız düşmənlərin maraqlarına xidmət edəcək”.
Millət vəkili xüsusi olaraq vurğulayıb ki, insanların kütləvi şəkildə dəfn mərasimlərində iştirakı və həmin yerlərdə hərbçilərlə, zabitlərlə sıx təmasları ordu üçün də ciddi təhlükə yaradır: “Anlamaq lazımdır ki, dəfn mərasimlərində iştirak edən hərbçiləri pandemiyaya yoluxdurma təhlükəsi ortaya çıxır. Bu, arzuolunmaz bir haldır. Bütün bunlara yol verməmək üçün insanlarımız kütləvi aksiyalardan, ziyarətlərdən, dəfn mərasimlərində iştirakdan çəkinməlidir. Vətəndaşlarımız daha məsuliyyətli davranmaqla, karantin rejiminə riayət etməklə, sabitliyi və təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də milli ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə mühüm töhfələrini vermiş olacaqlar”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
02 Oktyabr 08:10
Dünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10

