/ / ATİB Ermənistanın təxribatını və Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş təcavüzünü qəti şəkildə pisləyir
ATİB Ermənistanın təxribatını və Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş təcavüzünü qəti şəkildə pisləyir
17.07.2020 [07:56]
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti təxribat törədərək qəflətən hərbi postumuza artilleriya atəşi açıb və mövqelərimizi ələ keçirməyə cəhd göstərib. Düşmən tərəfin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində bir neçə hərbiçimiz həlak olub və yaralanıb. Eyni zamanda, şəhidlər versək də, ordumuz bu dəfə də düşmənin hərbi bölmələrinə sarsıdıcı zərbələr endirib, dövlət sərhədlərimizi rəşadətlə qoruyub. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib.
Qeyd edək ki, Ermənstanın növbəti təcavüz aktı bir sıra ölkələr, həmçinin müxtəlif qurumlar tərəfindən qətiyyətlə pislənilib, bununla bağlı verilən bəyanatlarda birmənalı olaraq bildirilib ki, münaqişə sülh yolu ilə, beynəlxalq hüququn qəbul olunmuş prinsip və normaları, yəni Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında həllini tapmalıdır.
Öz növbəsində Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) son hadisələrlə bağlı bəyanat qəbul edib. “Azərbaycan Türkiyə İş Adamları Birliyi özünün çoxsaylı üzvləri timsalında son günlərdə baş verən döyüşlərdə Vətənin bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş zabitlərimizə, hərbi qulluqçularımıza və vətəndaşımıza Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Yaralanmış əsgərlərimizə Allahdan şəfa və tezliklə sağalaraqVətənin müdafiəsinə dönmələrini diləyirik” sözləri ilə başlayan bəyanatda deyilir ki, ATİB Ermənistanın təxribatını və Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş təcavüzünü qəti şəkildə pisləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şərəfli Milli Ordusunun bu təcavüzün qarşısının alınmasındakı fəaliyyətini yüksək qiymətləndirir və dəstəkləyir.
“Təəssüf ki, beynəlxalq ictimaiyyətin bəzi üzvləri yenə də Ermənistanın açıq-aşkar təcavüzünü qəti şəkildə pisləməməklə və özünün torpaqlarını qoruyan, bütün beynəlxalq hüquq normalarına görə haqlı olan Azərbaycanı da Ermənistanla bir sıraya qoymaqla özlərinin əsl xislətlərini göstərirlər. Beynəlxalq hüquq prinsiplərinə zidd olan bu cür mövqeləri qəti şəkildə pisləyir, beynəlxalq ictimaiyyəti Ermənistan-Azərbaycan münaqişəsi üzrə ədalətli mövqe sərgiləməyə çağırırıq.
Bu baxımdan qardaş Türkiyənin nümayiş etdirdiyi ədalətli mövqeni və Azərbaycana verdiyi birmənalı dəstəyi təqdir edir, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın 14 iyul 2020-ci il tarixində verdiyi bəyanatı vətənlərini sevən bütün Azərbaycan və Türkiyə vətəndaşları kimi yüksək qiymətləndiririk. Bu bir daha göstərdi ki, Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətlərinin olduğu Azərbaycanın haqqına, hüququna və torpaqlarına yönəlik hər cür hücumun qarşısında yer almaqda əsla tərəddüd göstərməyəcək və Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcək.
ATİB-in işğal edilmiş torpaqlarımızın Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı və müzəffər ordumuz tərəfindən azad ediləcəyinə inamı tamdır və Azərbaycanı, Vətənini sevən hər kəsi Milli Ordumuzun ətrafında sıx birləşməyə dəvət edirik.
Zəfər bizimlə olacaq!”, - deyə bəyanatda daha sonra bildirilir.
Xəbər lenti
Hamısına baxDünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00

