/ / Təranə Paşayeva: Xalq öz dövlətinə, Prezidentinə və ordusuna etimadını bir daha qətiyyətlə nümayiş etdirdi
Təranə Paşayeva: Xalq öz dövlətinə, Prezidentinə və ordusuna etimadını bir daha qətiyyətlə nümayiş etdirdi
20.07.2020 [12:45]
"Qüdrətli Azərbaycan Ordusu düşmənin istənilən təxribatına layiqli cavab vermək iqtidarındadır. Milli Ordumuz döyüş meydanında öz gücünü göstərərək Ali Baş Komandanın rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu sübuta yetirib". Bu fikirləri "Yeni Azərbaycan" qəzetinə açıqlamasında "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva söyləyib.
Təranə Paşayeva bildirib ki, bu gün Azərbaycan dövləti dünyanın ən güclü ordularından birinə sahibdir. Bu ordu qarşıya qoyulan istənilən vəzifənin, hərbi tapşırığın öhdəsindən gəlmək qüdrətinə malikdir: "Təcavüzkar Ermənistan dövlətinin davamlı olaraq atəşkəs rejimini pozaraq törətdiyi təxribatlara adekvat cavab verilməsi bu reallığın bariz nümunəsidir".
"Bilindiyi kimi, iyulun 12-də Azərbaycan- Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti qanlı toqquşmalar baş verib. Ermənistanın məkrli və çirkin təxribatının qarşısı müzəffər ordumuz tərəfindən, qəhrəman oğullarımızın qanı bahasına qətiyyətlə alınıb və bundan sonra da alınacaq. Bunun ardınca iyulun 14-dən 15-nə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə aksiya keçirildi, xalq qətiyyətlə öz dövlətinə, Prezidentinə və ordusuna etimadını, vətənpərvərlik ruhunun nə dərəcədə yüksək olduğunu bir daha ortaya qoydu. Bu mənzərəni seyr etmək, yürüş zamanı səsləndirilən şüarları dinləmək sevindirici və qürurverici idi. Aksiyanın gedişində, eləcə də sosial şəbəkələrdə insanlar - yaşından, cinsindən və sosial vəziyyətindən asılı olmayaraq, bütün vətəndaşlar Ali Baş Komandanın əmrini gözlədiklərini və onun ətrafında səfərbər olduqlarını bir daha nümayiş etdirdilər. Qeyd etməyi özümə borc bilirəm ki, xalqımız dövlət başçısının milli maraqlara əsaslanan siyasətini, dövlətin təhlükəsizliyinə, qüdrətinin artırılmasına, vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılmasına, sağlamlığının mühafizəsinə yönəldilmiş islahatlar xəttini ciddi şəkildə dəstəkləyir. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikası məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü dövlətinə çevrilib. Əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz şəhidlərimizin qanı, xalqımızın əyilməz iradəsi, cəmiyyətin bütün təbəqələrinin zəhməti bahasına qazandığımız dəyərləri və uğurları əldən verə bilmərik", - deyə Təranə Paşayeva bildirib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42

