Cinayət mühakimə icraatında innovasiyalar tətbiq olunur
21.07.2020 [08:48]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üzrə məqsədyönlü addımlar atılır. Dünyada tüğyan edən və insanların sağlamlığını təhdid edən COVID-19 qlobal pandemiyasına qarşı qəti tədbirlər görülərək xalqımız dövlətimizin başçısının və Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın bu bəla ilə mübarizədə çağırışlarına qoşularaq sosial həmrəylik nümayiş etdirirlər.
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın növbəti hərbi təxribatı nəticəsində baş verən toqquşmalar və qanlı döyüşlər, hərbçilərimizin şücaəti dövlətimizin, ordumuzun gücünü, xalqımızın Azərbaycan Prezidenti, Ali Baş Komandanın ətrafında sıx səfərbər olmasını göstərir.
Cari ildə dövlətimizin başçısı tərəfindən yeni çağırışlara uyğun aparılan hərtərəfli islahatlar çərçivəsində ədliyyə və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə də ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmana əsasən, dövlətimizin başçısının humanist siyasətinin təzahürü olaraq, bu il mayın 1-də qəbul olunmuş Qanunla cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllər dekriminallaşdırılıb, zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunub. Bununla əlaqədar nazirlik tərəfindən yeni Qanunun tətbiqinin təmin olunması məqsədilə artıq 600 məhkumun işləri öyrənilib və onların qanunun təsiri altına düşməsi təhlil edilib.
Fərmanın icrası çərçivəsində, həmçinin hazırlanaraq qəbul olunmuş Cinayət Prosessual Məcəlləsinə edilmiş dəyişikliklərlə cinayət işlərində videokonfransın keçirilməsi imkanı yaradılıb. Belə ki, qanunvericilikdəki yeniliklərlə cinayət mühakimə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması qaydası, cinayət prosesi iştirakçılarının məhkəmə və istintaq orqanına gəlmədən məsafədən prosesdə iştirakı, məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparılması və s. müəyyən olunub.
Həmçinin məhkəmə icraatı uzadılmadan hazırlıq iclasında cinayət təqibinə xitam verilməsi imkanları genişləndirilib, kassasiya şikayəti (protesti) verilməsi müddətləri qısaldılıb, habelə onların verilməsi və baxılması proseduru təkmilləşdirilib, eləcə də xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın aparılması qaydası təsbit edilib.
COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin elan olunduğu indiki dövrdə bu innovasiyanın tətbiqi xüsusi əhəmiyyət kəsb etməklə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və əlçatanlığın asanlaşdırılmasına, tərəflərin təhlükəsizliyinin və məsafədən dindirilməsinin təmin olunmasına, əlavə vaxt itkisinin və xərclərin, süründürməçiliyin qarşısının alınmasına xidmət edir.
Cari il iyulun 15-dən yeni Qanunun qüvvəyə minməsi ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal zəruri tədbirlər görülüb və məhkəmələrin karantin rejiminə uyğun fəaliyyət göstərməsi nəzərə alınaraq iyulun 16-dan cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb.
Nazirliyin vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu Komissiyasının rəyləri nəzərə alınmaqla göndərdiyi təqdimatlara məhkəmələr tərəfindən təxirəsalınmadan onlayn qaydada baxılaraq 70 nəfərə yaxın şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya daha yüngül rejimli müəssisəyə keçirilib. Eyni zamanda, cəza siyasətinin humanistləşdirilməsinə dair yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı təqdimatlara baxılaraq artıq 130 nəfərə yaxın şəxs müxtəlif cəzadan azad olunub və ya cəzası azaldılıb.
İndiki pandemiya şəraitində belə bir humanist institutlarının innovasiyalardan istifadə edilməklə tətbiqi dövlətimizin insanların sağlamlığına, hüquq və mənafelərinə qayğılı münasibətinin təzahürüdür.
Qeyd edək ki, pandemiya dövründə vətəndaşların mülki hüquqlarının məhkəmə müdafiəsinin yaxşılaşdırılması məqsədilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aprel ayından etibarən qeyri-cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında keçirilməsi imkanı da yaradılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54

