/ / “Yeni Azərbaycan” qəzeti KİVDF-nin elan etdiyi müsabiqə üzrə növbəti onlayn “dəyirmi masa” keçirib
“Yeni Azərbaycan” qəzeti KİVDF-nin elan etdiyi müsabiqə üzrə növbəti onlayn “dəyirmi masa” keçirib
31.07.2020 [13:12]
“Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində: milli-strateji maraqlar kontekstində” mövzusunda təşkil edilən tədbirdə ölkəmizin xarici siyasət kursunun strateji prioritetləri və istiqamətlərindən, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf dinamikasından bəhs edilib
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə elan edib. Müsabiqə çərçivəsində KİVDF tərəfindən “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”na uyğun olaraq 19 istiqamət üzrə layihə-təkliflər təqdim olunub.
“Yeni Azərbaycan” qəzeti “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”, “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi”, eləcə də “Azərbaycançılıq ideyasının təbliği” istiqamətləri üzrə müsabiqənin qalibi olub. Redaksiya tərəfindən müsabiqə şərtlərinə uyğun olaraq qəzetin səhifələrində hər üç istiqamət üzrə müntəzəm qaydada materiallar dərc olunur. Eyni zamanda, “Yeni Azərbaycan” qəzetinin redaksiyası layihələrin icrası çərçivəsində müvafiq mövzuların müzakirəsi ilə bağlı onlayn “dəyirmi masa”lar keçirir. Beləliklə, iyulun 27-də növbəti “dəyirmi masa” “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi” istiqaməti üzrə “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində: milli-strateji maraqlar kontekstində” mövzusunda keçirilib. “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru, layihə rəhbəri Nurlan Qələndərlinin moderatorluğu ilə keçirilən “dəyirmi masa”da Milli Məclisin deputatı Ramil Həsən, millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu, AMEA-nın Naxçıvan bölməsinin Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Arif iştirak ediblər.
Tədbirdə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın xarici siyasət kursunun strateji prioritetləri və istiqamətlərindən, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf dinamikasından danışılıb. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu çoxvektorlu, praqmatik və milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu aktor, həmçinin etibarlı strateji tərəfdaş kimi tanınır. Ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətləri uğurla inkişaf edir, respublikamız regional və beynəlxalq təşkilatlarda müvəffəqiyyətlə təmsil olunur. Diqqətə çatdırılıb ki, Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən geostrateji əhəmiyyətli enerji və nəqliyyat-kommunikasiya layihələri regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi, əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Onlayn “dəyirmi masa”da mövzu ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

