Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qaradağ rayonunda Dövlət Proqramından irəli gələn vəzifələr yüksək göstəricilərlə yerinə yetirilib

Qaradağ rayonunda Dövlət Proqramından irəli gələn vəzifələr yüksək göstəricilərlə yerinə yetirilib

04.03.2010 [11:27]

ötən il ərzində rayonda yeni sənaye müəssisələri və iş yerləri açılıb, insanların sosial rifah halı yüksəlib
Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil Azərbaycanın hərtərəfli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri nəzərə alınmaqla uğurla davam etdirilməsi milli iqtisadiyyatımızın regional və qlobal sınaqlara dözümlülüyünü artırıb, sosial-iqtisadi islahatlarla müəyyən edilmiş məqsədlərə nail olunmasını, nəhəng dövlət proqramlarının və iri infrastruktur layihələrinin həyata keçirilməsini təmin edib. Prezident İlham Əliyevin ötən il imzaladığı 181 Qanun, 169 Fərman, 562 Sərəncam da bilavasitə ölkənin hərtərəfli inkişafına, iqtisadi qüdrətinin artırılmasına, idarəetmə strukturunun təkmilləşdirilməsinə xidmət edib və bu proses davam edəcək.
Məlum olduğu kimi, 2009-cu il dünya iqtisadiyyatı üçün olduqca çətin və mürəkkəb illərdən biri olub, qlobal maliyyə və iqtisadi böhran, hətta dünyanın aparıcı ölkələrini çətin duruma salıb. ümumi daxili məhsul MDB məkanı ölkələrində bütövlükdə 9 faiz azaldığı halda, Azərbaycanda bu göstərici 9,3 faiz, sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı istehsalı 3,5 faiz artıb və ilk dəfə olaraq ölkədə rekord səviyyədə - 3 milyon ton taxıl istehsal edilib. 2010-cu ilin yanvar ayının yekunlarına əsasən respublikamızda ümumi daxili məhsul 13,7 faiz, sənaye istehsalı isə 9,2 faiz artıb.
Təbii ki, ölkə üzrə müxtəlif sferalarda əldə edilən uğurlar Qaradağ rayonundan da yan keçməyib, qlobal iqtisadi və maliyyə böhranının doğurduğu çətinliklərə baxmayaraq, rayonun sosial-iqtisadi həyatının bir sıra sahələrində son illər müşahidə olunan inkişaf dinamikası 2009-cu ildə də qorunub saxlanılıb. Belə ki, rayonun sənayesində 336206,4 min manatlıq sənaye məhsulu istehsal edilib. Sənayedə qeyri-dövlət müəssisələri tərəfindən 130793,7 min manatlıq və ya ümumi istehsalın 38,9 faizi, dövlət müəssisələri tərəfindən isə 205412,7 min manatlıq və ya ümumi istehsalın 61,1 faizi qədər sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib.
2009-cu ilin yanvar-dekabr aylarında istehlakçılara 377563,6 min manatlıq və ya bütün sənaye istehsalının 112,3 faizi qədər sənaye məhsulu göndərilib.
Rayonun neft və qaz hasilatı üzrə aparıcı müəssisələri olan Ə.Əmirov adına Neft Qaz çıxarma İdarəsi tərəfindən ötən il ərzində 68435 ton və ya plan-proqnoz üzrə 100 faiz neft, 46 milyon 252 min kub metr və ya plan-proqnoz üzrə 141 faiz qaz, N.Nərimanov adına Neft Qaz çıxarma İdarəsi tərəfindən 382165 ton və ya plan-proqnoz üzrə 100 faiz neft, 489 milyon 350 min kub metr və ya plan-proqnoz üzrə 85,7 faiz qaz hasil edilib.
2009-cu ildə rayon üzrə sement istehsalı 1 milyon 143,1 min ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 82.1 faiz, mişar daşı istehsalı 161,0 min ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 86,0 faiz təşkil edib. Yaxın illərdə Sahil və Qızıldaş qəsəbələrində inşa olunacaq yeni sement zavodlarının istifadəyə verilməsi hesabına rayonda sement istehsalının həcmi bir neçə dəfə artacaq.
Əsas kapitala yönəldilmiş investisiyalar isə 216404,7 min manat olub ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 58,6 faiz təşkil edir. İstifadə edilmiş investisiyaların 65,5 faizi istehsal təyinatlı obyektlərin inşasına sərf edilib. Nəqliyyat sektorunda 10675,4 min manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 34,0 faiz, rabitə sahəsində 1727,9 min manatlıq və ya 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz çox xidmətlər göstərilib.
Bütövlükdə 2009-cu il ərzində əhaliyə 406208,1 min manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib. Pərakəndə əmtəə dövriyyəsi 2,9 dəfə artaraq 333416,8 min manata, pullu xidmətlərin həcmi 17,4 faiz artaraq 72791,3 min manata çatıb. İstehlak mallarının 11,0 faizi hüquqi şəxslər, 70,2 faizi kənd təsərrüfatı bazarı və yarmarka, 18,8 faizi fiziki şəxslər tərəfindən realizə olunub. Təqdirəlayiq haldır ki, əmtəə dövriyyəsinin 99,9 faizi, pullu xidmətlərin isə 87,9 faizi özəl bölmə tərəfindən həyata keçirilib.
Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta əməkhaqqı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artaraq 465,5 manat, sənaye sahələrində çalışanların əməkhaqqı isə 6,7 faiz artaraq 625,4 manat təşkil edib.
Respublikada həyata keçirilən ünvanlı sosial yardım proqramı çərçivəsində ötən il ərzində Qaradağ rayonunda 1942 ailəyə orta hesabla təxminən 111,2 manat məbləğində ünvanlı sosial yardım verilib və 1244 nəfərə orta hesabla 243 manat məbləğındə yeni əmək pensiyası təyin edilib. Hazırda rayon üzrə 14353 əmək pensiyaçısının bir nəfərinə düşən orta aylıq pensiyanın məbləği təxminən 136 manat təşkil edir ki, bu da ümumrespublika göstəricisindən 36 faiz çoxdur.
Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə yönələn dövlət proqramlarının icrası nəticəsində rayonda 2003-cü ilin oktyabr ayından bu günədək 4 994 yeni iş yeri açılıb ki, bunlardan da 773 iş yeri 2009-cu ilin payına düşür. ötən dövrdə Qaradağ rayonunun ərazisində “Binə” və “Sədərək” kimi nəhəng ticarət mərkəzlərinin böyük bir hissəsinin istifadəyə verilməsinin rayon əhalisinin məşğulluğunun artırılmasına müsbət təsiri olub.
Eyni zamanda, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, böyük həcmdə investisiyaların cəlb ediləcəyi Ələt qəsəbəsində regionda ən böyük Dəniz Limanının və Sahil qəsəbəsində Gəmiqayırma zavodunun bu il inşasına başlanılması, 2008-ci il aprelin 14-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan “Qaradağ-sement” ASC-nin 400 milyon dollar dəyərində irimiqyaslı yenidənqurma layihəsinin davam etdirilməsi, eləcə də, Qızıldaş qəsəbəsində yeni Sement zavodunun inşasına başlanılması, Puta qəsəbəsində Metanol zavodunun tikintisinin başa çatmaq üzrə olması və digər layihələrin icrası yaxın illərdə Qaradağ rayonunun sosial-iqtisadi tərəqqisinə və rayonda yüzlərlə yeni iş yerlərinin açılmasına köməklik göstərəcək.
2009-cu ildə rayon əhalisinin və sosial obyektlərin zəruri təsərrüfat və kommunal xidmətləri ilə təchizatının yaxşılaşdırılması üçün xeyli həcmdə məqsədyönlü tədbirlərin reallaşdırılması təmin olunub. Belə ki, rayonun istilik enerjisi ilə təchizatının mərkəzləşdirilmiş qaydada səmərəli təşkili üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin 10 saylı İstilik Sistemləri İstismarı Sahəsi tərəfindən bu istiqamətlərdə yenidənqurma işləri davam etdirilib, Lökbatan, Sahil və Ələt qəsəbələrində 3 876 p/m məhəllədaxili istilik xətləri çəkilib, 2 425 p/m uzunluğunda binaların daxili şaquli istilik boruları və dayaqları yenisi ilə əvəz edilib, təhsil, səhiyyə və məktəbəqədər tərbiyə müəssisələrində 204 ədəd müasir istilik radiatorları quraşdırılıb. Hazırda rayon üzrə 34 çoxmərtəbəli yaşayış binası, 17 məktəbəqədər tərbiyə, 18 təhsil, 8 səhiyyə müəssisəsi cari qış mövsümündə istilik enerjisi və təbii qazla normal şəkildə qızdırılır.
Əhalinin enerjidaşıyıcıları ilə fasiləsiz təchizatı, enerji resurslarının, xüsusilə elektrik enerjisi və təbii qazın uçotu, istifadəsi və dəyərinin ödənilməsi istiqamətlərində də xeyli məqsədyönlü işlər görülüb. Belə ki, rayonun enerji təchizatının yaxşılaşdırılması üçün 2009-cu il ərzində 7 ədəd yeni kompleks transformator məntəqəsi tikilib, 108 transformator məntəqəsinin avadanlıqları təmir olunub, 9 məntəqənin 0,4 kv-luq şəbəkəsi 18 522 metr uzunluğunda SİP kabelləri vasitəsi ilə yenidən qurulub, 6 ədəd güc transformatoru qoyulub, müxtəlif qəsəbə və yaşayış məntəqələrində 21227 metr yüksək və 9405 metr aşağı gərginlikli hava naqilləri çəkilib, 2900 metr yüksək və 4053 metr aşağı gərginlikli kabel xətləri dəyişdirilib, rayon üzrə 70 ədəd 0,4 kv-luq dayaq, 1458 ədəd elektron sayğac quraşdırılıb və 35 671 metr uzunluğunda müxtəlif markalı kabel sayğaclaşmaya sərf olunub.
Elektrik enerjisi ilə yanaşı, əhalinin təbii qazla təchizatının yaxşılaşdırılması məqsədilə hesabat dövründə rayonun Lökbatan, Sahil, Qızıldaş və digər qəsəbələrində 3 193 p/metr uzunluğunda yeni qaz kəməri çəkilib, 1685 p/metr uzunluğunda qaz xətləri əsaslı təmir olunub, 18 ədəd müasir tipli qaz tənzimləyici şkafı quraşdırılıb və 12 ədəd qaz siyirtməsi dəyişdirilib. Rayonun qaz təsərrüfatında görülmüş məqsədyönlü işlərin nəticəsi olaraq məlum qarlı hava şəraiti müşahidə olunan günlərdə əhalinin və sosial obyektlərin təbii qazla təchizatında elə bir ciddi çətinlik yaranmayıb.
2009-cu ildə əhalinin içməli su ilə təchizatının və kanalizasiya xidməti ilə təminatının normallaşdırılması üçün Lökbatan, Sahil, ümid, Səngəçal, çeyildağ, Qobustan və Qızıldaş qəsəbələrində 6 145 p/metr yeni su kəmərləri, 3138 p/metr məhəllə və binadaxili su xətləri çəkilib, 12 su nasosxanası təmir edilib. Lökbatan qəsəbəsinin VI və VIII yaşayış massivləri üçün yeni su nasosxanası və anbar tikilərək istifadəyə verilib. Bundan əlavə, 1 765 p/metr yeni kanalizasiya kəməri çəkilib, 1 840 p/metr məhəllə və binadaxili kanalizasiya xətləri təmir edilib, 89 quyunun təmiri başa çatdırılıb və 95 lyuk quraşdırılıb. Bununla belə, rayonun su təsərrüfatında və kanalizasiya sistemində uzun illərdir həllini gözləyən və sakinlərin haqlı narazılığına səbəb olan bir sıra ciddi problemlər hələ də qalmaqdadır.
Hesabat dövründə dövlət proqramları ilə yanaşı, rayonun daxili imkanları hesabına qəsəbələrdə və yaşayış massivlərində geniş quruculuq və abadlıq işlərinin həyata keçirilməsi rayon İcra Hakimiyyətinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edib. Belə ki, rayonun Lökbatan, Sahil, Qobustan, Ələt, Korgöz, Qızıldaş, Müşfiqabad və digər qəsəbələrində müxtəlif küçələrə və qəsəbədaxili yollara ümumilikdə, 108 560 kv.metr sahəyə 18,7 km uzunluğunda yeni asfalt örtüyü döşənib, piyada səkilərinə 2500 kv.metr bəzəkli tamet düzülüb və 2740 kv.metr sahədə yeni qazon salınıb. Eyni zamanda, rayonun daxili imkanları hesabına Lökbatan qəsəbəsində S.Orucov küçəsində 1,5 hektar ərazidə müasir standartlar səviyyəsində yeni mədəniyyət və istirahət parkının salınmasına, həmin parkda Heydər Əliyev elmi-tədris mərkəzinin inşasına hazırlıq işləri görülüb və yaxın vaxtlarda Sahil qəsəbəsində böyük dənizkanarı parkın tikintisinə başlanılacaq. Bundan əlavə, respublikanın aidiyyəti qurumları tərəfindən Bakı-Astara (Qazax) magistral avtomobil yolunun rayon ərazisindən keçən 14-79-cu km-lik hissəsində ümumilikdə 60 400 kv metr sahəyə 10,4 km uzunluğunda yeni asfalt örtüyü döşənib və Lökbatan-Xocahəsən yolunun əsaslı təmiri demək olar ki, başa çatdırılıb.
Prezident İlham Əliyevin Bakı şəhərində ekoloji vəziyyətin sağlamlaşdırılması və respublikada yaşıllaşdırma işlərinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlarının icrasının təmin edilməsi, xüsusilə, 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə bağlı Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün rayon İcra Hakimiyyətinin xüsusi tədbirlər planı hazırlanıb, qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların bütün imkanları bu istiqamətlərə səfərbər edilib, kütləvi iməciliklər təşkil olunub və ölkəmizin hər yerində olduğu kimi, Qaradağ rayonunda da ağacəkmə kampaniyası əsl ümumxalq hərəkatına çevrilib.
Belə ki, ötən müddət ərzində rayonun qəsəbələrində və yaşayış massivlərində 18500 ədəd, Bakı-Astara (Qazax) magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində 29500 ədəd, Lökbatan-Xocahəsən yolunun ətrafında isə 2000 ədəd, bütövlükdə rayon üzrə 50 mindən yuxarı müxtəlif növ ağac və bəzək kolları əkilib, onlara aqrotexniki qulluğun göstərilməsi və suvarılması təşkil edilib.
Hesabat ilində Qaradağ rayonu ərazisində məskunlaşan 12877 nəfər və ya 3026 məcburi köçkün və qaçqın ailəsinin yaşayış və məişət şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli məsələləri də rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub. ümid qəsəbəsində məskunlaşmış məcburi köçkünlərin sağlamlığının təmin edilməsi məqsədi ilə şəhər və rayon müalicə-profilaktika müəssisələrində çalışan müxtəlif ixtisaslı həkimlərdən yaradılmış tibbi briqadalar tərəfindən onların müntəzəm müayinəsi və müalicəsi işləri təşkil edilib.
Humanitar sahələrdə dövlət siyasətinin həyata keçirilməsi, rayonun təhsil, səhiyyə, mədəni-maarif müəssisələrinin və idman obyektlərinin təmiri, maddi-texniki bazalarının möhkəmləndirilməsi, informasiya-kommunikasiya texnologiyaları ilə təminatının, kommunal xidmətlərlə təchizatının yaxşılaşdırılması və müasir standartlara uyğunlaşdırılması istiqamətlərində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib.
Rayon İcra Hakimiyyətinin fəaliyyətinin prioritet sahələrindən biri də rayonun səhiyyə infrastrukturunun inkişafı, əhalinin sağlamlığının mühafizəsi, sakinlərə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, müalicə-profilaktika işlərinin təkmilləşdirilməsi, infeksion-yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması və bütövlükdə rayonda sanitar-epidemioloji sabitliyin təmin edilməsi təşkil edib. 2009-cu il ərzində rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi, ailə, qadın və uşaq problemlərinin həlli istiqamətlərində də xeyli işlər görülüb.
Bir sözlə, Qaradağ rayonunda Dövlət Proqramından irəli gələn vəzifələr yüksək göstəricilərlə yerinə yetirilib. ötən il ərzində rayonda yeni sənaye müəssisələri və iş yerləri açılıb, insanların sosial rifah halı yüksəlib.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1429 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31