Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Müharibə əlilləri və digər imtiyazlı şəxslərə ilin sonunadək daha 250 avtomobil veriləcək

Müharibə əlilləri və digər imtiyazlı şəxslərə ilin sonunadək daha 250 avtomobil veriləcək

21.08.2020 [08:57]

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin, 1990-cı il 20 Yanvar hadisələri və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təmin olunması işləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2020-ci ildə həmin kateqoriyalardan olan vətəndaşlara daha 400 avtomobilin verilməsi nəzərdə tutulub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilin əvvəlindən bəri həmin kateqoriyadan olanlara 150 avtomobil təqdim edilib və ilin sonunadək daha 250 avtomobil veriləcək.
Təqdim olunan minik maşınları yerli istehsal olan “Khazar LX” avtomobilləridir.
Ümumilikdə indiyədək nazirlik tərəfindən müharibə əlilləri və digər imtiyazlı şəxslərə 6900 avtomobil verilib.

Paylaş:
Baxılıb: 449 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31