Qanunları pozanlar, qaydalara riayət etməyənlər mütləq cəzalarını alırlar
28.08.2020 [09:08]
Vəzifəsindən, statusundan, tutduğu mövqedən asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır
Məlum olduğu kimi, bütün dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində ölkəmizdə mühüm işlər görülüb. Belə ki, cari ilin mart ayından Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Bununla belə, COVİD-19-la mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Lakin təəssüflər olsun ki, istər Bakıda, istərsə də regionlarda bəzi hallarda qanun və qadağaların pozulması halları baş verir. Buna görə də xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda vətəndaş məsuliyyətə cəlb olunub. Bu günlərdə bəzi vəzifəli şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar isə cəmiyyətimizdə kəskin hiddətə səbəb olub.
Yeri gəlmişkən, Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, heç kim qanundan üstün deyil. Əgər kimsə fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları onlara kömək edəcəklər, səhv edirlər. Azərbaycan hüquqi-demokratik dövlətdir və qanun qarşısında hamı bərabərdir. Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Bu reallığı hamı, həmçinin bəzi akademiklər, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev də bilməli və başa düşməlidir ki, baş verənlərə görə məsuliyyət daşıyırlar. Bu günlərdə Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyundan yayılan kadrlarda mərasimdə xeyli adamın iştirak etdiyi görünür ki, bu da karantin qaydalarının aşkar şəkildə pozulmasıdır. Məlumat üçün bildirək ki, karantin qaydalarını pozaraq övladına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev avqustun 22-də Abşeron Rayon Məhkəməsinə çağırılıblar. Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılan məhkəmədə həmin şəxslər İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilərək 15 sutka müddətinə inzibati qaydada həbs ediliblər.
Onu da xatırladaq ki, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA prezidentinin müşaviri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, həyat yoldaşı Aysel Adıgözəlzadə, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və daha 17 nəfər məsuliyyətə cəlb olunub. Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə müxtəlif məbləğlərdə cərimə ediliblər.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin üzvü Sevinc Hüseynova deyib ki, bu günlərdə bir sıra vəzifəli şəxslərin toy mərasimləri təşkil etməsi cəmiyyətdə ciddi qınaq obyektinə çevrilib: “Sabiq deputat İlham Əliyevin övladının toy mərasiminə ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən insanların qatılması da təəccüb doğurur. Ona görə ki, qaydaların pozulmasına görə sıravi vətəndaşlar məsuliyyət daşıyırlarsa, o zaman vəzifəli şəxslərin məsuliyyəti ikiqat artıqdır. Burada söhbət həm də mənəvi məsuliyyətdən gedir. Çünki onlar tanınmış insanlardır və başqalarına nümunə olmalıdırlar. Belə hərəkətlər qətiyyən qəbuledilməzdir. Azərbaycan hüquqi dövlətdir və heç kim qanundan üstün ola bilməz. Vəzifəsindən, statusundan, tutduğu mövqedən asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır”.
Azərbaycanın dünyada koronavirusla mübarizə sahəsində nümunəvi ölkələrdən biri olduğunu xatırladan S.Hüseynova pandemiya şəraitində hər kəsin məsuliyyətli olmasının vacibliyini vurğulayıb: “Koronavirusla mübarizə çərçivəsində bütün deputatlar, ziyalılar, tanınmış şəxslər ictimaiyyəti, vətəndaşları Operativ Qərargahın tələblərinə riayət etməyə çağırıblar. Azərbaycan Prezidenti bütün çıxış və nitqlərində əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmini məsələlərinin prioritet təşkil etdiyini vurğulayıb. Eyni zamanda, dövlətimizin başçısı dəfələrlə hamının qanun qarşısında bərabər olduğunu qeyd edib. Ona görə də kimliyindən asılı olmayaraq, qanunları pozanlar, qaydalara riayət etməyənlər mütləq cəzalarını alırlar və bundan sonra da alacaqlar”.
Milli Məclisin deputatı Şahin İsmayılov deyib ki, Azərbaycan dövləti qlobal pandemiya dövründə də ölkədə vəziyyəti nəzarətdə saxlamaq, insanların sağlamlıqlarını qorumaq istiqamətində bütün imkanlarından istifadə edir: “Təbii olaraq dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da məhdudiyyətlər tətbiq olunur. Bu məhdudiyyətlərin yeganə məqsədi insanları daha böyük fəsadlardan qorumaqdır. Məhdudiyyətləri tənzimləyən qaydalara isə hər birimiz riayət etməliyik. Burada kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəsdən çox sadə bir tələb var - qaydalara əməl etmək. Pandemiya başlanan zaman ölkə başçısı xalqa çox dəqiq və düşünülmüş bir mesaj verdi - biz birlikdə güclüyük. Birlikdə güclü olmağın bir tərəfi insanların qaydalara əməl etməsidirsə, digər tərəfi məmurların qlobal pandemiya dövründə düşünülmüş həllər təklif etmələri, Operativ Qərargahın işinə öz səlahiyyətləri çərçivəsində dəstək vermələri və ən əsası, qaydalara daha ciddi riayət etmələridir”.
“Əfsuslar olsun ki, bu hallardan düzgün nəticə çıxarmayan və ya çıxarmaq istəməyən bəzi vəzifəli şəxslər özlərini xüsusi imtiyazlı hesab edərək pandemiya dövründə qaydaları pozurlar. Ölkə başçısının siyasi iradəsi hər kəsdən qanunlara əməl etməyi və vəzifə səlahiyyətlərini düzgün icra etməyi tələb edir. Çox təəssüf ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev öz övladına karantin dövründə toy məclisi təşkil edib. Bu, qətiyyən yolverilməz haldır. Bu da nəticəsi. Məhkəmə qarşına çıxdılar və qanuna uyğun olaraq cəzalarını aldılar”, - deyə Ş.İsmayılov bildirib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49

