/ / Konstitusiya Məhkəməsinin Sədri Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının onlayn Konqresində iştirak edib
Konstitusiya Məhkəməsinin Sədri Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının onlayn Konqresində iştirak edib
29.08.2020 [00:47]
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev avqustun 27-də Qazaxıstan Respublikasının Konstitusiya Şurasının təşkilatçılığı ilə onlayn formatda keçirilmiş “XXI əsrin Konstitusiyası – hüququn aliliyi, insan dəyəri və dövlətin səmərəliliyi” mövzusunda Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının IV Konqresində iştirak edib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevin Konqres iştirakçılarına ünvanladığı məktubu oxunub.
Sonra Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev çıxış edərək Konqresin ölkənin Konstitusiyasının 25-ci ildönümünə təsadüf etdiyini bildirib, Əsas Qanunun respublikanın yeni hüquq sisteminin yaradılmasında və inkişafında rolunu vurğulayıb.
Tədbirdə, həmçinin Qazaxıstan Konstitusiya Şurasının sədri, hazırda adıçəkilən Assosiasiyaya sədrlik edən Kayrat Mami, Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio, Avrasiya İqtisadi Birliyi Məhkəməsinin sədri Jolımbet Baişev, Almaniya beynəlxalq hüquqi əməkdaşlıq fondunun baş direktoru Frauke Baxler və ATƏT-in Nur-Sultandakı Proqram ofisinin rəhbəri Dyörd Sabo açılış nitqləri ilə çıxış ediblər.
Konqresin praktiki hissəsində Qazaxıstan, Türkiyə, Rusiya, Ukrayna, Latviya, Koreya, İndoneziya, Qırğızıstan, Tailand, Pakistan, Hindistan və digər ölkələrin Konstitusiya və Ali məhkəmələrinin sədrlərinin və hakimlərin qanunun aliliyinin təmin olunmasında konstitusiya nəzarəti orqanlarının rolu, COVID-19 pandemiya şəraitində insan hüquqlarının müdafiəsi, rəqəmsal transformasiya dövründə demokratik dəyərlərin və insan hüquqlarının müdafiəsi, müasir dövlətin inkişafı və digər mövzular üzrə məruzələri dinlənilib.
Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev “Pandemiya dövründə Azərbaycan Respublikasında konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsinin bəzi aspektləri” mövzusunda məruzə ilə çıxış edib.
Sonda Konqresin Bəyannaməsi qəbul olunub.
Bəyannamədə konstitusiya nəzarəti orqanlarının konstitusiya dəyərlərinin müdafiəsində rolu, Assosiasiyaya üzv dövlətlərin qanunvericiliyinin təkmilləşdirilməsi prosesi, pandemiya dövründə vətəndaşların hüquqlarının məhkəmə icraatları çərçivəsində təmin edilməsi və digər hüquqi məsələlər əksini tapıb.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təklifi ilə ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental prinsipləri Assosiasiyaya üzv olan ölkələrin Konstitusiya və Ali məhkəmələri tərəfindən yekdilliklə dəstəklənərək Bəyannamənin mətninə daxil edilib.
Həmin Bəyannamə Assosiasiyaya üzv olan konstitusiya ədalət mühakiməsini həyata keçirən orqanlar tərəfindən yekdilliklə imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

