Məktəblər yeni tədris ilinə necə hazırlaşıb?
15.09.2020 [08:54]
Məlum olduğu kimi, dünya ölkələri aylardır yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə səfərbər olunub. Ölkəmiz də bu baxımdan istisna deyil. Azərbaycan dövləti COVID-19 infeksiyasının yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb və genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi və ciddi nəzarəti altında pandemiya ilə mübarizədə vaxtında qabaqlayıcı və kompleks tədbirlər görülüb. Ölkəmizin bütün resursları vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunmasına, həmçinin sosial müdafiəsinin gücləndirilməsinə səfərbər edilib. Beləliklə, ölkəmizdə yeni növ koronavirus infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, həmçinin vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib.
Onu da qeyd edək ki, pandemiya dövründə tətbiq edilən qadağalar təhsil müəssisələrini də əhatə etmişdi. Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə cari ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmışdı. Amma yoluxma sayında azalmanın olduğu nəzərə alınaraq ölkə ərazisində xüsusi karantin rejiminin yumşaldılması məqsədilə tədricən bir sıra qadağalar aradan qaldırılır, yaxud yumşaldılır ki, bu sırada təhsil sektoru da var.
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust tarixli Qərarına əsasən sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin - dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Bundan başqa, Azərbaycanda təhsil müəssisələri sentyabrın 15-dən etibarən mərhələli şəkildə açılacaq. Sentyabrın 15-dən ibtidai siniflər dərsə başlayacaq. Bu il ibtidai siniflərdə 650 min şagirdin təhsil alacağı gözlənilir. Yuxarı sinif şagirdləri isə sentyabrın 15-də onlayn tədrisə başlayacaqlar. Zamanla bu sinifdə təhsil alan şagirdlər üçün də ənənəvi təhsil bərpa olunacaq. Oktyabrın 1-dən etibarən 5-9-cu siniflər, oktyabrın 15-dən etibarən isə 10-11-ci sinif şagirdlərinin ənənəvi təhsilinin bərpası nəzərdə tutulur.
Onu da vurğulamaq yerinə düşər ki, yeni tədris ili əvvəlkindən tamamilə fərqlənəcək. Yəni hər bir təhsil müəssisəsi nəzərdə tutulan qaydalara riayət etməlidir. Beləliklə, “Yeni Azərbaycan” qəzeti olaraq görülən işlərlə tanış olmaq üçün dünən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən bir neçə məktəbdə olduq.
İlk ünvanımız Səbail rayonu, Badamdar qəsəbəsi 236 nömrəli tam orta məktəb oldu. Məktəbin direktoru, Əməkdar müəllim Xanlar İmaməliyev təhsil ocağında görülən işlər barədə məlumat verərək, bildirdi ki, məktəb 1966-cı ildə istifadəyə verilib. 2010-cu ilin mayında Heydər Əliyev Fondunun dəstəyi ilə binada əsaslı yenidənqurma işlərinə başlanılıb. 2010-cu il sentyabrın 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yenidənqurmadan sonra məktəbin açılışında iştirak edib. Hazırda məktəbdə 2400 şagird təhsil alır. Bunlardan 276-sı birinci sinif şagirdidir. Mövcud vəziyyətlə əlaqədar məktəbdə dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilib.
Direktorun sözlərinə görə, sosial məsafənin təmin olunması məqsədilə məktəbin bütün qapılarının giriş və çıxış üçün istifadəsi təmin ediləcək: “Təhsil müəssisəsinə giriş və çıxış zamanı şagirdlər arasında minimum 2 metr sosial məsafə təmin olunacaq və bu məqsədlə məktəbin girişindəki meydançanın yeri işarələnib. Daha sonra hərarət ölçmə qurğuları vasitəsilə girişdə bütün daxil olanların hərarəti yoxlanılaraq içəri buraxılacaq”.
Eyni zamanda məktəbin görünən yerlərində - giriş qapısında, dəhlizlərdə, sanitariya qovşaqlarında COVID-19 pandemiyası zamanı zəruri olan davranış qaydalarını əks etdirən posterlər yerləşdirilib. Siniflərdə isə şagirdlər çapraz şəkildə oturacaqlar. Direktor dedi ki, təhsilalanların maska taxması valideynlərin ixtiyarına buraxılır. Müəllim və məktəb heyəti isə mütləq maska taxacaq. Müəllimlər dərs vaxtı əlavə olaraq üz sipərindən də istifadə edəcək. Bundan başqa, qaydalara görə, məktəbdə yeməkxanalar fəaliyyət göstərməyəcək. Belə ki, şagirdlər tənəffüs vaxtı qidalanmaq üçün özləri ilə yemək gətirə bilərlər.
Üz tutduğumuz növbəti ünvan isə Bakının Yasamal rayonunda yerləşən Mikayıl Müşfiq adına 18 nömrəli məktəb oldu. Qeyd edək ki, bu məktəbin binası 1966-cı ildə inşa olunub. Prezident İlham Əliyevin Sərəncamına əsasən məktəbdə 2012-ci ildə həyata keçirilən yenidənqurma işləri zamanı əlavə üçmərtəbəli yeni korpus inşa olunub. Prezident İlham Əliyev həmin il sentyabrın 15-də yenidənqurmadan sonra məktəbin açılışında iştirak edib. Məktəbin direktoru Rəna Süleymanova bildirdi ki, təhsil müəssisəsinin iki darvazası və dörd giriş qapısı var. Hər girişə xüsusi tibbi stollar qoyulub. Məktəbin bütün həyəti işarələnib: “Hər bir şagird sosial məsafə qorunmaqla məktəbin binasına daxil olacaq. Birinci siniflər həyətdə valideynlər tərəfindən müəllimlərinə təhvil veriləcək. Valideynlərin içəri girişinə icazə verilməyəcək. Uşaqların hərarəti ölçüldükdən sonra burun və boğazları yoxlanılacaq. Təhlükə aşkarlandığı təqdirdə uşaqlar tibb otağına və yeni təşkil etdiyimiz təcrid otağına yerləşdiriləcəklər. Daha sonra onların valideynlərinə xəbər göndəriləcək. Valideynlər gəlib öz uşaqlarını təhvil götürə biləcəklər. Digər tərəfdən, cədvəllər də yeni sistemə uyğunlaşdırılıb. Hər bir sinif iki dəfə əyani, dörd dəfə distant olmaqla təhsilə cəlb olunub. Sinif rəhbərləri ilə görüşlər keçirilib. Təhsil Nazirliyinin və Təhsil İdarəsinin verdiyi təlimat və göstərişlər onlara bildirilib”.
Nəsimi rayonundakı şəhid Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəb də yeni tədris ilinə hazırdır. Məlumat üçün bildirək ki, 1969-cu ildə inşa edilən məktəbdə 2016-cı ildə əsaslı əsaslı yenidənqurma işləri aparılıb. Məktəbin binasında əsaslı təmir və yenidənqurma işləri Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər proqramına uyğun olaraq həyata keçirilib.
2016-cı il sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidənqurmadan sonra məktəbin açılışında iştirak edib. Ümumi ərazisi 15600 kvadratmetr olan məktəbdə tədris birnövbəli olmaqla Azərbaycan və rus dillərində aparılır. Direktor Nihal Hacıyeva bildirdi ki, hazırda məktəbdə 830 şagird təhsil alır. 14 ibtidai sinif var: “Məktəbdə dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilib. Eyni zamanda, təhsil müəssisəsinin girişi və çıxışı üçün nəzərdə tutulmuş ərazilər spirt tərkibli əl üçün dezinfeksiyaedici vasitələrlə təmin edilib. Təhsil müəssisəsinə tibbi maska taxma tələbi qoyulan şəxslərin maskasız daxil olması qadağan olunacaq. Məktəbə daxil olan şəxslərin təmassız termometr vasitəsilə hərarəti ölçüləcək, bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə onların müəssisəyə daxil olmasına yol verilməyəcək. Məktəb fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun işləyəcək, burada sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunması daim nəzarətdə saxlanılacaq”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

