Həqiqət anı düzgün müəyyən ediləndə ordu-xalq birliyi monolitləşir, qələbəni təmin edir
08.10.2020 [09:11]
“Biz düz yolla - haqq yolu ilə, Allah yolu ilə, Quran yolu ilə, demokratiya yolu ilə, həqqiqət yolu ilə, müstəqillik yolu ilə gedirik. Tutduğumuz bu yol bizi Azərbaycanın çox gözəl gələcəyinə aparıb çıxaracaqdır”.
Heydər Əliyev
Yadımdadır, 1994-ci ildə ABŞ səfiri R.Kozlarıç YAP-ı ziyarətə gəlmişdi. Mən də görüşdə iştirak edirdim. Fürsətdən istifadə edərək soruşdum: cənab səfir, sizcə, bu konfliktin günahkarı kimdir? Səfirin cavabı belə oldu: “Siz istəyirsiniz ki, günahkarı biz barmaqla göstərək. Biz onu etməyəcəyik”.
Sonralar başa düşdüm ki, böyük güclər bu konfliktin həll edilməsini yox, məhz həll ediməməsini istəyirlər və münaqişənin qloballaşmasını istəyirlər. Çünki istənilən konflikt qloballaşanda onu həll etmək, demək olar ki, qeyri-mümkün olur. Bu səbəbdən ATƏT-in Minsk qrupu adında bizim üçün gərəksiz qurum yaratdılar. Bu qrupun məqsədi problemin həllini uzatmaq və həll etməmək idi. Bu fikirlər Parlamentlərarası İttifaqın 103-cü Amman Konfransında (02.05.2000) ölkəmizin nümayəndə heyəti adından paylaşdığım “Konfliktlərin qloballaşması” adlı mətndə yer almışdır.
Baş nazir Paşinyan oxşar modeldən istifadə edərək, Qarabağ müharibəsini regional müharibəyə çevirmək istəyir. Hər cəhdlə çalışır ki, Rusiyanı bu münaqişəyə cəlb etsin. O bilir ki, Rusiya bu münaqişəyə qoşularsa, yəqin ki, Türkiyə kənarda qalmayacaq. Üstəlik İran, Fransa kimi digər dövlətlər də münaqişəyə qoşulacaq və problem həll edilməyəcək.
Çox yaxşı ki, Azərbaycan və Türkiyə Ermənistanın bu təxribatçı niyyətini düzgün qiymətləndirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində dedi: “Ermənistanın əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir”.
Formanı qorumaq qanunu
Təbiətin “Formanı qorumaq” qanununa görə cisimlər (canlı və cansız) həmişə formasını qoruyurlar. Canlı orqanizmə (insan bədəninə və ya yaşıl ağaca) kəsici alətlə yara vurularsa, orqanizm öz əvvəlki formasını bərpa etməyə çalışar, yəni yara sağalmağa cəhd edər. Torpaq da, sərhədlərimiz də canlı orqanizmdir. Ermənistan Azərbaycan torpaqlarını müharibə elan etmədən, namərdcəsinə yaralayıb. Azərbaycana Qarabağ yarası vurulub. Bu fiziki, bioloji yara sosioloji yolla həll edilir və öz əvvəlki formasını almağa cəhd edir. Torpaqları qaytarmalıyıq ki, yara sağalsın. Yaranı sağaltmaq niyyəti ilə biz öz torpağımızda vuruşuruq ki, ərazi bütövlüyümüz bərpa edilsin.
Həqiqət anı
Qarabağ problemi göstərdi ki, BMT və digər beynəlxalq qurumlar ikili standartlar səbəbindən haqqı müdafiə edə bilmirlər. Prezident İlham Əliyev vəziyyəti çox dəqiqliklə hesabladı və bəyan etdi: İndi həqiqət anıdır. Mənim üçün də, xalqımız üçün də, hamımız üçün həqiqət anıdır. Həqiqət anı möhürdü. Bu möhürlənən düşüncənin müddəalarını belə təxmin etmək olar:
a) Dünyada ədalət yoxdur, ikili standartlar var;
b) BMT-yə və ATƏT-in Minsk qrupuna güvən yoxdur;
c) Qarabağ probleminin həllinin sülh potensialı tükənib;
d) Dostu düşməndən ayırmaq zamanı, anı həqiqət anıdır.
e) Ermənipərəst qüvvələrin bəyanatlarına qulaq asmamaq anı həqiqət anıdır.
Bunları nəzərə alaraq Azərbaycan Prezidenti düşünülmüş tarixi qərar qəbul etdi: “Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur”. Öncə Prezident Valday konfransında demişdi: “Qarabağ Azərbaycandır və nida işarəsi!”
Mənim aləmimdə “nida” işarəsi hərəkət deməkdir, müharibə deməkdir.
Prezidentin həqiqət anı xalqın həqiqət anı idi. Həqiqət anı düzgün müəyyən ediləndə ordu-xalq birliyi monolitləşir, qələbəni təmin edir.
Erməni yalanı
ABŞ yazarı Robert Qrinin “Hakimiyyətin 48 qanunu” adlı dəyərli kitabında “Yalançı” adlı bir hekayə var. Hekayədə nəql edilir: erməni padşahı ölkə əhalisini saraya toplayr və deyir ki, kim mənə orjinal bir yalan danışsa, qızıldan hazırlanmış bu almanı ona verəcəm. Ermənilər bir-bir yalan danışmağa başlayırlar. Padşah hər danışanın sözünü kəsir və deyir: orjinal deyil, axırı belə qurtaracaq. Və beləliklə, gün başa çatır, ancaq padşah orjinal yalan əldə edə bilmir. Lap axırda bir qoca və çolaq erməni yaxınlaşır və deyir: padşah məndən borc aldığın bir küpə qızılı qaytar. Padşah: yalan danışma axmaq kişi - deyir. Qoca: əgər yalan danışıramsa, onda qızıl almanı ver.
Tarix boyu ermənilər yalan danışaraq çox qızıl almalar yeyiblər. Ancaq Qarabağ haqqında yalanı “Arsaq” almasını yeyə bilməyəcək. Çünki Allah böyükdür!
Ali Baş Komandanımız Paşinyan haqqında deyir: “Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır”.
İndi Paşinyanın yalan (fake) xəbər maşını dünyaya yalan körükləyir. Son yalandan biri də “Azərbaycan ordusunda terroristlər və muzdlular var” yalanıdır.
Azərbaycanın muzdlu döyüşçüyə əsla ehtiyacı yoxdur. Çünki, əvvəla bizdə əsgər qıtlığı yoxdur. İkincisi də, muzdla döyüşən əsgər, Azərbaycan əsgəri kimi cəngəvər döyüşə bilməz. Səbəb çox sadədir. Bizim əsgər müqəddəs ana torpaq uğrunda döyüşür. Muzdlu döyüşçü isə pul müqabilində döyüşər. Pul isə müqəddəs sayılmır.
Ermənistan silahlı qüvvələrinin tərkibində hökmən muzdlu döyüşçüyə ehtiyac var. Çünki erməni əsgərləri üzərində döyüşdükləri torpağın onların olmadığını yaxşı bilirlər və pis döyüşürlər. Bu səbəbdən qadınların, qocaların müharibəyə cəlb edilməsinə Ermənistanda ehtiyac böyükdür. Onların ordusunda Yaxın Şərqdən və Yunanıstandan gətirilmiş terrorçular, muzdlu şəxslər iştirak edirlər.
Ədalətli mövqe
“Müharibəyə nə vaxt son qoyulacaq? - TRT müxbirinin sualına Azərbaycan Prezidentinin cavabı çox aydın oldu: “Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Ola bilsin müəyyən müddət keçdikdən sonra Ermənistan və Azərbaycan xalqları sülh şəraitində birlikdə yaşaya biləcəklər. Bu, bizim mövqeyimizdir və o, dəyişməzdir. Bu, ədalətli mövqedir. Bu, beynəlxalq hüququn bütün normalarına uyğun olan bir mövqedir. Vəssalam!”.
Biz nə istəmişik, nə gördük
Azərbaycan Prezidentinin dünyaya mesajı: “Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən - Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?!” Bunu istəmişik və buna haqqımız çatırdı və çatır. Amma nə gördük? Gördük ki, Azərbaycan xalqının iradəsini sındırmaq istəyirlər. Gördük ki, bizə qarşı yeni müharibə açılır, bizi yeni müharibə ilə hədələyirlər.
Müqəddəs torpaq
Prezident İlham Əliyevin “müqəddəs Şuşa şəhəri” ifadəsi yadıma 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin bir kəlamını saldı: “Bizim hamımızın bir vətəni var. Bu Azərbaycandır. Hamımız bir torpaqda yaşayırıq - bu Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər bir guşəsi bizim üçün müqəddəsdir”.
Müqəddəslik məqamı ulu məqamdır. Bunu hamı bilir. Müqəddəs amallar yolunda ölüm də haqq işdir. Qarabağ müqəddəs torpaqdır. Bu torpağın müqəddəsliyi bütün ölkə əhalisini Prezident ətrafında yumruq kimi birləşdirdi. Bu torpaq uğrunda bütün əhali, o cümlədən də milli azlıqların gəncləri qəhrəmancasına döyüşürlər. Hər işğaldan azad olunmuş kəndə bütün ölkə sevinir. Hamı bir səslə təkrar edir: “Qarabağ Azərbaycandır”.
Ölkənin birinci xanımı və Birinci vitse-prezidenti Mehirban Əliyevanın kövrəldici duası hamını silkələdi: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” Allah saf düaları eşidəndir. Bu torpağı öpmək hər birimizə tezliklə nəsib olar, inşallah.
Qarabağın yeni tarixi yazılır. Bu tarixi yazanlara Allahın salamı olsun. Ordumuza Ali Baş Komandanın rəhbərliyi ilə yeni-yeni qələbələr arzulayıram. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Mən son cümləyə nida işarəsi qoyanda həyətdə oynayan azyaşlı uşaqlar xorla ucadan oxuyurdular: “Qarabağ bizimdir, bizim olacaq!” “Qarabağ bizimdir, bizim olacaq!”...
Şahlar Əsgərov
BDU-nun professoru, Əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39

