Zəfərə gedən yol: milli birlik və dini həmrəylik
17.11.2020 [09:51]
Səyavuş Heydərov
Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi sədrinin müavini
Azərbaycanın Vətən Müharibəsi xalqımızın parlaq qələbəsi ilə yekunlaşdı. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Xalqımız bu şanlı Qələbəni böyük ruh yüksəkliyi və sevinclə qeyd etməkdədir. Şübhə yoxdur ki, bu zəfərin qazanılmasında üç əsas amil başlıca rol oynadı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən unikal hərbi-siyasi gedişləri, yüksək peşəkarlığa malik, şücaətli və cəsarətli Azərbaycan Ordusu, ən nəhayət, xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəylik müharibənin taleyini həll etdi.
44 gün davam edən Vətən Müharibəsinin hər dəqiqəsi xalqımız üçün taleyüklü əhəmiyyət daşıyırdı. Xüsusilə mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin beşiyi sayılan Şuşa şəhərinin işğaldan azad edilməsi milli ruhumuzu zirvələrə qaldırdı. Bu günlər ərzində Azərbaycan xalqı cənab Prezidentin deyimi ilə bir yumruq kimi birləşdi. Hər kəsin dilində “Qarabağ Azərbaycandır!” şüarı, əlində Azərbaycan bayrağı, qəlbində qürur və fərəh hissi var idi. Xalq bir amal və bir məqsəd üçün yekvücud olmuş, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda bütün varlığını ortaya qoymuşdu.
Fərqliliklərinin zənginlik sayıldığı Azərbaycan bu sınaqdan da üzüağ və alnıaçıq çıxmağı bacardı. Vətən Müharibəsində müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlılar çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək qanları, canları bahasına işğala son qoydular. Bu prosesdə, xüsusilə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların fəaliyyətini qeyd etmək lazımdır. İstər döyüş meydanında, istər ideoloji mübarizədə, istərsə də haqq səsimizin beynəlxalq səviyyədə eşidilməsində dini konfessiyalar müstəsna xidmətlər göstərdilər.
Dövlətin uzun illər dini icmalarla multikulturalizm və tolerantlıq prinsipləri əsasında həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün ölkəmizdə dini həmrəylik ən yüksək səviyyədə təzahür edir. Başda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə olmaqla bütün konfessiya rəhbərləri dəfələrlə milli birlik və dini həmrəylik göstərərək düşmənin ölkəmizə qarşı yönəlmiş təxribatlarına kəskin şəkildə etiraz etdilər. Bu işdə qeyri-islam dini icmaları da böyük səy göstərdilər. Onlar tərəfindən cəbhədə Vətən torpaqlarını işğaldan azad edən qəhrəman əsgərlərə humanitar yardımlar göndərildi. İşğal faktına etiraz məqsədilə qeyri-islam dini icmaları tərəfindən müxtəlif səpkili, xarici dillərdə sənədli filmlər, videoçarxlar, məlumatxarakterli materiallar hazırlanaraq yerli və dünya ictimaiyyətinə, o cümlədən beynəlxalq siyasi dairələrə, təşkilatlara dini mərkəzlərə təqdim edildi.
Dini icmalar mənəvi cəhətdən Ordumuzu dəstəkləməklə yanaşı, onların qələbəsi üçün daim dualar etdi, ayinlər həyata keçirdilər. Həmin dini icmaların üzvləri birbaşa döyüşlərdə könüllü şəkildə iştirak edərək qəhrəmanlıq göstərdilər. Təsadüfi deyil ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətəndaşlarımız arasında bütün xalqların və dinlərin nümayəndələri var. Bu bizim milli vəhdətimizin, ümumxalq hədəflərimizin eyni olmasının göstəricisidir. Fürsətdən istifadə edərək, Müzəffər Ordumuzun qələbəsinə inanan, dəstək göstərən, dualar edən bütün dini konfessiya nümayəndələrinə təşəkkürümü bildirirəm. Azərbaycanımızın inkişafı və mürəffəh gələcəyi naminə bundan sonra da birlikdə çalışmalı, səylərimizi birləşdirməliyik. Yaşasın müstəqil və suveren Azərbaycan!
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49

