/ / Azərbaycanın və Əfqanıstanın təhlükəsizlik orqanları arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
Azərbaycanın və Əfqanıstanın təhlükəsizlik orqanları arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
24.12.2020 [10:06]
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının müşaviri Həmdullah Mohib, Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargar və Milli Təhlükəsizlik İdarəsinin Baş direktoru general-leytenant Ahmad Ziya Sarac ilə görüşüb. Görüşdə Əfqanıstanın ölkəmizdəki səfiri Amanullah Ceyhun da iştirak edib.
Təhlükəsizlik Şurası Katibinin Xidmətindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı Ramil Usubov Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli əməkdaşlıq münasibətlərinə toxunaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, vətəndaş cəmiyyəti quruculuğu, demokratikləşmə və insan hüquq və azadlıqlarının qorunması, daxili sabitliyin, xalq-iqtidar birliyinin davamlılığının təmini sahəsində görülmüş tədbirlərlə ölkəmizdə dövlət və ictimai təhlükəsizlik sahəsində milli maraqların təmin olunduğunu qeyd edib. Səmərəli islahatlar nəticəsində Azərbaycanın bölgənin əsas iqtisadi gücünə çevrilməsinin, Avropanın əsas enerji təminatçılarından biri olmasının, valyuta ehtiyatlarının davamlı artmasının ölkənin iqtisadi təhlükəsizliyi sahəsində milli maraqlarının təmin olunmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Sosial təhlükəsizlik məsələlərinə toxunan R.Usubov əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri tədbirlərin görüldüyünü, səmərəli sosial islahatların həyata keçirildiyini, dünyada az rastlanan və ölkə vətəndaşlarının 70 faizindən çoxunu əhatə edən davamlı sosial dəstək paketlərinin reallaşdırıldığını görüş iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycanın balanslaşdırmadan tam müstəqil siyasətə keçməsini, bölgədə maraqları kəsişən dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatının yaradılmasını ölkəmizin xarici siyasətində prioritet təşkil etdiyi qeyd olunub.
Hərbi təhlükəsizliyin təmini sahəsində görülən tədbirlərdən danışan R.Usubov müasir və peşəkar ordu quruculuğunun, ən yüksək və modern səviyyədə hərbi təchizatın təmin olunduğunu, müdafiə sənayesinin yaradıldığını və davamlı təkmilləşdirildiyini, bütün bunların Azərbaycan xalqının Vətən müharibəsində hərbi zəfərini şərtləndirdiyini vurğulayıb.
Əfqanıstanın hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə dəstək verdiyini qeyd edən R.Usubov qardaş ölkənin siyasi və mənəvi dəstəyinin 44 günlük Vətən müharibəsi zamanı bariz şəkildə nümayiş etdirildiyini vurğulayıb, Azərbaycan xalqının bu dəstəyi yüksək qiymətləndirdiyini bildirib.
Qonaqlar göstərilən diqqətə, Azərbaycanın və Əfqanıstanın təhlükəsizlik maraqlarının qorunması sahəsində aktual məsələlərlə əlaqədar müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürlərini bildiriblər. Dövlətlərimizin başçılarının rəhbərliyi ilə həyata keçirilən sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqanları arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

