Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan mediasının inkişafında yeni mərhələ

Azərbaycan mediasının inkişafında yeni mərhələ

14.01.2021 [09:18]

Ekspertlərin fikrincə, “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması bu sahədə qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verəcək
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Qeyd edək ki, yaradılmış yeni qurumun - MEDİA-nın Nizamnaməsi də təsdiq olunub.
Məsələ ilə bağlı fikirlərini bölüşən “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib ki, medianın inkişafı hər zaman ölkə Prezidentinin diqqət mərkəzində olub. Onun sözlərinə görə, dövlət başçısı tərəfindən imzalanmış Fərman media sahəsində islahatların aparılması və yeniliklərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan mediasının daha yüksək inkişafı üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdı. Fikrimcə, MEDİA jurnalistika sahəsində keyfiyyət dəyişikliklərinə olan ehtiyacları tamamilə təmin edəcək. Nəzərə alsaq ki, müasir media artıq yüksək inkişaf tempi əldə edib, KİV haqqında Qanunun da müasir dövrün tələblərinə uyğunlaşdırılmasına böyük ehtiyac var. Yeni qurum qarşısında qoyulan başlıca vəzifələrdən biri də məhz budur. Eləcə də yeni mərhələdə peşəkarlığın artırılması istiqamətində də əsaslı addımlar atılacaq. MEDİA-nın səlahiyyətləri arasında çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək də var ki, bu da jurnalistlərin öz peşələrinə daha məsuliyyətli və peşəkar yanaşmasını təmin edəcək”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılmasını müasir mediamızın inkişafında yeni mərhələ adlandırıb. Onun sözlərinə görə, media bütöv bir sistemdir və bu baxımdan həm klassik çap mediasının, həm də yeni internet mediasının özünəməxsus problemləri mövcuddur. Bu problemlərin aradan qaldırılması üçün belə bir Agentliyin yaradılmasına böyük ehtiyac vardı: “Yaradılmış yeni qurum həm onlayn medianın, həm də çap mediasının qarşılıqlı inkişaf tempini artıracaq. Eləcə də gələcək üçün qarşıya qoyulan hədəflərin müəyyənləşdirilməsində MEDİA mühüm rol oynaya bilər. Bununla yanaşı, Agentlik dövlətin media strukturlarına dəstəyini də stimullaşdıracaq. O baxımdan, kifayət qədər əhəmiyyətli bir addımdır. Fərmanda KİV-in fəaliyyətini tənzimləyən qanunun yenidən işlənib hazırlanması məqsədi də qoyulur. Eyni zamanda, jurnalistlərimizin peşəkarlıq səviyyəsinin daha da artırılmasında, beynəlxalq jurnalistika prinsipləri əsasında xarici ölkələrdə fəaliyyətində mühüm addımlar atılacaq. Möhtərəm Prezidentimiz hər zaman medianın inkişafını diqqət mərkəzində saxlayır. Bu tədbir də növbəti addımdır və buna görə görə öz təşəkkürümüzü bildiririk”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 771 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31