Ədliyyə işçilərindən və hakimlərdən “Qarabağ Dirçəliş Fondu”na dəstək
18.02.2021 [08:57]
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın Böyük Qələbəsi ilə doğma torpaqlarımız erməni işğalından azad edilərək ərazi bütövlüyümüz bərpa olunub. Artıq müharibə arxada qalıb və ölkəmiz böyük quruculuq, inkişaf dövrünə qədəm qoyub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, otuz il ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş və büsbütün dağıdılmış ərazilərimizin yenidən həyata qaytarılması istiqamətində dövlətimizin başçısının rəhbərliyi ilə nəhəng bərpa-quruculuq işləri aparılır, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin hərtərəfli tərəqqisi naminə gerçəkləşdirilən mühüm layihələr çərçivəsində azad edilmiş ərazilərdə dini abidə və məscidlərimizin bərpa olunmasına xüsusi önəm verilir.
Prezidentin və birinci xanımın azad olunan ərazilərimizə müntəzəm səfərləri doğma torpaqlarımızın dirçəldilməsinin və xalqımızın öz dədə-baba yurdlarına qayıdışının təminatına və insanların böyük ruh yüksəkliyinə səbəb olub.
Eyni zamanda, dövlətimizin başçısının 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə azad edilmiş torpaqlarımızın dirçəldilməsi ilə bağlı tədbirlərə dəstək məqsədilə yaradılmış “Qarabağ Dirçəliş Fondu” həmin ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın təmin edilməsinə xidmət edir.
Ədliyyə işçiləri və hakimlər mütəmadi olaraq Silahlı Qüvvələrə Yardım Fonduna, habelə “YAŞAT” Fonduna əmək haqlarından ianələr etməklə dövlətimiz, xalqımız və ordumuzla həmrəylik nümayişi kimi mənəvi borc hesab edirlər. Bu mənada işğaldan azad edilmiş torpaqlarımızın dirçəlişi naminə həyata keçirilən tədbirlərə dəstək göstərmək məqsədilə ədliyyə işçiləri və hakimlər hazırda da əmək haqlarından 500 min manatın “Qarabağ Dirçəliş Fondu”na köçürülməsi qərarına gəliblər.
Xalqımız, o cümlədən ədliyyə və məhkəmə işçiləri qəti əmindirlər ki, doğma torpaqlarımız ölkə Prezidentinin müdrik rəhbərliyi ilə yenidən dirçələcək və orada tezliklə həyat qaynayacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47

