“Vaksinasiyanın alternativi yoxdur”
05.03.2021 [08:58]
Hazırda ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndləmə aparılır. İndiyədək Azərbaycanda 337 mindən çox vətəndaş COVID-19 əleyhinə vaksinasiyadan keçib. Mütəxəssislərin qənaəti budur ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq edilən peyvəndlər uğurlu nəticələr verir.
Öz növbəsində həkim-terapevt Rəmziyyə Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya ilk başlayan və ən təhlükəsiz, ən effektli vasitələrin gətirilməsini təmin edən ölkədir. Onu sözlərinə görə, Azərbaycanın koronavirus əleyhinə vaksini qısa müddət ərzində ölkəyə gətirməsi nəzərəçarpacaq uğurdur.
Rəmziyyə Əliyeva bildirib ki, tərəddüd etmədən peyvəndi vurdurmaq və bununla da həm özümüzü, həm də cəmiyyətimizi narahat edən bu bəladan xilas olmaq lazımdır: “Sözsüz ki, pandemiya ilə mübarizədə çox mühüm bir mərhələyə gəlib çatmışıq. Vaksinasiya pandemiya ilə mübarizə üçün çox önəmlidir. Buna görə də hər kəsin peyvənd olunmasını tövsiyə edirəm. Mən peyvəndin ikinci dozasını da vurdurmuşam. Vətəndaşlar vaksinin yeganə çıxış yolu olduğunu dərk edir və prosesə sürətli şəkildə qoşulurlar. İndi biz oturub nə virusun mutasiyaya uğrayıb zəifləməsini, nə də əhalinin çox böyük bir hissəsinin virusa yoluxaraq immunitet qazanmasını gözləyə bilərik. Ona görə də vaksinasiyanın alternativi yoxdur”.
Mütəxəssis peyvənd vurduranlara gün ərzində hamama girməməyi, yumurta və sitrus meyvələri ilə qidalanmamağı məsləhət görür: “Kişilərə alkoqollu içkilər qəbul etməmək və siqaret çəkməmək barədə xəbərdarlıq edilir. Peyvənd vurulandan sonra üç gün ərzində terapevt və sahə tibb bacıları evlərə zəng edərək əlaqə saxlayır, inyeksiya edilənlərin özlərini necə hiss etmələri, temperatur, öskürək, boğaz və baş ağrıları olub-olmaması ilə maraqlanırlar. Şükürlər olsun ki, indiyədək belə əlavə təsirlər müşahidə edilməyib”.
“Xatırlayırsınızsa, keçən ilin yayında vətəndaşlar arxayınlaşdı və bu da rəqəmlərin pik həddə çatması ilə nəticələndi. Həmin səhvi bir daha təkrarlamamaq lazımdır. Çünki yoluxma hallarının və aktiv xəstələrin sayının az olması pandemiyanın bitməsi demək deyil. Xəstəliyin yayılması və artması həm də əhalinin sanitar-gigiyenik qaydalara necə əməl etməsi ilə əlaqədardır. Vətəndaşlar arxayınlaşmamalı, qoyulan tələblərə, mütəxəssislərin tövsiyələrinə əməl etməlidirlər. Kütləvi toplanma yerlərindən uzaq olmaq, tibbi maska taxılması, sosial məsafənin gözlənilməsi, əl gigiyenasına əməl edilməsi, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi vacibdir”, - deyə R.Əliyeva xatırladıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34

