Azərbaycan peyvənd olunmuş əhalinin faizinə görə MBD regionunda liderdir
01.04.2021 [09:00]
Ölkəmiz COVID-19 pandemiyasına qarşı effektiv mübarizə aparır
Məlum olduğu kimi, bu gün dünya ölkələri koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Azərbaycan da bu baxımdan istisna deyil. Qeyd edək ki, ötən ilin əvvəllərindən başlayaraq ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər sayəsində müsbət nəticələr əldə edilib.
Ümumiyyətlə, Azərbaycan dövləti COVID-19-un ölkəmizdə yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib. Belə ki, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, ümumi strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, ölkədə karantin rejimi tətbiq olunub, səhiyyə sisteminin restruktizasiyası, tibbi sənayenin inkişafı fonunda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibbi avadanlıq və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub. Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatlar istehsal edilir, xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunub.
Azərbaycan qabaqcıl Avropa ölkələri ilə eyni vaxtda vaksinasiyaya başlayıb
Onu da xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə bu ilin yanvar ayından pandemiyaya qarşı peyvəndləmə prosesi başlanılıb. Hazırda bu proses uğurla davam edir və Azərbaycan bu məsələdə dünyada öndə gedən ölkələr sırasındadır. Təsadüfi deyil ki, Azərbaycan qabaqcıl Avropa ölkələri ilə eyni vaxtda vaksinasiyaya başlayıb. Cənubi Qafqazda vaksinasiyaya başlayan ilk dövlət də məhz Azərbaycandır. Hazırda ölkəmizdə peyvənd olunan vətəndaşların sayı yarım milyonu ötüb. Təqdirəlayiq haldır ki, Azərbaycan peyvənd olunmuş əhalinin faizinə görə MBD regionunda liderdir. Əlbəttə ki, bu müsbət nəticəyə ölkədə koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər sayəsində nail olunub. Bu fakt bir daha təsdiqləyir ki, əhalinin sağlamlığı və təhlükəsizliyi dövlətimiz üçün hər şeydən öndədir.
Ölkəmizin pandemiyaya qarşı mübarizədə qlobal təşəbbüslərlə çıxış etməsi beynəlxalq qurumlar tərəfindən təqdir olunur
Digər bir vacib məqam ondan ibarətdir ki, Azərbaycan beynəlxalq müstəvidə də pandemiya ilə mübarizəyə öz töhfələrini verib. Belə ki, ölkəmizin təşəbbüsü ilə Azərbaycanın sədrlik etdiyi iki beynəlxalq təşkilatın - Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşləri keçirilib. Keçən ilin aprel ayında keçirilən Türk Şurasının Zirvə görüşündə türkdilli ölkələrin koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlığına dair vacib məsələlər müzakirə olunub. May ayında Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə sammiti isə miqyası baxımından daha önəmli idi. Sammitdə Qoşulmama Hərəkatının Sədri qismində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının dövlət və hökumət başçılarının Xüsusi sessiyasının keçirilməsini təklif etdi. BMT-nin 150-dən çox üzv dövləti bu təşəbbüsü dəstəklədi. Bu beynəlxalq ictimaiyyətin Azərbaycana olan hörmət və ehtiramının bariz göstəricisi idi. 3-4 dekabr 2020-ci il tarixlərində isə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirildi. Tədbirdə 37 ölkə prezident, 40 ölkə isə baş nazir səviyyəsində təmsil olundu. Bütün dünya ölkələrini birləşdirən və “dünya parlamenti” hesab edilən BMT Baş Assambleyasında bu məsələnin müzakirəsi beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı tam səfərbər olmasına çox böyük töhfə verdi.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın pandemiyaya qarşı mübarizəsi və bu prosesdə qlobal təşəbbüslərlə çıxış etməsi beynəlxalq qurumlar tərəfindən təqdir olunur. Ümumdünya Səhiyyə Təşkilatı isə dəfələrlə Azərbaycanın COVID-19-la mübarizə tədbirlərini yüksək qiymətləndirir. Təsadüfi deyil ki, ölkəmizin koronavirusla mübarizə tədbirləri ÜST tərəfindən nümunəvi model kimi dəyərləndirilir. Məhz bütün bunların nəticəsidir ki, bu yaxınlarda BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlılığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun, o cümlədən pandemiyaya qarşı uğurlu mübarizəsinin nəticələridir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

