/ / “YAŞAT” Fondu Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinin qayğısına qalmaqda davam edir
“YAŞAT” Fondu Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinin qayğısına qalmaqda davam edir
06.04.2021 [08:56]
Bu günə qədər 2775 şəhid ailəsi ziyarət olunub, Vətən müharibəsindən sonra dünyaya gələn 53 şəhid övladı üçün bank hesabı açılacaq
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan şanlı qələbə qazandı. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər yürüşü edən Silahlı Qüvvələrimiz düşməni diz üstə çökdürərək onu məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyü təmin edildi. Beləliklə, üç onillik ərzində davam edən işğal faktına son qoyuldu, tarixi ədalət bərpa olundu və Dağlıq Qarabağ münaqişəsi tarixin arxivinə yollandı.
İndi isə qalib Azərbaycanın qarşısında yeni vəzifələr dayanır. Bu vəzifələrdən biri şəhid ailələrinin və qazilərimizin qayğısına qalmaqdır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov qəzetimizə açıqlamasında Fondun yaradılması, onun fəaliyyət istiqamətləri və gələcək hədəfləri barədə məlumat verib. Bildirilib ki, “YAŞAT” Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunub. Onun sözlərinə görə, Fondun əməkdaşlarından ibarət 69 qrup zəruri planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır: “YAŞAT” Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara getməklə bərabər, bu kateqoriyadan olan şəxslərin ehtiyaclarını qarşılamağa davam edir. Belə ki, bu günə qədər 2775 şəhid ailəsi ziyarət olunub. Ümumilikdə, qazilər də daxil olmaqla, 13899 şəxslə görüşlər keçirilib, onların ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülən 5168 problemdən 3779-u öz həllini tapıb”.
Eyni zamanda, Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün “YAŞAT” Fondunun layihəsi davam edir. Elvin Hüseynovun sözlərinə görə, “YAŞAT” Fondu 27 sentyabrdan sonra dünyaya gələn şəhid övladlarına dəstək məqsədilə layihə çərçivəsində şəhidlərimizin yeni doğulmuş və doğulacaq körpələrinin analarına zəruri xərclərin qarşılanması məqsədilə 1000 AZN birdəfəlik yardım edir. Dünyaya yeni göz açan körpənin adına isə 5000 AZN-lik hesab açılır: “Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanacaq və şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək. Hazırda dünyaya gələn körpələrin sayı 53-dür və bu rəqəmlərin artması istisna deyil”.
Yeri gəlmişkən qeyd edək ki, “YAŞAT” Fondunun təşəbbüsü ilə və Türkiyənin Vətən Ulduzları Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları Türkiyə Respublikasına səfər ediblər. Qeyd olunub ki, səfərin məqsədi Ankara şəhərində martın 17-18-də təşkil olunan “Övladlarımız Tək Ürək” 18 Mart Şəhidlərini Anma və Çanakkala Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş Proqramında iştirakdır. Tədbirdə Türkiyə, Azərbaycan, Türkmənistan, Şimali Kiprdən olan şəhidlərin övladları iştirak ediblər: “Tarixdə ilk dəfədir təşkil olunan bu cür proqramda türk dövlətlərindən olan şəhidlərin övladları “Tək Ürək” adı altında bir araya gəliblər. Proqram çərçivəsində Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - Anıtqəbrə ziyarət, müxtəlif tarixi və etnoqrafik məkanlara, muzeylərə ekskursiyalar, o cümlədən sərgilər və musiqili tədbirlər təşkil edilib”.
Vurğulanıb ki, gələcəkdə də bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulur.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

