Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan postpandemiya dövründə özünün turizm sahəsindəki imkanlarından daha geniş istifadə etmək niyyətindədir

Azərbaycan postpandemiya dövründə özünün turizm sahəsindəki imkanlarından daha geniş istifadə etmək niyyətindədir

24.04.2021 [09:53]

Xəbər verildiyi kimi, aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub. Yeni növ koronavirus pandemiyasının yaratdığı indiki reallıqlar fonunda respublikamızda yeni spesifik turizm infrastrukturunun yaradılması bir sıra nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyır.

Sirr deyil ki, 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində baş qaldıran və qısa müddətdə dünyanın 200-dən çox ölkəsinə yayılan yeni növ koronavirus pandemiyası digər sahələrdə olduğu kimi, qlobal iqtisadiyyatda da bir sıra çətinliklər yaradıb. Hazırda ayrı-ayrı ölkələr antiböhran tədbirləri görür və postpandemiya mərhələsində milli iqtisadiyyatlarının yüksək funksionallığına nail olmaqdan ötrü müvafiq yol xəritələri hazırlayırlar. Öz prioritetlərini qabaqcadan müəyyənləşdirən və nəticəyə hesablanan siyasət aparan Azərbaycan da belə məsuliyyətli ölkələr sırasında yer alır. Bunun təsdiqi olaraq qeyd edək ki, 2020-ci ildə respublikamızda böyük maliyyə tutumuna malik proqramlar reallaşdırıldı, o cümlədən dövlət və özəl sektorda iş yerləri qorundu, sahibkarlara, bir sıra iqtisadi subyektlərə dövlət tərəfindən maliyyə dəstəyi göstərildi.

Bu qəbildən olan tədbirlərin davam etdirilməsi 2021-ci ildə də ölkəmizin gündəliyində duran məsələlər sırasında yer alır. Respublikamızda yeni turizm infrastrukturunun yaradılması da belə tədbirlərdəndir. Məlumdur ki, əlverişli coğrafi-iqlim xüsusiyyətləri, uzunmüddətli daxili sabitlik, bütün ölkə boyunca yaradılan müasir infrastruktur, beynəlxalq nəqliyyat dəhlizlərinin üstündə yerləşməsi və bu kimi amillər respublikamızda turizmin geniş inkişaf perspektivlərini şərtləndirir. Azərbaycan özünün geniş imkanlarından faydalanmaqla gəlirli sahə olan turizm sektorunu qeyri-neft iqtisadiyyatının mühüm bir qolu kimi inkişaf etdirməyi hədəfləyib. Təsadüfi deyildir ki, pandemiya başlamazdan əvvəl respublikamızda turizm sektoru ilbəil inkişaf edirdi və ölkəmizə gələn turistlərin sayı getdikcə artırdı.

Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməlinin qoyulması bir daha təsdiqləyir ki, Azərbaycan dövləti turizm sektorunun bərpasına böyük önəm verir. Azərbaycan yeni turizm infrastrukturu yaratmaqla postpandemiya dövründə özünün bu sahədəki imkanlarından daha geniş istifadə etmək niyyətindədir. Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq. Bura “Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb.

Vurğulamaq yerinə düşər ki, Azərbaycan palçıq vulkanları ilə zəngin bir diyardır. Dünyadakı 1700-dək palçıq vulkanından 700-ü ölkəmizdə aşkarlanıb ki, onlardan da 350-si aktivdir.

Mütəxəssislər “Qılınc” palçıq vulkanlarının yerləşdiyi ərazidə turizm kompleksinin yaradılmasının bir sıra üstünlükləri olduğunu bildirirlər. Hündürlükdə yerləşdiyinə görə buradan dünyanın ən böyük vulkanlarından sayılan “Torağay”a və digər vulkanlara mənzərənin açılması, ərazidə 3 müxtəlif vulkan qrupunun mövcud olması, Qobustan qoruğunun yaxınlığında yerləşməsi 12 hektar ərazidə yaradılan yeni kompleksin turist cəlbediciliyini artıracaq amillər kimi dəyərləndirilir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 686 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31