Ermənilər tərəfindən xarabalığa çevrilən Füzuli yenidən dirçəlir
17.06.2021 [09:17]
İyunun 16-da Füzuliyə media-tur təşkil edilib. Jurnalistlər Füzulidə həyata keçirilən tikinti-quruculuq işləri ilə yaxından tanış olublar.
Köndələnçay su anbarı vasitəsilə 6200 hektar əkin sahəsi suvarılacaq
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, jurnalistlər əvvəlcə Füzuli rayonunun Mirzəcamallı kəndində olublar. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Füzuli Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Atakişi Babayev jurnalistlərə açıqlamasında bildirib ki, Aşağı Köndələnçay su anbarı Köndələnçay çayı üzərində yerləşən anbarlardan ən böyüyü hesab edilir və 9,5 milyon kubmetr su tutumu var. O qeyd edib ki, digər anbarlar - “Köndələnçay-1” 2,1 milyon kubmetr və “Köndələnçay-2” 3,9 milyon kubmetr su tutumuna malikdir. Üç anbarın birlikdə su tutumu 15,5 milyon kubmetrdir. Bu isə 6200 hektar əkin sahəsini suvarmağa imkan verir.
“İşğal dövründə su anbarları yararsız hala düşdüyü üçün anbarlarda təmir-bərpa işləri yerinə yetiriləcək”, - deyə Atakişi Babayev əlavə edib.
Qeyd edək ki, 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra Aşağı Köndələnçay su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar.
Füzuli Beynəlxalq Hava Limanında ilk test uçuşu sentyabrın 5-də keçiriləcək
Daha sonra jrunalistlər Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanış olublar. AZAL-ın əməkdaşı Valeh Əmiraslanov bildirib ki, hava limanının ümumi sahəsi 138 hektara bərabərdir. Hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş zolağının torpaq yatağı tamamlanıb, hazırda isə asfalt-beton örtüklü layın tikintisinə başlanılıb. Həmçinin sahəsi 60 min kvadratmetr olan, 8 hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir-beton konstruksiyası işləri 100 faiz tamamlanıb, dəmir-metal konstruksiyanın quraşdırılması həyata keçirilir. İtaliya istehsalı olan dam örtüyü sifariş verilib və Azərbaycana gətirilib, fasad elementləri Türkiyədən sifariş verilib və gətirilmək üzrədir.
“Hava hərəkətinin idarə edilməsi üçün tikilən qüllədə dəmir-beton konstruksiya quraşdırılır və işlər bir həftəyə tamamlanacaq. Avadanlıqlar hamısı Avropa istehsalıdır, testdən keçirilib və Bakıya gətirilib. Uçuş-enmə zolaqları sentyabrın 5-də tamamlanacaq və ilk test uçuşu həyata keçiriləcək”, - deyə Valeh Əmiraslanov əlavə edib.
Hava limanı kütləsi 400 tona qədər olan hava gəmilərini qəbul edə biləcək. Liman ərazisində asfalt örtüyünün vurulması üçün yaxınlıqda iki asfalt zavodu da inşa olunub. Limanın elektrik təminatı üçün elektrik xətti çəkilərək transformator yarımstansiyası quraşdırılıb. Bundan başqa, iki ədəd artezian quyusu qazılıb və suyun analizləri aparılıb.
Hazırda Füzuli, Zəngilan və Laçın hava limanlarına uçuşların beynəlxalq standartlara uyğun təmin olunması üçün yeni beynəlxalq hava dəhlizlərinin tətbiqi üzrə işlər davam etdirilir.
Zəfər yolunun avqust ayında istifadəyə verilməsi planlaşdırılır
Şuşaya uzanan yollarda da işlər sürətlə davam etdirilir. Zəfər yolunun keçdiyi ərazi minalardan tam təmizlənib. Yolun avqust ayında istifadəyə verilməsi planlaşdırılır.
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı İlham Süleymanov bildirib ki, Şuşaya hazırda 2 yol çəkilir. Onlardan biri Əhmədbəyli-Füzuli-Şuşa yolu, digəri isə Zəfər yoludur. Əhmədbəyli-Füzuli-Şuşa yolu 84,6, Zəfər yolu isə 101,5 kilometrdir. Əhmədbəyli-Füzuli-Şuşa yolunun 51 kilometri 6 zolaqlı, qalanı isə 4 zolaqlıdır. Zəfər yolu isə 2 zolaqlıdır.
Zəfər yolunun üzərində 4 körpü var. Füzuli rayonunun Şəkərcik ərazisində olan körpü yolötürücü rolunu oynayacaq.
Otuz ildir qaranlığa qərq olan Füzuli indi nura boyanır
Jurnalistlərin son dayanacaq yeri “Füzuli” yarımstansiyası oldu. Yeni inşa edilən “Füzuli” yarımstansiyası artıq fəaliyətə başlayıb. 110/35/10 kilovoltluq yarımstansiya Füzuli şəhəri ilə yanaşı, yaxın 10 kəndi də elektriklə təmin edəcək.
“Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev jurnalistlərə açıqlamasında qeyd edib ki, 110/35/10 kilovoltluq stansiyada 2x40 meqavolt amperlik transformator quraşdırılıb. Yarımstansiya “Şükürbəyli” yarımstansyasından qidalanır. Elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması üçün “Şükürbəyli” yarımstansiyası təmir-bərpa işləri görülərək gücləndirilib.
Teymur Abdullayev onu da qeyd edib ki, Füzuli və Şuşada yarımstansiyalar fəaliyyət göstərir. Bundan başqa, hazırda Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da yarımstansiyaların tikintisi aparılır və ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

