“Mayın ortalarından başlayaraq vaksinasiya prosesinin sürəti bir qədər də artıb”
23.06.2021 [08:56]
Son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı gündən-günə azalır, peyvəndləmə prosesi isə xeyli sürətlənib. Bununla əlaqədar olaraq Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, yoluxma hallarının artmaması üçün hər kəs tibbi maska taxmalı, sosial məsafə saxlamalı və əl gigiyenası qaydalarına əməl etməlidir: “Ölkəmizdə vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Qürurverici haldır ki, Azərbaycan Avropa ölkələri ilə təxminən eyni vaxtda bu vaksini əldə edib və prosesə başlayıb. Vaksinasiyanın sürətini araşdırsaq, görərik ki, mayın ortalarından başlayaraq prosesin sürəti bir qədər də artıb. Bir gün ərzində ən çox vaksin olunanların sayı 62 minin üzərində olub. Hazırda gündəlik vaksinasiyadan keçənlərin sayı 30-40 min arasında dəyişir. Qarşıya qoyduğumuz hədəflərə ən qısa müddət ərzində çatmağı düşünürük. Bunun üçün maarifləndirmə işləri aparmaq və əhalinin könüllülük əsasında vaksinasiyaya cəlb olunmasını təmin etmək lazımdır”.
Baş infeksionist qeyd edib ki, peyvənd olunmaqla, ilk növbədə, ağırlaşma və ölüm hallarının qarşısı alınır. Digər tərəfdən, bu, hər kəsin immun sistemindən asılıdır: “Əhali arasında immun sistemi güclü və zəif olanlar var. Xüsusilə yaşlılarda immun sistemi müəyyən qədər zəifləyib. Xroniki xəstəliklərdən əziyyət çəkənlərdə immunitetin əmələ gəlməsi bir qədər ləngiyir. Onlar mütləq şəkildə peyvənd vurdurmalıdırlar. Vaksinasiya Strategiyasında da qeyd olunur ki, kütləvi immunitetin formalaşması üçün əhalinin təxminən üçdə iki hissəsi peyvənd olunmalıdır. Daha doğrusu, kütləvi immunitet qazananların ümumi sayına təkcə peyvənd olunanların deyil, xəstəliyi keçirib təbii immunitet əldə edənlərin də sayı əlavə olunmalıdır”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

