/ / Firuddin Əliyev: Son dövrlərdəki yanğınların 90 faizindən çoxu məhz insan ehtiyatsızlığı ucbatından baş verir
Firuddin Əliyev: Son dövrlərdəki yanğınların 90 faizindən çoxu məhz insan ehtiyatsızlığı ucbatından baş verir
05.08.2021 [08:43]
Məlum olduğu kimi son vaxtlar qardaş Türkiyə də daxil olmaqla, dünyanın bir çox ölkələrində meşə yanğınları tüğyan edir. Bəzən təkcə meşələrin deyil, hətta kənd və qəsəbələrin belə alovlara qərq olması ilə nəticələnən bu yanğınların baş verməsində isə əksərən insan ehtiyatsızlığı əsas rol oynayır. Bu isə bizlərdən daha da ehtiyyatlı olmağı tələb edir.
Öz növbəsində, mövzu ilə bağlı qəzetimizə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev də öncə onu deyib ki, nazirlik tərəfindən aparılan statistikaya əsasən, son dövrlərdəki yanğınların 90 faizindən çoxu məhz insan ehtiyatsızlığı ucbatından baş verir: “Çox təəssüf ki, hər il maarifləndirici tədbirlər həyata keçirməyimizə və bu barədə ətraflı məlumat verməyimizə baxmayaraq, hələ də bu qaydalara əməl etməyən vətəndaşlarımız mövcuddur. Amma müsbət halları da qeyd etmək lazımdır. Belə ki, artıq son dövrlərdə baş verən yanğınların söndürülməsində yerli kənd icmalarının nümayəndələrinin, həmçinin yerli sakinlərin də fəal iştirak etdiklərinin şahidi oluruq”.
F.Əliyev bildirib ki, təbiətdə baş verən yanğınların qarşısını almaq məqsədilə ETSN tərəfindən mütəmadi təlimlər keçirilir: “Buraya, həmçinin Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da cəlb olunurlar. Təlimlər zamanı “yanğın baş verəndə hansı funksiyalar yerinə yetirilməlidir”, “hansı qabaqlayıcı tədbirlər görülməlidir” kimi suallar ətrafında müzakirələr aparılır”.
Müsahibimiz onu da xatırladıb ki, cari ildən başlayaraq bu kimi tədbirləri praktik olaraq həyata keçirməyə başlamışıq: “Belə ki, əzilərdə baş vermiş imitativ yanğın prosesi zamanı əməkdaşların reaksiyasını yoxlayıb, onları qiymətləndiririk”.
“Təbii ki, heç kəs təbiət hadisələrindən yuz faiz sığortalanmayıb. Buna baxmayaraq, hadisənin fəsadlarını minimuma endirmək üçün əlimizdən gələni etməliyik. Bildirmək istəyirəm ki, xüsusilə bu həssas dövrlərdə vətəndaşlar təbiət qoynunda olarkən açıq alovdan qətiyyən istifadə etməsinlər. Piknik yerlərini tərk edərkən ərazidə qalanan ocağın sönməsindən tam əmin olsunlar. Meşəlik ərazilərə siqaret kötüklərini atmasınlar. Onu da qeyd edim ki, kənd təsərrüfatı məqsədilə əkilmiş sahələr biçildikdən, məhsul yığıldıqdan sonra sahələrə od vurulur və düşünülür ki, bu yolla növbəti məhsuldarlığın daha da çox olmasını təmin etmiş olurlar. Bu, tamamilə yanlış yanaşmadır. Əslində elə yanğınların baş verməsi torpağın üst hissəsində olan mineralların məhv olmasına gətirib çıxarır. Nəticədə, bu yanğınlar baş verdiyi zaman həmin əkin sahələrindən meşəlik ərazilərə, digər yaşıllıq ərazilərə od düşür və bunun da qarşısını almaq çox çətin olur. Əgər həmin günlərdə küləkli hava müşahidə olunursa ümumiyyətlə bu yanğına müdaxilə etmək çox çətinlik yaradır”, - deyə Firuddin Əliyev sonda vurğulayıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52

