TƏBİB ləğv ediləcəkmi?
14.09.2021 [09:36]
Musa Quliyev: Gələcəkdə TƏBİB ya müstəqil struktur kimi fəaliyyət göstərə, ya da Səhiyyə Nazirliyinin tabeliyinə verilə bilər
Məlum olduğu kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. R.Bayramlının vəzifəsindən istefa verməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb. Belə ki, müzakirələrdə TƏBİB-in ləğv olunacağı barədə fikirlər, iddialar da səslənməkdədir.
Bəs, bu fikirlər nə dərəcədə doğrudur? Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qəzetimizə açıqlamasında bildirib ki, Ramin Bayramlının və ya digər hansısa məmurun tutduğu vəzifədən istefa verməsi normal haldır. Ona görə də, bundan xüsusi müzakirə mövzusu açmaq doğru deyil. Komitə sədrinin sözlərinə görə, TƏBİB-in fəaliyyətinin istər uğurlu, istərsə də uğursuz cəhətini təkcə R.Bayramlı ilə əlqələndirmək düzgün olmaz: “O, TƏBİB-in İdarə Heyətinin sədri olub və heç vaxt təkbaşına qərarlar qəbul etməyib. Amma problem ondadır ki, TƏBİB yaranandan, ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanan vaxtdan koronavirus pandemiyası dünyanı cənginə aldı. Həm Səhiyyə Nazirliyinin, həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həm də TƏBİB-in bütün strukturları pandemiya ilə mübarizəyə cəlb olundular. Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti altında ölkəmiz pandemiyaya qarşı mübarizədə uğurlu nəticələr əldə edib. Bu, BMT səviyyəsində də etiraf olunur. Amma müəyyən problemlər də var. Biz arzu etdiyimiz nəticələrə hələ gəlib çatmamışıq. İcbari tibbi sığortanın ölkədə tətbiqi bizim arzu etdiyimiz və gözlədiyimiz səviyyədə qurulmayıb”.
TƏBİB-in ləğv olunub-olunmamasına gəlincə, Musa Quliyev hesab edir ki, bu məsələ ölkə rəhbərliyinin, hökumətin qərarından asılıdır: “Amma mən mütəxəssis kimi deyə bilərəm ki, yəqin gələcəkdə TƏBİB ya Səhiyyə Nazirliyinin tabeliyinə verilməlidir, ya da struktur olaraq ayrıca fəaliyyət göstərərək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ayrılmalıdır. Agentlik sifariş verən, pulu ödəyən təşkilatdır, sifariş verən təşkilatla icra edən təşkilatın bir strukturda olması dünya təcrübəsində də özünü doğrultmayıb. Çünki burda nəzarət funksiyası sifariş verən təşkilatda olmalıdır. Dövlət Agentliyi xidməti sifariş verirsə, onun pulunu ödəyirsə onunla TƏBİB-in arasında birbaşa şaquli asılılıq olmalı deyil. Dövlət Agentliyi yeni qurum olduğu üçün bütün xidmət strukturunun onun nəzdində olması ilkin mərhələ üçün doğru addımdır. Amma gələcəkdə bu iş tam oturuşandan sonra TƏBİB-in ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ayrılması, ya da Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi doğru olar”.
Komitə sədri TƏBİB-in ötən dövr ərzindəki fəaliyyətinin araşdırılmasını da təklif edib: “TƏBİB-in indiyə qədərki fəaliyyətinin səlahiyyətli və müstəqil bir komissiya tərəfindən araşdırılması yaxşı olar. Araşdırma nəticəsində ortaya çıxan nöqsanlar aradan qaldırılmalıdır. Bu ümumi işimizin də xeyrinə olacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

