Yağışdan sonra çıxan “təhlükə”
19.11.2021 [10:58]
Göbələkdən zəhərlənənlərin sayı niyə artıb?
Payız-qış fəsli, xüsusilə də, yağışların yağması və göbələk mövsümünün başlaması ilə zəhərlənmə hallarında artım müşahidə olunur. Yağışdan sonra çıxan göbələk kimi zəhərlənmələr də artıb. Əfsuslar olsun ki, vətəndaşların məlumatsızlığı, göbələyin zəhərli olub-olmadığını ayırd etməkdə çətinlik çəkməsi faciə ilə sonlanır.
Elə Qax rayonunda bir ailənin dörd fərdinin göbələkdən zəhərlənməsi, onlardan iki azyaşlının dünyasını dəyişməsi, bu hadisədən nə az, nə çox bir gün sonra Zaqatala rayonunda da 3 nəfər - ata, ana və övladının zəhərlənməsi bu məsələdə bir daha ciddi siqnal oldu.
Həmçinin noyabrın 4-də Qax rayonunda sutka ərzində daha iki ailə göbələkdən zəhərlənib. Həmin şəxslər ərizələrində də meşə sahəsindən yığdıqları göbələyi yedikdən sonra vəziyyətlərinin pisləşdiyini bildiriblər.
Verilən məlumata görə, göbələkdən zəhərlənmə halları yalnız bölgələrdə deyil, paytaxtda da qeydə alınıb. Belə ki, noyabrın ilk həftəsində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı müraciət edən 49 nəfərdən 8-i göbələkdən zəhərlənib.
Baş toksikoloq: İnsanlar meşədən toplanılmış göbələyi yeməməli, göbələk alarkən mütləq diqqətli olmalıdırlar
Ətrafımızda zəhərlənmə ehtimalını nəzərə alıb göbələk yeməyənlər də var. Bəs göbələksevərlər nə etməlidir?
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov göbələkdən zəhərlənmə halları ilə bağlı qəzetimizə açıqlama verərkən bildirib ki, Qax və Zaqatala rayonlarından xəstəxanaya müraciət edənlərin sayında artım var. Belə ki, son bir ay ərzində sözügedən rayonlardan göbələkdən zəhərlənmə diaqnozu ilə 30 nəfər xəstəxanaya göndərilib. Mütəxəssisin sözlərinə görə, insanlar meşədən toplanılmış göbələyi yeməməli, göbələk alarkən mütləq diqqətli olmalıdırlar. Yeməli göbələyin içərisinə bir tək zəhərli göbələyin qarışması belə bütün ailənin zəhərlənməsinə və məhvinə səbəb ola bilər: “Amma marketdə satılan, qablaşdırılmış göbələklər zərərsiz hesab edilir. Lakin məhsulu alarkən etiket məlumatları, yəni saxlanma tarixi mütləq nəzərdən keçirilməlidir. Məhsulun yararlılıq müddəti ötdükdə, düzgün şəraitdə saxlanmadığı halda da zəhərlənmə qaçınılmazdır. Göbələkdən zəhərlənməyə şübhə yarandığı halda dərhal həkimə müraciət etmək lazımdır”.
Bak toksikoloq, həmçinin ağır qida toksiki infeksiyası qrupuna aid olan botulizm xəstəliyi haqqında da məlumat verib. Bildirilib ki, botulizm düzgün konservləşdirilməmiş qida məhsullarının - balıq, ət konservləri, meyvə-tərəvəz və s. qəbulu nəticəsində yaranır. Evdar xanımların tutmalar hazırlayarkən sanitar-gigiyenik qaydalara düzgün riayət etmələri tövsiyə olunur.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

