Hər şeyi gördük, özümüzdən başqa
15.12.2021 [10:23]
Gələcəyi görən üçüncü gözümüzü kimlər kor etdi?
İlhamə Rəsulova
Onun varlığından ən qədim insanların da xəbəri olub. Ondan çox zaman sirli qüvvə kimi istifadə edilib, üçüncü gözü açıq olan insanlar başqaları üzərində güc, qüdrət sahibi olublar. Söhbət Roma Papalarının əsasında təsvir edilən, qədim Şumerlərin və yunan tanrılarının əsalarını bəzəyən, Asur kralı Sarqonun fiqurunu ovcunda saxladığı, rəsmi Mason lojasını və Hitlerin masasını bəzəyən sirli üçüncü gözdən, fitrət gözümüzü açan epifiz vəzinin şam qozası şəklindəki rəsmdən gedir. Dekart iddia edirdi ki, insan ruhu epifiz vəzində “yaşayır”. “Üçüncü göz” və ya “ağlın işığı” da adlandırılan epifiz vəzinin meditasiya yolu ilə Astral səyahəti yaşamaq istəyən insanın fiziki və fövqəltəbii-mənəvi dünyaları arasında keçid qapısı olduğuna inanılıb.
Qədim cəmiyyətlərdə, xüsusən də Misirdə və Romada epifiz vəzinin faydalarını bilirdilər və onu göz şəklində təsvir edirdilər. Buddanın bütün heykəllərində qaşların arasındakı şam qozası fiqurunu da görmək mümkündür.
Epifiz vəzinin dəniz səviyyəsində az, yüksək hündürlükdə isə daha çox hormon ifraz etməsi elmi həqiqətdir. Ona görə də tarix boyu bütün ibadət evləri mümkün qədər yüksək ərazilərdə tikilirdi. İbadət yerlərinin yüksəkdə qurulmasının səbəbi bu hormonun köməyi ilə ali şüurla daha çox ünsiyyət qurmağın mümkünlüyü iddiasından irəli gəlirdi.
İnsan orqanizmində Hipofiz, Qalxanvari vəzi, Paraqalxanvari vəziləri, Hipotalamus, Böyrəküstü vəzilər, Mədəaltı vəzi, Tənasül (cinsiyyət) vəziləri, Timus və s. vəziləri var. Amma tarix boyu ən çox diqqəti epifiz vəzi çəkib. Epifiz ruh və dünya arasında tarazlıq yaradan hesab olunurdu. Eradan əvvəl yaşamış anatomiya mütəxəssisi Herofilis epifizi düşüncə axınını tarazlaşdıran əzələ adlandırıb. Hinduizmdə Brahmaya görə, epifiz həqiqətə açılan pəncərədir, Veda fəlsəfəsində isə 6-cı hissi ifadə edir. Tibetdə 3-cü gözü öyrənmək üçün cərrahi yollara da əl atılır. Əgər 3-cü gözümüz aktivləşərsə, normal zamanda görə bilmədiyimiz şeyləri, ola biləcəkləri öncədən görə, güclü enerjimiz vasitəsilə hansısa hadisəyə təsir edə bilərik. Lakin o hələlik sirrini vermir.
Ölçüsü 5-8 mm olan epifiz vəzi beynin içində yerləşir. Forması şam qozasına bənzədiyinə görə latınca adı Pinealis adlanır. 100-180 mq ağırlığında olmasına baxmayaraq, böyrəklərdən sonra ən çox qanla təmin olunan orqandır. Epifiz vəzi melatonin, seratonin və DMT (dimetiltriptamin) hormonlarını ifraz edir. Eynilə gözdəki kimi epifiz vəzində də retina və buna bənzər toxumalar var. Vəzin təəccüb doğuran bir xüsusiyyəti eynilə göz kimi işığa həssas olmasıdır. Bu kiçik orqan qapalı və qaranlıq sahədə olmasına baxmayaraq, dəri vasitəsilə işığın olub-olmadığını hiss edə bilir. Məsələn, qaranlıqda vücudumuza arxadan belə işıq düşərsə vəz bunu duyur. Gözlər işıqda fəaliyyət göstərsə də, epifiz vəzi tam əksinə, heç işıq olmayanda belə öz funksiyasını yerinə yetirir.
Epifiz vəzi 3 hormon ifraz edir. Melatonin epifizin yalnız qaranlıqda ifraz etdiyi bir hormondur. Yuxunu nizamlamaqla bilinən bu hormon, eyni zamanda, xəstəliklərə qarşı müdafiə funksiyasını həyata keçirir. Seratonin, başqa sözlə xoşbəxtlik hormonu orqanizmdə bir çox funksiyanın nizamlanmasına kömək edir. İfrazı azalarsa, bir sıra ruhi xəstəliklər üzə çıxa bilər. DMT-yə həkimlər ruh hormonu da deyirlər. Bu hormonun ifrazı doğum və ölüm anında ən yüksək həddə çatır. O yalnız yuxuda ifraz olunur. Körpə uşaqların və can verən şəxslərin gözlərinə müxtəlif varlıqların görünməsi də məhz bununla əlaqələndirilir.
Maraqlı bir faktı da qeyd etmək istərdim. Şamanlar DMT-ini “ayahuasca” çayından əldə edirdilər. Qarğı qamışının üzərlik toxumu ilə qarışığından əldə edilən bu çay içildikdən yarım saat sonra öz təsirini göstərir. Bu çayı içdikdən sonra insanlar işıq gördüklərini qeyd edirlər. Bir işıq yolundan keçib başqa bir aləmə daxil olurlar, hansı ki, bu aləmdə rənglər heç olmadığı qədər canlıdır və insanlar fiziki yüklərdən azad olub rahatlıq tapırlar. Bu anı tuta bilən, bu ekstazı yaşayanlar özlərini kainatla bütünləşmiş kimi hiss edirlər. Bu halda zaman məfhumu yox olur.
“Ayahuasca” çayının hazırlanmasında istifadə olunan qarğı qamışından ney adlanan musiqi aləti hazırlanır. İslamda təsəvvüv musiqisi də məhz neydə çalınır, bu musiqi altında səmazənlər dövrə vuraraq rəqs edir, başqa aləmlərə daxil olduqlarını hesab edirlər. Təbii ki, bu astral səyahətdə üçüncü gözümüzü açan “Ayahuasca” çayının da rolu olur.
Qeyd edək ki, heç bir bitkidən istifadə etmədən də orqanizmdə DMT səviyyəsini yüksəltmək mümkündür. Buna bir müddət az və tənha qalmaqla, susmaqla nail olmaq mümkündür. İslam dinində də digər dinlərdə olduğu kimi, din adamlarının izdivaya çəkilib, günlərlə tərki-dünya olmasının səbəbi bu idi. Müasir elm sübut edib ki, beyni yorulmuş adam 7 gün susarsa, beyin dincəlir və daha aktiv ideyalar verə bilir.
Bəs üçüncü gözümüz niyə hər zaman lazımi informasiyanı vermir, susur. Kor olur? Səbəb yodsuz su və ağardıcı diş məcunlarında istifadə olunan flüor maddəsidir. Gecə-gündüz “dişlərinizi ağardın” deyib reklam edənlər dişimizi parlatsalar da, üçüncü gözümüzün yumulmasına xidmət edirlər.
Flüorun dişlərə bir faydası olmamaqla yanaşı (əksinə dişlərin daha tez xarab olmasına səbəb olur) epifiz vəzini kirəcləşdirməklə fəaliyətini azaldır. 1990-cı illərin sonlarında Cennifer Luke adlı bir alim natrium floridin epifiz üzərində təsiri ilə bağlı ilk araşdırmalara başlayıb. Luka, beynin ortasında yerləşən epifizin flüor üçün hədəf olduğunu bildirdi. Epifiz vəzi sümüklər də daxil olmaqla bədəndəki hər hansı digər fiziki maddədən daha çox flüor udur. Epifiz vəzi maqnit kimi natrium floridi özünə çəkir. Bu, epifizin kalsifikasiyasına və bədəndəki bütün hormonal proseslərin effektiv balanslaşdırılmasına mane olur. Sonrakı müxtəlif tədqiqatlar sübut etdi ki, natrium flüor beyindəki ən vacib vəzidə sorulur. Natrium flüorid beynimizdəki ən vacib vəzimizə hücum edir. Natrium florid qidalarda, içkilərdə, hamam sularında və içməli suda olur. Sanki kimlərsə, qəsdli şəkildə intuitiv duyğularımıza səbəb olan bu vəzin işləməməsinə çalışır.
Başqa bir problem də yodsuz sudur. Mütəxəssislərin fikrinə görə, insan beyni öz bacardığının hamısını deyil, 30%- i qədər işləyir. Yod qəbulunun azlığı bu fəaliyyətə pis təsir edir. Hazırda dünyada 2 milyard insan suda yod çatışmazlığından əziyyət çəkir. Haqqında danışdığımız yod evdə işlətdiyimiz yod deyil. Söhbət 2000-ci ildə İsveçrə alimləri tərəfindən kəşf olunmuş ionlaşdırılmış yoddan gedir. On ton suya müəyyənləşmiş dozada həmin yoddan qatıldıqda, qanda ən azı 100 mikroqram yod yaranır və bu, orqanizmdə maddələr mübadiləsinin normal getməsini təmin edir.
Normal halda bir insan bir gündə ən azı 100 mikroqram yod qəbul etməlidir. Bədəndə yodun çatışmaması nəticəsində yaddaş pozğunluğu, tükün tökülməsi, dırnağın qırılması, sifətin şişməsi, kökəlmə kimi əlamətlər üzə çıxır. Orqanizmdə maddələr mübadiləsinin düzgün getməsi, uca boylu, ağıllı, səbirli, yaddaşlı, diqqətli olmaq istəyənlər yodlu sulara üstünlük verməlidirlər. Bir gündə on bir mikroqramdan az yod qəbul edən hər bir kəsdə zob olma ehtimalı böyükdür. Sağlam, fiziki cəhətdən gözəl və güclü millət olmaq üçün suyumuzun yod tərkibinə diqqət göstərilməlidir. Ağıllı və intuitiv insanların daha çox olması üçün isə epifiz vəzimiz düzgün işləməlidir.
Əslində, ən böyük sirr özümüzdə, içimizdə gizlidir. Yunan əfsanələrinə görə, Tanrılar ən böyük sirrlərini insanın beynində gizlətdilər. Çünki, bildilər ki, insan yerin dibinə, uca səmalara əl atsa da, özünü dərk eləməkdə, öz beynini görməkdə çətinlik çəkəcək. Bu gün okeanları, kainatı kəşf edən insan əslində ona astral səyahət və daha çox həqiqəti görmək imkanı verən üçüncü gözünün varlığı barədə unudub. Dünya dərdləri ilə əlləşməkdən mənəvi dünyamızı unutmuşuq. Hərdən bir öz içimizə səyahət etsək, nələr bilərik, nələr görərik kim bilir. Nə qədər qüdrətli olduğumuzun fərqinə vararıq.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

