Sosial şəbəkə psixologiyası nəyi və necə diktə edir?
28.01.2022 [09:51]
Yaxud real həyatın virtual gerçəkliyi
Nurlan QƏLƏNDƏRLİ
XXI yüzillik informasiya əsridir - internet dövründə yaşayırıq. Təbii ki, bunun bir çox üstünlükləri var. Amma gül tikansız olmadığı kimi, bu imkanlar da çatışmazlıqdan xali deyil. Məsələ ondan ibarətdir ki, internet insanların istifadə formasına və niyyətinə görə yararlı, yaxud zərərli olur. Bu, daha çox fərdi - individual xarakter daşıyır. Yəni kimsə informasiya resurslarından maariflən(dir)mək, faydalı bilgi almaq, mütaliə etmək üçün istifadə edirsə, real və virtual qazanc sahibi olur. Söhbət maddi və mənəvi qazancdan gedir. Başqa biri internetdən arzuolunmaz formada yararlanmağa çalışırsa, bu zaman özü ilə yanaşı, ətrafına, cəmiyyətə fayda deyil, zərər verir. Bunlarla yanaşı, informasiya resurslarından istifadə tərzinə görə kütləvi zərərli meyillər də meydana çıxa, geniş yayıla bilir. Belə hal daha çox sosial şəbəkələrdə özünü göstərir.
“Feysbuk xəstəliyi”, yaxud virtual qonşudan qalma dala...
Son zamanlar qəribə tendensiya müşahidə edilir: sosial şəbəkədə kütlə psixologiyası ilə şüursuz davranışlar, yaxud linç kampaniyası geniş vüsət alıb. Elə bil, hamı hansısa bir səhv axtarır ki, onun üzərindən kütləvi kampaniya başlatsın, hər kəs mənfi enerjisini boşaldaraq cəmiyyəti mənəvi-psixoloji cəhətdən yükləsin. Bu, “feysbuk xəstəliyi” kimi səciyyələndirilsə də, faktiki olaraq real həyatın virtual gerçəkliyidir. Özü də, bir çox cəmiyyətlərə aiddir. Sanki, hər kəs linç kampaniyasına hazırdır, təki bircə fakt ortaya atılsın - hamı aqressiv notların qulaqbatırıcı sədaları altında “rəqsə qoşulsun”. Araşdırmadan, məsələnin mahiyyətini bilmədən insanlar “hücum” əmrinə tabe olacaq, tənqid təhqiri, təhqir şantajı əvəz edəcək, etik davranış sərhədləri qanunsuz olaraq keçiləcək - bütün sədlər darmadağın ediləcək. Sanki, bir anda kütlə cuşa gəlir, sunami dalğası kimi anidən virtual dağıdıcılıqla məşğul olur, nəhayət, mənfi enerjilər atıldıqdan sonra sakitlik - “hüzur” çökür. Özü də, fərqi yoxdur, hansı peşənin sahibidir, cəmiyyətin hansı təbəqəsinin nümayəndəsidir. Feysbukda “onlayn vətəndaşlığa” malik olmaq kütlə psixologiyasına tabe olaraq linç kampaniyasına qoşulmaq üçün yetərlidir. Bir-birinə sual versələr ki, “biz nə istəyirik?”, cavab, şübhəsiz ki, “heç nə, sadəcə olaraq, virtual qonşudan qalma dala psixologiyası ilə hərəkət edirik, sürüyə qoşulmuşuq” olar...
Aqressiya dalğası və SOS!
Bir müddət əvvəl feysbukun Azərbaycan seqmentində bir videomaterial yayıldı: küçənin ortasında bir nəfər digərinə fiziki güc tətbiq edir. Təbii ki, arzuolunmaz haldır. Amma bu məişət məsələsinin həlli çox sadədir: təmkinli olmaq və qanuni vasitələrdən istifadə etmək. Lakin virtual dünyanın sakinləri dərhal iki qrupa bölündülər: bir qrupun rəylərində “fiziki güc tətbiq edəni asmaq lazımdır”, “o adam elə küçədə güllələnməlidir”, “ətrafdakılar niyə susdular, gərək, linç edərdilər” kimi fikirlər yer aldı. Olduqca aqressiv - hikkə dolu düşüncələr. İkinci qrup isə “günah öldürəndə deyil, öləndə olur”, “elə döyülməli adamı döyərlər”, “hələ az vurdu, gərək öldürərdi” kimi sadist ruhlu (acımasız) mövqe ortaya qoydular. Nəhayət, bu aqressiya bumu görüntüləri görən, rəyləri oxuyan əksəriyyəti bürüdü, hətta psixoloq statusu daşıyan bəzi sosial şəbəkə istifadəçiləri də kütlə sırasına daxil olaraq sözügedən fikirlərə bənzər ifadələr yazmağa başladılar. Bir sözlə, “psixoloqa da psixoloq lazımdır” situasiyası yarandı. Qəribə və qorxulu deyilmi? Hətta psixoloq da aldığı təhsili gözardı edərək, mənimsədiyi peşə dəyərlərini, dərk və mühakimə qabiliyyətini itirərək aqressiv kütlənin içərisinə daxil olursa, o zaman SOS deyib həyəcan təbili çalmağa ciddi ehtiyac var...
“Camaatın ağzını yummaq üçün...”
“Böyük dayaq” filmində maraqlı bir epizod var. Deməli, Naznaz Qaraşın qabağını kəsib təhdid edir - deyir ki, barəmizdə dedi-qodu baş alıb gedir. Qaraş cavab verir: “Sən yaxşı bilirsən ki, bu dedi-qoduların heç bir əsası yoxdur”. Naznazın cavabı isə “əsası oldu-olmadı, camaatın ağzını yummaq üçün sən mənimlə evlənməlisən”, olur. Bu gün sosial şəbəkə psixologiyası eynilə Naznaz kimi diktə edir. Məsələn, feysbukun müxtəlif seqmentlərinə nəzər saldıqda görürsən ki, sosial şəbəkədə hansısa səs yazısı, fotoya, videomaterial ortaya atılır, buna əsasən kütləvi rəy formalaşdırılır - hər kəs qınayır, məsələ ilə əlaqədar özəl, yaxud dövlət qurumundan israrla nə isə tələb edir (haqlı və ya haqsız olmasından asılı olmayaraq), hətta təhqir və şantaj adi hala çevrilir. Süni ajiotaj və ya ictimai panika yaratmaq cəhdi aydın sezilir. Belə olan halda, çox zaman aidiyyəti şəxs və qurumların davranışlarında da adekvat hal müşahidə olunmur - dərhal və tələm-tələsik cavab verilir. Yetər ki, məqsədli şəkildə və ya kütlə psixologiyasına qoşularaq virtual ajiotaj yaratmağa çalışanların qarşısı dərhal alınsın, Naznazın təbiri ilə desək, “ağzı yumulsun”. Doğrudur, haqlı tələblərə və çağırışlara dərhal reaksiya vermək və məsələnin qanuni həllinə nail olmaq vacibdir. Amma iş prinsiplərini, iş mexanizmini sosial şəbəkədə hansısa qeyri-adekvat çağırış əsasında qurmaq olmaz. Başqa sözlə, kütlə psixologiyası əsasında virtual linç kampaniyasına təslim olmaq, fəaliyyəti onun əsasında formalaşdırmaq yolverilməzdir. Bu, ictimai immuniteti zəiflətməklə yanaşı, mənfi ənənənin formalaşmasına zəmin yaradar.
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31

