Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İşgüzar qadının gözü ilə...

İşgüzar qadının gözü ilə...

03.02.2022 [10:44]

Qadın güclüdürsə, savadlıdırsa, onun yetirdiyi övlad da güclüdür, savadlıdır

İ.RƏSULOVA

Son 30 il ərzində Azərbaycanda gender bərabərliyinin təşviqi istiqamətində əhəmiyyətli işlər görülüb. Bununla belə, aparılan tədqiqatın nəticələri göstərir ki, gender bərabərsizliyi hələ də ailənin formalaşması və ailədaxili münasibətlər, həmçinin bütövlükdə cəmiyyətə mənfi təsir göstərən amillər sırasındadır. Hüquq bərabərliyinə aid bir sıra qanunvericilik normalarının mövcud olmasına baxmayaraq, qadınların iqtisadi resurslara çıxışı və şəxsi, ictimai və siyasi həyatda qərar qəbuletmə prosesində hərtərəfli iştirak imkanları kişilərlə müqayisədə daha məhduddur.

Gender və gender bərabərliyi ilə bağlı stereotiplər hələ də mövcuddur. Cəmiyyətin böyük bir qismi tərəfindən qadın yalnız reproduktiv potensialına görə dəyərləndirilir, rolu ailə çərçivəsi ilə məhdudlaşdırılır. Kişi və ya qadın olmaqla bağlı ənənəvi gözləntilər Azərbaycan kişi və qadınlarının şüurunda dərin köklər salıb. Azərbaycanda gender rolları ilə bağlı ənənəvi fikirlər əsasən kişilər tərəfindən dəstəklənir. Ənənəvi olaraq “kişilik” anlayışı kişinin hər zaman qadından bir addım öndə olması, sözünün qanun olması,  ailəsini, ilk növbədə, maddi cəhətdən təmin etməsi kimi dəyərləndirilir.

Bu sahədə kişilərlə daha çox iş aparılmalıdır, çünki qadın hüquqlarının təşviqi məsələsinə kişilər daha mənfi münasibət nümayiş etdirir. Kişilərin bir çoxu, (elə qadınlar da istisna deyil, xüsusən yaşlı nəsil insanlar)  uzun illər “kişilərin sahəsi” hesab edilən işlərdə qadınların işləməsinə dözümsüz yanaşır, “qadın əlinin xəmiri ilə kişi işinə qarışmasın” deyirlər. İşləyən qadın, xüsusilə dövlət qurumlarında vəzifədə çalışan qadın olmaq asandırmı?

Bu mövzu barədə 32 il əmək fəaliyyəti olan bir xanımla, Qusar rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova ilə danışırıq.

Neva xanım fəaliyyətinə öncə jurnalistikadan, sonra müəllimlikdən başlayıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur. Dediyinə görə, ömrü boyu aktiv  fəaliyyəti ilə seçilib, ictimai işlərdə çalışıb. Elə bugünkü statusunu qazanmaqda da  ona gözəl dil qabiliyyəti və möhkəm xarakteri kömək edib. Dövlət işində işləməyin qadının şəxsi həyatına  çətinlik yaratmadığını düşünür.

“Azərbaycanda iş qadını olmaq  üçün dövlət hər şəraiti yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilib. Gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışıq. Bu gün istər özəl sektor, istərsə də dövlət orqanlarında gender bərabərliyinin təmin edilməsi istiqamətində çox vacib tədbirlər həyata keçirilir. 2006-cı ildə qəbul olunmuş “Gender bərabərliyinin təminatları haqqında” Qanunu bu sahədə ən vacib nailiyyət kimi qiymətləndirmək olar. Qanun qəbul edildikdən sonra dövlət idarəçiliyində gender bərabərliyinə daha da çox diqqət artırılıb, eyni zamanda, ailə siyasətinin və sosial-iqtisadi inkişafın təmin edilməsində dövlət orqanlarının fəaliyyətinin keyfiyyət əhəmiyyətinin artmasına təsir edib. Qadınların hüquqlarını təmin edən qanunlar da var, imkanlar da. Bir çox şeylər qadınların özlərindən də asılıdır. Ailədən gələn bəzi çətinliklər ola bilər. Etiraf edim ki, mən şəxsən  bununla qarşılaşmamışam. Qadın güclü varlıqdır. O, bir şeyi istəyirsə, onu əldə etmək  üçün səy göstərir, tükənmədən, yorulmadan hədəfinə doğru irəliləyir. Bu mənada işgüzar qadınlar daha planlı, proqramlı hərəkət edirlər. Ailə ilə iş arasındakı balansı qorumaq  üçün müəyyən tədbirlər görürlər. Bu, belə də olmalıdır. Həm karyeraya, həm ailəyə birlikdə sahiblənmək olar. Bu, sadəcə daha çox zəhmət tələb edir”, - deyə Neva xanım bildirir.

Son illər istənilən dövlət qurumunda qadınların yüksək vəzifələr tutması birmənalı qiymətləndirilmir. Bir çoxları humani­star və sosial sahələrdə məsul vəzifələr tapşırılan qadınların ağır yük altına düşdüyünü, bunun onların şəxsi həyatına mənfi təsir etdiyini yazırlar. Bu arada belə bir qeydi etmək yerinə düşərdi ki, İsveç alimlərinin apardığı araşdırmalara görə, dünyada  dövlət qurumlarında  işləyən qadınların 30 faizinin ailə həyatı boşanmalarla nəticələnir. Bu mənada Azərbaycan qadınları öz iş həyatlarını daha fərqli şəkildə qura bilmək bacarıqları ilə öyünə bilərlər.

Elə Neva xanım kimi. Neva Abdurahmanova 32 il iş stajına malikdir, bunun son 9 ilini Heydər Əliyev Mərkəzində direktor vəzifəsini icra etməklə keçirib. Dediyinə görə, bu mərkəzin onun iş həyatında xüsusi rolu olub və bir növ məktəb rolunu oynayıb. O ki, qaldı  dövlət qurumlarında məsul vəzifələrin qadınları yükləməsi məsələsinə, Neva xanım düşünür ki, hazırlıqlı, təcrübəli qadın istənilən ağır və məsul vəzifənin öhdəsindən asanlıqla gələ bilər.

“Birdən-birə, təcrübəsi olmayan hansısa qadının vəzifəyə qoyulması əlbəttə müəyyən çətinliklər yaradır. Bu, kişilərə də aiddir. Mütləq şəkildə məktəb keçməli, təcrübə qazanmalıyıq. İşi bacarana tapşıranda nəticə uğurlu olur. Mən bu vəzifəyə təyin olunarkən həddən çox həyəcan keçirirdim. Ulu Öndərin adını daşıyan bir mərkəzdə onu adına layiq şəkildə təmsil etmək böyük məsuliyyətdir. Mən gecəmi-gündüzümü Heydər Əliyevin çox zəngin irsinin öyrənilməsinə həsr etdim ki, bu barədə Qusar camaatına və rayonumuzun qonaqlarına ətraflı məlumat verə bilim. Bu böyük irsi  gələcək nəsillərə layiqli şəkildə çatdıra bilək. Çox böyük layihələrimiz oldu və yenə də olur. Kənd və qəsəbələrdə gender bərabərliyi, erkən nikahlarla bağlı maarifləndirmə işləri aparmışıq, fiziki  məhdudiyyətli qadınların cəmiyyətə inteqrasiyası ilə bağlı uğurlu layihələrimiz olub. Onların əl işlərindən ibarət  satış sərgiləri təşkil etmişik. Qadınlarımızın “Abad” layihəsinə, İqtisadi İnkişaf Nazirliyinin təşkil etdiyi müxtəlif satış sərgilərinə qoşulmasına yardım etmişik. Həmçinin gənclərlə bağlı davamlı işlər görürük. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, “Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” Bu yolda əlimizdən nə gəlirsə, mərkəz olaraq səylərimizi əsirgəmirik. Gənc qızlarımızın gələcəyi bu gün qoyduqları təməllərdən çox asılıdır.

Dövlət idarəetməsində və qərar qəbuletmədə kişilərlə yanaşı, qadınların fəal iştirakının artırılması istiqamətində daha genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə həmişə  ehtiyac var. Qadınlar istənilən sahədə fəaliyyətlərində məsuliyyətli, diqqətli olurlar. Dövlət qulluğunda qadınların kişilərlə bərabər təmsilçiliyinin təmin edilməsi, qadın dövlət qulluqçularının sayının artırılması məsələsinə xüsusi diqqət yetirilir. Bu, təqdirəlayiq haldır. Qadınların idarəetmə prosesində fəal iştirakı Azərbaycanda dövlət idarəçilik sisteminin geniş islahatı ilə sıx bağlıdır. Qadın güclüdürsə, savadlıdırsa, onun yetirdiyi övlad da güclüdür, savadlıdır, tərbiyəlidir və cəmiyyət  üçün faydalıdır”.

Paylaş:
Baxılıb: 1228 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31