İgidlərin at çapdığı, qəhrəmanların yallı getdiyi Cıdır düzü
03.02.2022 [10:46]
İlhamə RƏSULOVA
Şuşanın işğalda olan illərində (getsin o illər bir daha gəlməsin) televiziyada onun barəsində hansısa bir süjet təqdim olunanda mütləq şəkildə köhnə bir kadr təkrar-təkrar verilirdi. Şuşa qapılarının yanından keçən köhnə, sarı bir avtobus və İsa bulağı ətrafında dincələn insanlar. Sanki Şuşa barədə bundan başqa göstəriləcək heç nəyimiz yox idi. Bəlkə də yox imiş deyə eyni kadrlar təkrar-təkrar göstərildi. Ən azından mən 30 il ərzində belə gördüm. Bir neçə bədii filmdə Şuşanı əks etdirən ötəri mənzərələr xaric, onu tarixin lent yaddaşına almaq ağlımıza gəlməm?idi sanki. Bilməmişdik ortaya böyük bir həsrət düşə bilər. Şuşadan köçkün düşmüş, qonşuluğumuzda məskunlaşmış mərhum Bağır müəllimin yana-yana dedikləri həmişə qulağımda səslənir.
“Ermənilər Qarabağa iddia etməklə onun bizim olduğunu yadımıza saldılar. Biz Şuşaya doğru-dürüst sahiblənmədik vaxtında. Ən görməli yerlərimizdə o nankor ermənilər yerləşdilər. İşğaldan sonra Şuşa daha çox bizim oldu”.
Bu illər ərzində mən adını hər kəsin dilindən çox eşitdiyim, kitablarda haqqında oxuyub, xəyalımda təsvir etdiyim Cıdır düzünü görməyi çox arzu eləmişdim. Hələ uşaqkən Çəmənzəminlinin “Qan içində” romanını oxuyarkən Vaqifin və oğlunun Cıdır düzündə başının kəsilməsi səhnəsi mənə dərin təsir etmiş, sarsılmışdım. Bir şuşalının qələmindən Cıdır düzü o qədər gözəl təsvir olunmuşdu ki, özümü Şuşanı gəzmiş kimi hiss etmişdim. Allah Şuşanı görmək arzumu ən möhtəşəm şəkildə reallaşdırdı. Şuşada təntənəli bayram konsertlərini gördüm, dövlət başçımızın böyük sevinc içində rəqs etməsini gördüm. Bu, bir fatehin, bir qəhrəmanın aşan-daşan sevinciydi. Üz-gözündən yağan işıq hamıya sirayət edirdi. Gülmək, sevinmək, qol-qanad açmaq nə gözəl yaraşırdı bizlərə.
Bu mənzərələri seyr edərkən, sevinc göz yaşları içində “şükür sənə, İlahi, daha səndən nə istəmək olar ki? Bu günü gördük” demişdim. Amma Allah daha böyük lütf etdi. Cıdır düzünə qədəm basmaq mənə də nəsib oldu.
Şuşanın o məşhur Cıdır düzü. Düşünürsən ki, qolumu açıb qucaqlasam, qoynuma sığar. Vətən demək budur elə. O sənin zərrəndir, sən də onun. Əslində ekrandan göründüyü qədər böyük deyil. Lakin möhtəşəm gözəlliyinin olmasına söz yoxdur. Bir ayağı uçuruma dirənən geniş düzənliyə ayaq basınca hiss edirsən ki, buralar tarix qoxuyur. Bir zamanlar Pənah xan, İbrahim xan, Mehdiqulu xan, Məmməd bəy Cavanşir Batmanqılınc, Natəvan, Vaqif və daha neçə dahi azərbaycanlının gəzdiyi bu düzənlərdə gəzmək insana fərqli duyğular yaşadır. Yeridikcə sanki bur?da cıdıra çıxmış igidlərin atlarının kişnəməsini, hayqırışlarını eşidirsən.
Cıdır düzü igidlərimizin iz yeridir. Yox, cıdıra çıxmış atların izləri deyil bu. Cıdır düzü uğrunda getmiş qanlı döyüşlər zamanı atılan güllə izləridir. Daşaltı uçurumu tərəfdəki qayaların hərəsinin üstündə ən az 10-15 güllə izi qalmaqdadır. Yalın əllə uçurumdan qalxaraq, düşmənə türk oğlunun nələrə qadir olduğunu göstərib burada Azərbaycan əsgəri.
Şuşanın qərb hissəsi 1800 metr, şərq hissəsi dəniz səviyyəsindən 1400 metr yüksəklikdədir. Cıdır düzü Şuşanın cənubunda, ən yüksək hissəsindədir. Bu geniş çəmənlikdən durub Daşaltı çayına və 200 metr aşağıda yerləşən Daşaltı dərəsinə baxırsan. Cıdır düzünün kənarındakı cığır qırx pilləkana, Daşaltı dərəsinə və Xan mağarasına aparır. “Xəzinə Qalası” deyilən mağara da “qırx pilləkən”in yaxınlığındadır.
Bir zamanlar adı çox çəkilən, məşhur Xan mağarası 1992-ci ildə ermənilər tərəfindən dağıdılıb. Cıdır düzü tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli camaatın Novruz bayramını keçirdiyi ərazidir. Şuşalıların və şəhərin qonaqlarının istirahət etdikləri ən görməli yerlərdən biridir. Sovet hakimiyyəti qurulmamışdan əvvəl Şuşa bəyləri burada məşhur Qarabağ atlarının iştirakı ilə cıdır yarışları təşkil edərdilər. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç yüksəklikdən ibarətdir. Bu yüksəkliklərə “Üçmıx” adı verilib. İşğaldan öncə hər il may ayında Cıdır düzündə “Xarıbülbül” mahnı festivalları keçirilərdi. Qarabağ xanəndələrinin bir çoxu da Cıdır düzündə oxuduqları muğamlarla məşhurlaşıb, bütün Azərbaycana ün salıblar. Məgər bu gözəlliyi görüb könül ilhamlanmaya bilərdimi?
Şuşanın şıltaq, oynaq təbiəti Cıdır düzündə daha çox hiss olunur. Bu düz Qarabağ atları kimi, dumanların, buludların da cıdır meydanıdır sanki. Sən düzəngahın bir başından o biri başına gedənə kimi hava rəngdən-rəngə düşür. Gah dərəyə bulud enir. Sanki uçurumdan ayağını atsan, buludların üstündə gəzəcəksən. Uçurumun kənarında özünü yerlə göyün arasındaymışsan kimi hiss edirsən. Gah yağış çiləyir, sən papağını başına qoymağa macal tapmadan bulud çəkilir. Göy üzünü göyqurşağı bürüyür. Bircə tərtəmiz havası dəyişməz qalır. Hər nəfəslə ruhuna dolan, təmiz dağ havası canına can qatır.
Bir zamanlar Paşinyanın sərxoş vəziyyətdə yallı getdiyi Cıdır düzünü seyr eləmək hər bir azərbaycanlının qürurunu zədələmiş, ürəyini sızlatmışdı. Ölkə Prezidenti İlham Əliyev də görünür ki, ölkəsinin vətəndaşlarının hiss etdiklərini hiss etmiş, xalqa müraciətində demişdi: “Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq... Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!”
Çox keçmədi ki, Müzəffər Prezidentimiz Cıdır düzündən xalqa səsləndi: “Bura Cıdır düzüdür. Hər birimiz üçün əziz, doğma Cıdır düzü... Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq...
Bir müddət bundan əvvəl işğalçı qüvvələr bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişlər, - bütün dünya artıq bundan xəbərdardır, - “Yallı” getmişlər. İzi-tozu da qalmayıb burada, rədd etmişik. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi”.
At həmişə türk üçün dəyərli olub, murad sayılıb. Qarabağ atlarının yarışa çıxdığı, adını da buradan almış Cıdır düzü əbədilik əsarətdə qala bilərdimi?
Tanrı türkü muradına qovuşdurdu.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

