Gənclərin təhsilində yeni inqilabi addımlar
04.02.2022 [10:56]
Yaxud xaricdə təhsil ənənəsinin uğurlu davamı
Taleh AĞAVERDİYEV
Gənclərə münasibət həmişə dövlət və cəmiyyət üçün aktual olub. Bu gün Azərbaycanda gənclər siyasəti ölkənin dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Gənclər üçün yeni imkanlar yaradılıb, dövlət onların hərtərəfli inkişafına mühüm töhfə verir, gənclərlə iş üzrə ixtisaslaşmış qurumlar fəaliyyət göstərir.
Dövlət gənclər siyasətinin mühüm tərkib hissəsi həm dövlət daxilində keyfiyyətli təhsilin təmin edilməsi, həm də gənclərin xaricdə təhsilinin təşkilidir. Xaricdə təhsil Azərbaycan gənclərinin xarici təcrübəni, xüsusən də inkişaf etmiş ölkələrin təcrübəsini mənimsəməsinə töhfə verir ki, bu da sonradan müxtəlif sahələrdə, o cümlədən ölkəmizin təhsil sahəsində tətbiq oluna bilər. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqının görkəmli oğlu, ictimai-siyasi xadim və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərərək, onların təhsil xərclərini öz üzərinə götürdü və bu, gələcəyə hesablanmış addım idi. Sonradan bu tələbələrdən bəziləri tarixdə mühüm iz qoyub, həm Azərbaycanın, həm də digər xalqların taleyində vacib rol oynayıblar. Bakıda xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev qeyd etmişdi ki, bu tələbələr arasında onun babası Əziz Əliyev də olmuşdur.
Sovet dövründə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gənc güzəştli şərtlərlə keçmiş SSRİ-nin Moskva, Sankt-Peterburq, Kiyev, Xarkov, Minsk kimi şəhərlərinin aparıcı ali məktəblərində təhsil almağa göndərilirdi. Hər il bu proqram icra edilirdi və məqsəd gəncləri yetişdirmək və yaxşı biliklər vermək idi. Həmin gənclər sonradan bacarıqlı kadr və ali təhsilli mütəxəssis kimi müxtəlif sahələrə respublikamıza cəlb olunublar.
Bu şərəfli ənənə Prezident İlham Əliyev tərəfindən gənclərin hərtərəfli inkişafına və təhsilinə xüsusi diqqət yetirərək davam etdirilir. Belə ki, dövlət başçısının sərəncamı ilə qəbul edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə azərbaycanlı tələbə təhsil almaq üçün xarici ölkələrə göndərilib. Fevralın 2-də Bakıda keçirilən Gənclər Forumunda bu məsələyə toxunan dövlət başçısı qeyd edib ki, gənclər 30-dan çox ölkəyə, müxtəlif ölkələrin 300-dən çox ali məktəbinə ezam edilib, və bu məqsədlər üçün 200 milyon manat vəsait xərcləndi. “2006-cı ildə biz bu proqrama başlayanda, Azərbaycanda vəziyyət elə idi ki, bir çoxları bəlkə də orada, xaricdə qalmağı seçə bilərdilər. Ancaq buna baxmayaraq, dövlət xətti ilə oxuyanların böyük hissəsi Azərbaycana qayıdıb”, - deyə, Azərbaycan Prezidenti bildirib.
Qeyd etmək lazımdır ki, o dövrdə eyni zamanda aparıcı xarici universitetlərin Azərbaycanda filiallarının yaradılması məsələsi də gündəliyə daxil edilib. Qısa müddətdə Azərbaycanda 3 xarici ali təhsil müəssisəsinin filialı fəaliyyətə başladı.
Və tezliklə bu proqram öz bəhrəsini verdi. Bu gün gənclər dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və digər sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Bu proqramın iştirakçıları arasında təhsil naziri Emin Əmrullayevi xüsusilə qeyd etmək olar. Təcrübə göstərir ki, təhsilin keyfiyyətinin yüksəlməsi Azərbaycanda iqtisadi tərəqqinin daha da sürətlənməsi üçün güclü potensial yaradıb. Xüsusilə gənclərin xarici təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə əhəmiyyətli töhfə verib.
Prezident İlham Əliyev gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncama əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” layihəsinin hazırlanması nəzərdə tutulub. Prezident İlham Əliyev Gənclər Forumunda bu məsələyə da toxunub: “Yeni proqram artıq işlənilib və müvafiq sərəncam keçən il verilib. Yəqin ki, bu ildən başlayaraq, biz bu proqramı bərpa edəcəyik, yeni formada bərpa edəcəyik. Yəni, əvvəl birinci proqramın, tutaq ki, çatışmazlıqları nəzərə almaq şərtilə. Haradasa, ildə 400-ə qədər gənc dünyanın aparıcı ali məktəblərinə göndəriləcəkdir”.
Proqram çərçivəsində dünyanın ən nüfuzlu universitetlərində təhsil nəzərdə tutulub. Üstünlük texniki və texnoloji sahələrə, fundamental elmlərə veriləcək.
Dövlət başçısının yeni sənədlə bağlı sərəncamında aydın göstərişlər var: vurğu prioritet profil sahələrinə yönəldilir. Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının böyük bir hissəsi magistratura pilləsini əhatə edəcək. Bundan əlavə, bakalavr pilləsində təhsil aldığı müddətdə fərqlənmiş şəxslərin xaricdə təhsilinin maliyyələşdirilməsi mümkün olacaq.
Azərbaycan gənclərinin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil proqramına dövlət səviyyəsində ciddi nəzarət olunur ki, bu da onun şəffaflığına və səmərəliliyinə zəmanət verir. Respublika rəhbərliyinin bu sahədə həyata keçirdiyi tədbirlər öz növbəsində gələcək üçün rəhbər kadrlar ehtiyatının formalaşmasına öz töhfəsini verir. Belə uğurlu kadr islahatlarının bir hissəsi kimi, məsələn, Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsini göstərmək olar. Bu müsabiqənin keçirilməsində məqsəd yüksək intellektual potensiala və idarəçilik keyfiyyətlərinə malik perspektivli liderləri üzə çıxarmaq və dəstəkləmək, o cümlədən idarəetmə mexanizminin inkişafında sürətlə dəyişən şərtlər fonunda müasir yanaşmaların tətbiqi və ölkənin kadr ehtiyat bazasının yaradılmasıdır. Qeyd etmək lazımdır ki, müsabiqə qaliblərinin təxminən yarısı xaricdə, bir hissəsi isə dövlət proqramı çərçivəsində təhsil alıb.
Dövlət başçısının imzaladığı Sərəncamda da qeyd edildiyi kimi, postpandemiya və yeni strateji dövrün çağırışları, həmçinin milli inkişaf məqsədlərimiz nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yenilikçi təbəqənin iqtisadi fəallıq və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ehtiyac duyulan istiqamətlər üzrə qabaqcıl xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alması davamlı olmalıdır.
Bu gün xaricdə təhsil alan tələbələr üçün ölkəmizdə müxtəlif imkanlar yaradılıb. Azərbaycanda gənc nəslin problemlərinin həlli, onların ictimai həyatda fəal iştirakının təmin edilməsi istiqamətində həyata keçirilən bütün tədbirlər Azərbaycan gəncliyinin daha da gözəl gələcəyinə hesablanıb, çünki Azərbaycanın gələcəyinin siması müasir gənclərdir. Və ölkə rəhbərliyinin bu diqqət və qayğısından ruhlanan Azərbaycan gəncliyi öz növbəsində vətənpərvərliyi, xalqına, dövlətinə bağlılığı ilə seçilir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53

