Dərdlərin dərmanı Qarabağdadır
16.02.2022 [10:26]
Şuşanın ilk şəfa ocaqları və tanınmış həkimləri
İlhamə RƏSULOVA
Şuşanın təmiz havası, daşlardan süzülüb gələn şirin suyu həmişə can dərmanı olub. Hələ çox qədimlərdən min bir çeşid bitkilər aləmi olan bu bərəkətli torpaqda insanlar hər otun, hər ağacın dilini bilərdilər. Ona görə, Qarabağ təbiblərin, loğmanların yurduydu. Xalq təbabəti nəsildən-nəslə keçərək yaşayırdı. Şuşanın Təbrizlilər məhləsinə yaşamağa gələn təbrizlilərin, şamaxılıların, ərdəbillilərin çoxu öz dövrünün savadlı adamları hesab olunurdular. Tibb elminə yiyələnmiş belə şəxslər məscidlərdə, karvansaralarda müayinə və müalicələr aparır, türkəçarələrlə əhaliyə xidmət göstərirdilər. Sonrakı dönəmlərdə Şuşada doğulub, boy atmış gənclər ali təhsil almaq üçün Rusiya və Avropaya üz tutdular, ali təhsilli həkimlər kimi vətənə döndülər.
Şuşada ilk xəstəxananın açılması İbrahimxəlil xanın qızı Gövhərağa Cavanşirin adıyla bağlıdır.
1834-cü ildə Gövhərağa (Gövhər Nisə) Cavanşir tərəfindən inşa etdirilən “Aşağı Gövhərağa məscidi”ndə ilk müalicəxana yaradıldı. İsfahanda ali tibb təhsili almış həkim Mirzə Məmmədqulu bəy, Mirzə Məhəmməd Qarabaği bu şəfa ocağında işləməyə başladılar. 1847-ci ildə Çar hökuməti tərəfindən Şuşa şəhərində 4 çarpayılıq tibb məntəqəsi yaradıldı.
Şuşanın ilk ali təhsilli həkimi Əbdülkərim bəy Mehmandarov idi. Bu arada Mehmandarov soyadı barədə maraqlı bir faktı qeyd etmək yerinə düşərdi.
Azərbaycanda xanlıqlar dövründə “mehmandar” adlanan vəzifə vardı. Mehmandar xanlığa gələn rəsmi qonaqları sərhəddə qarşılayıb yerləşdirmək, onların istirahətlərini, gəzintilərini təşkil etmək işinə baxırdı.
Qarabağda İbrahimxəlil xanın hakimiyyəti dövründə xanlığın mehmandarı Əli bəy adlı bir nəfər olub. XIX əsrin 30-cu illərində Azərbaycanda yeni soyad sistemi formalaşanda Mirzə Əli bəyin törəmələri “mehmandar” titulunu soyad götürüblər.
Əbdülkərim bəy həmin Mehmandarovlardandır. 1854-cü il dekabrın 2-də Şuşada kiçik məmur Mustafa bəy Mehmandarovun ailəsində dünyaya gəlib.
1877-ci ildə Əbdülkərim Mehmandarov Peterburqda tibb təhsilini başa vurub, klinik hərbi hospitala ezam edilir. Arzusu doğma yurda qayıdıb orda xidmət göstərmək olsa da, ya qaynar müharibə nöqtələrinə, ya da epidemiya yayılan ərazilərə göndərilirdi. Azərbaycana, doğma Şuşaya təyin olunmaq üçün ona yaxın dostu, Avropa təhsilli maarifçi, xeyriyyəçi Əhməd bəy Cavanşir köməklik göstərib. Əbdülkərim bəyin həkim kimi şöhrəti həm Qarabağda, həm də Rusiyada yayılmışdı. Deyilənə görə, ağır xəstəliyə tutulmuş Qarabağ bəylərindən biri müalicə almaq üçün Moskvaya, məşhur bir professorun yanına gedərkən, ona deyilib: “Əbdülkərim bəy kimi həkiminiz ola-ola nahaq yerə əziyyət çəkib bu qədər yol gəlmisiniz”.
Əbdülkərim bəyin təşəbbüsü ilə 1912-ci ildə Şuşada 20-30 nəfərlik ilk rus-türk qadın məktəbi açılıb. Şuşalıların ona inamı sayəsində əhali qızlarını o məktəbə oxumağa göndərib. Dostu Əhməd bəyin qızı olan Həmidə xanımın Cəlil Məmmədquluzadəyə ərə getməsi də Əbdülkərim bəyin məsləhəti əsasında olub.
Əbdülkərim bəy 1895-ci ildən 1929-ci ilə qədər Şuşa qəzasında həkim kimi fəaliyyət göstərib. Sonralar, daha dəqiqi 1965-ci ildən Şuşa Mərkəzi Xəstəxanası onun adını daşımağa başlayıb.
1902-ci ildə Şuşada şəhər xəstəxanası tikilir. 1909-cu ildə Şuşada artıq 2 xəstəxana fəaliyyət göstərirdi. 1930-cu ildə Şuşa rayon statusu aldıqdan sonra rayon səhiyyə şöbəsi təşkil edilmiş, tədricən xəstəxanalar və kənd tibb müəssisələri şəbəkəsi yaradılmışdı. Yuxarıda qeyd etdiyimiz kimi, Şuşanın təmiz dağ havası, suyu, təbiəti can dərmanıdır. Elə bütün bunlar nəzərə alınaraq, Sovet illərində dağlar qoynundakı bu gözəl şəhərdə müxtəlif kurort və sanatoriyalar yaradıldı.
Şuşa Sanatoriya-Kurort Birliyinin balansına aid 2 və 3 mərtəbəli 18 bina daxil idi. Şuşa kurortunun əsası 1941-1945-ci il Böyük vətən müharibəsindən əvvəl qoyulsa da, inkişafı müharibədən sonra başladı. 1969-cu ildə “Narzan” tipli karbohidratlı Şırlan mineral suyu 30 km. məsafədən çətin dağ yolları ilə Şuşa şəhərinə gətirilir. Bu həmin vaxt üçün ən uzaq məsafədən gətirilən mineral su kəməri idi. Şuşa kurortunda tənəffüs yolları xəstəlikləri, sinir-əsəb xəstəlikləri, maddələr mübadiləsinin xəstəlikləri, qan azlığı, mədə-bağırsaq xəstəliklərinin müalicəsi aparılır. 1939-cu ildə Şuşa şəhərində ixtisaslaşdırılmış respublika uşaq sanatoriyası yaradılır. Bu müalicə ocağında hər il 800-1000 vərəmli uşaq müalicə alırdı. 1970-ci ildə Şuşada “Şəfa” turist bazası və respublika meşə-sağlamlıq məktəbi də yaradılmış, Şuşanın işğalına qədər fəaliyyət göstərmişdi.
Bir ailənin 10 elmlər doktoru
Kurort şəhəri cənnət Şuşa torpağı saysız-hesabsız həkimlər yetişdirib.
Belə həkimlərdən biri də bu günlərdə 100 yaşı tamam olan professor Kazım Fərrux oğlu Axundovdur. O, 1922-ci il fevralın 28-də Şuşa şəhərində anadan olmuşdu. Kazım Axundov 1952-ci ildə Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Sanitar Gigiyena fakültəsini fərqlənmə diplomu ilə başa vurub. Əmək fəaliyyətinə Milli Elmi Tədqiqat tibbi profilaktika İnstitutunda elmi işçi kimi başlayan Kazım Axundov 1964-cü ildə SSRİ-nin “Səhiyyə əlaçısı” fəxri adını, 1970-ci ildə tibb üzrə elmlər doktoru dərəcəsini, 1973-cü ildə “Əməkdar həkim” fəxri adını qazanıb. 1992-ci ildə professor diplomunu alarkən onu təbrik edənlər arasında gigiyena elmi sahəsinə hazırladığı 10 nəfər elmlər namizədi, 5 nəfər elmlər doktoru da var idi.
O, 1970-ci ildə Azərbaycan Respublikasında içməli və məişətdə istifadə edilən su mənbələrinin sanitar gigiyenik səciyyələndirilməsi və onların sanitar mühafizəsi sahəsində apardığı elmi tədqiqat işləri ilə gündəmə gəlmişdi. Alim yaşayış məskənlərinin su ilə təchiz edilməsi, yeni su mənbələrinin aşkar edilib öyrənilməsi, su normativlərinin hazırlanması, suda tətbiq edilən reagentlərin gigiyenik qiymətləndirilməsinə dair sanballı elmi işlər yazıb, praktiki nəticələr əldə edib. Kazım Axundov Yeni Azərbaycan Partiyasının yarandığı ilk günlərdən partiyanın üzvü olub. Tibb elmləri doktoru, professor Kazım Axundov 2006-cı ildə vəfat edib.
Onun atası Fərrux müəllim 50 il Şuşada müəllim işləyib, Fərrux müəllimin 10 övladı olmuş və maraqlıdır ki, 10 övladının hamısı elmlər doktoru adını qazana bilmişdi. 10 uşaqlı qəhrəman ana Maya Cavad qızı Axundova Şuşanın tarixinə 10 alim yetişdirmiş ana kimi düşüb.
Qədim ənənələrini yaşadan Şuşa Mərkəzi Xəstəxanası 1992-ci ildən Bakının Yasamal rayonunda fəaliyyət göstərir. 1979-cu ildən bu günə qədər xəstəxanaya Əməkdar həkim Ramiq Məhərrəmov rəhbərlik edir. Şuşa azad edildikdən sonra, əslən şuşalı olan Ramiq həkimin həsrətinə, qubarına son qoyulsa da, hamı kimi o da doğma ocağa dönəcəyi günü səbirsizliklə gözləyir. O günə isə çox az qalıb. Şuşa kurortları, sanatoriyaları yenidən fəaliyyətə başlayacaq, dərdi olan dərdinə bu ellərdə dərman tapacaq. Dünya Şuşa adlı bir cənnətlə tanış olacaq.
Çox tezliklə. Sayılı gün tez keçər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35

