Dünya brendləri koronavirusun qəzəbinə gəlib
18.02.2022 [10:19]
Koronavirusun dünya iqtisadiyyatına vurduğu ciddi zərbə bu gün də aktualdır. Bununla bağlı bir çox qlobal şirkətlər artıq rəsmi şəkildə müflisliyini elan edib. Hətta bu şirkətlərin siyahısı xarici KİV-də yayılıb. Maraqlı məqam odur ki, siyahıda adıçəkilən dünya brendləri çox əhəmiyyətli biznes reputasiyasına malikdir. Belə ki, COVID-19 pandemiyasının 1 ildə müflis edib bağlatdırdığı brendlər bunlardır: 1. “Victoria’s Secret”müflis elan olundu. 2. “Zara” 1200 dükanını bağladı 3. “Chanel” 4391 butik bağladı və istehsalı dayandırdı. 4. “Patek Phillip” (ən sevdiyim) istehsalı dayandırdı. 6. “Rolex” istehsalı dayandırdı 7. “Nike” 23 milyard dollar zərərlə işçilərinin yarısını çıxartdı. 8. “Gold’s gym”müflis elan edildi 9. “AirBnb” 12 illik zəhmət 2 aya sıfırlandı. Müflis oldu. 10. “Starbucks” 400 nöqtəsini bağladı 11. “Nissan Motor Co.” Amerika ofisini bağladı 12. “Hertz” - dünyanın ən böyük renta şirkəti müflis oldu. 13. Dünyanın ən böyük daşıma şirkətləri müflis oldu.
Siyahıda adıçəkilən şirkətlərin gəlirləri nə qədər olur, iş prinsipləri nədir?
Nicat DİLQƏMLİ
“Zara, Bershka, Pull & Bear və Massimo Dutti”
“Zara, Bershka, Pull & Bear və Massimo Dutti” kimi nüfuzlu brendlərə rəhbərlik edən ?span şirkəti “Inditex” Asiya və Avropada 1200 mağazasının bağlanacağını rəsmi şəkildə bəyan etmişdi. Burada söhbət çoxdandır fəaliyyət göstərən və bir o qədər də uğurlu məkanlarda yerləşməyən satış nöqtələrindən gedir. Yayılan rəsmi məlumatda bildirilir ki, 2020-ci ilin fevral-aprel aylarında, maliyyə ilinin birinci rübündə şirkətin gəliri 44%, yəni 3.3 milyard avro azalıb. Bu ərəfədə ziyan 409 milyon avro olmuşdur. Bundan əlavə, şirkət mağazalarının sayını 7412-dən 6700-ə endirəcəyini də bildirib. Bununla belə qeyd olunub ki, “Inditex” satış sahəsində müasir texnologiyalarla təchiz olunmuş 450 yeni satış nöqtəsi açmaq niyyətindədir.
“Starbucks” formatını dəyişir
Dünyaca məşhur kofe şirkəti olan “Starbucks” ötən ilin 18 ayı ərzində ABŞ və Kanadada 400 kafesini bağlayacağını planlaşdırdı. Buna baxmayaraq, şirkət evə sifariş imkanlarını genişləndirməyi, bununla da ABŞ-da xüsusi olaraq bu cür sifarişlər üçün təchiz olunmuş 300 nöqtəsini açmağı hədəflədi. “Starbucks” bildirdi ki, “pikap-mağazalar” adlandırılan satış nöqtələri müştərilərə daha yaxşı xidmət edərək restorana daha çox insanın toplaşmasının qarşısını alacaq. İndiyə olan məlumata görə, artıq ABŞ-dakı 15000 “Starbucks” satış nöqtələrindəki satış əməliyyatlarının 80%-ni sifarişlər təşkil edir.
Ən iri avtomobil icarəsi şirkəti - “Hertz” müflis oldu
Dünyanın ən iri avtomobil icarəsi ilə məşğul olan şirkətlərindən biri “Hertz” şirkəti geridə qoyduğumuz ilin may ayında müflis olmaqdan qorunmaq üçün ərizə verdi. “Hertz” şirkəti kreditorlarla danışıqlar apara bilmədi və bu səbəbdən də aprel ayında şirkət avtomobil icarəsi üçün əhəmiyyətli ödənişləri gecikdirdi. 2019-u ilin hesabatlarında avtomobil icarəsi ilə məşğul olan sözügedən şirkətin borcu 19 milyard dollar təşkil edirdi. ABŞ İflas Məcəlləsinin 11-ci maddəsinə əsasən, şirkət fəaliyyətini davam etdirə və biznesdə qalmaq üçün plan hazırlaya bilər. İş burasındadır ki, pandemiya səbəbindən avtomobillərin icarə qiyməti əhəmiyyətli dərəcədə endi. Çünki “Hertz” şirkətinin gəlirləri əsasən hava limanları avtomobillərindən gəlir, koronavirusa görə isə aeroportlar fəaliyyətini dayandırmışdı. Şirkətin iflası o yerə çatdı ki, işlənmiş avtomobillərini maya dəyərindən qat-qat aşağı qiymətə satmağa məcbur qaldı. Borclu qaldığı müştəriləri ilə danışıqlar zamanı “Hertz” onlara ilin sonunadək ayda 30000 avtomobilini sataraq 5 milyard dollarlıq gəlir əldə edəcəyini də təklif edirdi...
“NIKE” da borca düşən şirkətlər arasında oldu
İdman malları istehsal edən məşhur şirkətlərdən biri olan “NIKE” da çox borca girən şirkətlərdən biri oldu. Belə ki, may ayında borcun ümumi məbləği 13 milyard dollar təşkil edirdi. Şirkətin baş direktoru Donahue açıqlamasında bildirib ki, brend məcbur bir neçə çətin qərar qəbul etməlidir: “Bu isə iş yerlərinin ixtisarına səbəb olacaq”. “NIKE” şirkətinin baş direktoru Con Donahuenin sözlərinə görə, bu qərar maliyyə itkilərinə və ya pandemiyaya cavab deyil. Onun vurğuladığına görə, restrukturizasiya şirkətin çevrildiyi “aşkar yüklənmiş matrisa”nı aradan qaldırmaq üçün nəzərdə tutulub. “NIKE” şirkəti COVID-19-in səbəb olduğu böhranla əlaqələndirdiyi son rüblük hesabatına görə, 790 milyon dollar itirdi.
Uzunömürlü “J.C.Penney” də...
Koronavirus pandemiyası veteran moda pərakəndə satış şirkəti, 1902-ci ildən bazarda olan “J.C.Penney” də iflasa sürüklədi. Şirkətin bəyanatında deyilir ki, şirkətin təklifi 900 milyon dollarlıq restrukturizasiyanı və 242 mağazanın bağlanmasını nəzərdə tutur. Bu, şəbəkəyə bir neçə milyard dollar borcunu azaltmağa, böhrandan çıxmağa və gələcək üçün” J.C.Penney”in mövqeyini gücləndirməyə kömək etməlidir. “Forbes” nəşrinin məqaləsində isə qeyd olunur ki, “Amazon” şirkəti “J.C.Penney”i almaq istəyir. “S&P Global Market Intelligence”in hesabatına görə, potensial sövdələşmə “Amazon” üçün brendin dirçəldilməsi üçün yox, daşınmaz əmlak əldə etməsi üçün faydalıdır. “S&P Global Market Intelligence” ekspertləri deyirlər ki, Amazon pərakəndə satış meydançaları axtarır. Beləliklə, “J.C.Penney” “Amazon”a kənd yerlərində mövcudluğunu genişləndirməyə və böyük pərakəndə satış şirkəti ilə rəqabət aparmağa kömək edəcək.
Amerikanlar “Playboy”un çap versiyasından məhrum oldular
“Playboy Enterprises”in idarəçisi Ben Konun məlumatında bildirilir ki, jurnalın çapı dayandırılıb. Buna səbəb isə koronavirusdur. Konun sözlərinə görə, pandemiya jurnalın məzmun istehsalı və tədarük zəncirinə mənfi təsir göstərib. Buna görə də, Playboy Interview”, “20Q”, Playboy Advisor və Playmate nəşri daxil olmaqla şirkətin bütün məhsulu indi yalnız rəqəmsal formatda mövcuddur. İcraçı bildirir ki, medianın tələbləri dəyişir və o hesab edir ki, yalnız bir qrup insan jurnalın çap versiyasını alacaq. Amerikan nəşrindən fərqli olaraq, “Playboy”un Ukraynadakı nəşri çap versiyasından imtina etmək fikrində deyil: “Jurnalın Ukraynada stabil geniş oxucu kütləsi var və biz onları əfsanəvi parıltımızı oxumaqdan məhrum etsək, bu, yanlış olar”.
Bizə gəlincə...
Sevindirici haldır ki, pandemiya ölkəmizin iqtisadiyyatında çox cüzi şəkildə itkilərlə özünü göstərdi. Təbii ki, bu da dövlət tərəfindən yürüdülən məqsədyönlü siyasətin nəticəsidir. Koronavirusun yayıldığı ilk günlərdən dövlətimizin başçısı tərəfindən bununla bağlı ciddi tapşırıqlar verildi, ölkə iqtisadiyyatına dəyə biləcək ziyanın qarşısının alınması istiqamətində tədbirlər planı hazırlandı. Təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Vurğulamaq yerinə düşər ki, dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti sərtləşdirilmiş karantin rejiminə uyğun olaraq evdən çalışırdı və dövlət tərəfindən əməkhaqları ödənilirdi. 760 min insana lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi. Eyni zamanda, koronavirusun aktiv yayıldığı, sərt karantin rejiminin tətbiq edildiyi dönəmdə altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olundu.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

