Bu bizik! "Həqiqətin 12 həvarisi”
09.04.2022 [10:22]
İ. Rəsulova
Qəzetin tarixi barədə qısa xülasə
Aprelin 10-da “Yeni Azərbaycan” qəzetinin 29 yaşı tamam olur. “Yeni Azərbaycan” ölkəmizin informasiya məkanında öz sözünü demiş mətbu orqandır. Geniş auditoriya üçün nəzərdə tutulmuş bu nüfuzlu qəzet hədəfə vurmağı, ön sıralara çıxmağı bacarıb. Bunu əminliklə deyirik. İnsan ömrü ilə müqayisə etsək, 29 gəncliyin, gücün, qüvvətin ən coşqun çağıdır. “Yeni Azərbaycan”da öz baharını yaşayır. İnanırıq ki, qəzet elə 50 yaşında belə, indiki coşqun ruh halını qoruyub saxlayacaq, əmin əllərdə olacaq.
“Yeni Azərbaycan” qəzeti 1993-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Qəzetin ilk baş redaktoru yazıçı Xeyrəddin Qoca olub. Qəzet fəaliyyətə başlayandan bir neçə il sonra Xeyrəddin Qoca İstanbula konsul vəzifəsinə təyin olunur və onun müavini Alqış Həsənoğlu qəzetin yükünü öz çiyninə götürür. Gərgin əmək öz bəhrəsini göstərməyə bilməzdi. Heydər Əliyev 2002-ci il noyabrın 26-da partiyanın 10 illik yubileyində çıxış edərkən Alqış Həsənoğlunun fəaliyyətini xüsusi vurğulayır. Maraqlıdır ki, 29 yaşında qəzetə rəhbərliyə gəlmiş Alqış Həsənoğlu 29-cu ildönümündə yenə onunladır. Sağlam tənqid, dövlətçilik ideyalarına sədaqət, mədhiyyəçilikdən uzaq, Azərbaycanın real mənzərəsinin təsviri-qəzet öz səhifələrini bu prinsiplər əsasında işləyib hazırlayırdı. Elə məhz buna görə daha oxunaqlı hala gəlir, qəzet çoxlarının yanında nüfuz qazansa da, bəzi məmurların gözünün düşməninə çevrilir. Azad söz, novator düşüncəyə qənim kəsilənlər 2008-ci ildə Alqış Həsənoğlunun qəzetdən uzaqlaşdırılmasına nail olurlar. Qəzetin üçüncü redaktoru Hikmət Babaoğlu təyin olunur.
Onun 13 illik rəhbərlik dövründən sonra Alqış Həsənoğlu doğma “Yeni Azərbaycan” qəzetinə qayıtdı və qəzet yeni formatda fəaliyyətə başladı. Az zaman içərisində yenilənən kollektiv böyük həvəslə köhnə qəzetə yeni nəfəs verdi, canlandırdı. Qəzet keyfiyyətli kağızda, ilk dəfə rəngli formatda çıxmağa başladı. Bu gün “Yeni Azərbaycan” qəzeti müasirlikdə, yenilikdə və peşəkarlıqda digər mətbuat orqanlarına nümunə rolunu oynayır. Ən maraqlı analitik yazılar, iqtisadi təhlillər, sosial problemlər, araşdırmalar məhz bu qəzetin səhifəsində yer alır. Yeni Azərbaycanımızı tanımaq, öyrənmək üçün “Yeni Azərbaycan”lı olmaq, bu qəzeti oxumaq yetərlidir. Bu gün “Yeni Azərbaycan” kollektivi 25 nəfərdən ibarətdir, onlardan 12 nəfər yaradıcı heyəti təşkil edir.
Adını tanıyıb, üzünü görmədiyiniz söz adamları
Hər sabah “həqiqətin 12 həvarisi”nin “tatlı təlaşı” ilə iş saatı başlayır. Saat 10 olunca hər kəs masasının başında hazır olub, “məsləhət-məşfərət dəqiqələrinin” başlamasını gözləyir. “Məclisi-üns” qurulur. Mövzu bölgüsünün aparıldığı iclasımızı nəzərdə tuturam. Toplaşıb günü müzakirə edir, ən maraqlı xəbərlərin hansı kontekstdə işləniləcəyinə qərar veririk. Bu gün ad günümüzdürsə, istəyirəm ev bizim olsun, sirr sizin. Hamını tanıdım.
Öncə Alqış müəllim haqqında danışmaq istəyirəm. Maraqlı insandır. Bütün günü digər mətbu orqanları, xəbər saytlarını izləyir, baş verən bütün yeniliklərdən xəbərdardır. Ən adi hadisənin belə ən maraqlı tərəflərini görməyi bacarır. Elə gözlənilməz mövzulara toxunur ki, bunu necə düşündüyünə heyrətlənməyə bilmirsən. Əməkdaşlarına yaradıcılıq azadlığı verməyi xoşlayır. Alqış müəllimi gördüyün hər gündə mütləq onun bir xüsusiyyəti ilə tanış olursan. Onu sona qədər tanımaq mümkün deyil. Amma hər kəsin, elə özünün də əmin olduğu bir şey var. Bu insan Heydər Əliyevin ən sadiq əsgəridir.
Səhər açılandan gecə yarısına qədər redaksiyanı tərk etməyən redaktor müavini Nəzirə Nurullayeva bizim “katalizatorumuzdur”. Hamını canlandırır, tələsdirir.
Gur səsi ilə otaqları, dəhlizi dolduran, “Yeni Azərbaycan”ın veteranlarından biri Pərviz Sadayoğlu siyasi hadisələri öz baxış bucağından süzür. İstənilən mövzuda maraqlı diskussiyalar aparır.
“Yeni Azərbaycan”ın köhnə əməkdaşı Nurlan Qələndərli bütün deyilənləri sükutla izləyir, məntiqli siyasi təhlillər aparır. Dünyada baş verənləri ondan soruşmasaq olmaz. Çünki çox az hallarda verdiyi proqnozlarda xəta payı olur. Bir əməkdaş kimi Nurlanın xarakterini soruşsanız, az danışır, amma saz danışır.
Nardar Bayramlı da siyasət yazarımızdır. Partiyanın bütün tədbirlərini o işıqlandırır. Az danışmağına baxmayın, hiss edirsən ki, çox şey bilir, amma susur. Nə soruşsan sakit təbəssümlə cavab verir.
Taleh Ağaverdiyev kollektivə yeni qoşulub. O da siyasətdən yazır, Dünyaya onun pəncərəsindən baxanda çox maraqlı mənzərə görmək olur. Düzdür, danışdırmaq çətindir, həmişə məşğuldur, amma yazılarını oxuyub çox şeydən agah olmaq olar.
Tanınmış yazıçı-publisist Fəxri Uğurlu da bizim əməkdaşımızdır. Onun qələmindən Azərbaycan ədəbiyyatının dünəninə, bu gününə nəzər salmaq, dilimizlə bağlı problemləri oxumaq çox maraqlıdır. Fəxri Uğurlu istənilən hadisəni öz süzgəcindən keçirib, fərqli baxış bucağından baxmağı bilən insandır. Fəxri Uğurlu həm xarakteri, həm yaradıcılığı ilə klassikadır desəm, yanılmaram.
Redaksiyamızın ən pozitiv əməkdaşı İlhamə Həkimoğludur. Öz yazılarında ən gözlənilməz və maraqlı mövzulara toxunur, araşdırmalar edir. Dünyanın dərdi-səri hopmuş siyasi təhlillər, ağır iqtisadi xəbərlərdən sonra onun müsahibələrini su kimi içmək istəyirsən. Hər yazısında mütləq öyrənməli bir məqam, yenilik olur.
Ən qocaman əməkdaşımız Mübariz Abdullayevin dərin iqtisadi təhlilləri maraqla oxunur. Onun yazılarına digər redaksiyalar da tez-tez müraciət edirlər. Siz qocaman deməyimə baxmayın, qoca deyil, ruhu gənc, yeniliklərə açıq insandır. Öz köməyini gənc iqtisadiyyat yazarı Nicat Dilqəmlidən əsirgəmir.
Nicat barədə danışanda onun büllur kimi səsi olduğunu qeyd etməsəm olmaz. Keçirdiyimiz şənliklərdə məcbur edib oxuduruq. Jurnalistikadan öncə xanəndəlik sinfini bitirib deyə, çox gözəl, peşəkar ifası var.
Parlament müxbirimiz, yaşca ən balacamız Günel Abbas tez-tez deputatları redaksiyamıza dəvət edib, sual yağışına salır. Çox maraqlı, rəngli xarakteri var. Tanısanız, siz də sevəcəksiniz.
Müşfiqə Bayramlı sosial problemlərdən, mədəniyyətimizdə baş vermiş yeniliklərdən yazır. Çalışqandır. Hər zaman öz üzərində işləyir, daha yaxşı yazılar yazmağa cəhd edir. Başqa sözlə, Müşfiqə heç kimlə deyil, özü ilə yarışır.
Qəzeti maraqlı dizaynda görməyimizin səbəbkarları Emil Camalov və Polad Hüseynovdur. Korrektorlarımız Aytən və Pərvanə xanım, mühasibimiz Yeganə xanım, redaksiyanın təsərrüfat işlərinə baxan Arif müəllim, sürücümüz Etibar bəy də öz varlıqları ilə kollektivimizə rəng qatırlar. Bu insanlardan biri hansısa səbəbdən işə gəlməyəndə, mütləq yeri görünür, yoxluğu hiss olunur.
Günümüzün böyük hissəsini işdə keçiririk. İş mühitimiz yaxşı olmalıdır ki, gördüyümüz iş də keyfiyyətli olsun. Üzdüyümüz gəminin möhkəm olmasında hamımız maraqlıyıq. “Yeni Azərbaycan”çılar işləməyi də yaxşı bilir, bir yerə toplanıb şənlənməyi də. Biz böyük və yumruq kimi möhkəm bir ailəyik. Birlikdə yola çıxmışıq. Uğurlarımız bol ola.
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10

