İnanaq ya inanmayaq - günün sualı
25.06.2022 [10:29]
Bir hərflə aldadılan hislərimiz
Nicat PAŞA
Söhbət yenə viruslardan gedir. Bütün dünya əhalisinin artıq canını boğazına yığan viruslardan. Heç kim bir də sərt karantin qaydalarının tətbiq olunmasını arzulamır. Hətta əhalinin böyük bir qismi koronavirus pandemiyasının bir neçə günə bitəcəyi xəbərinə hazırlaşırdı... Ki, bütün ümidlər alt-üst oldu... Əvvəllər koronavirusun hansısa mutasiya olunmuş növləri ilə bağlı məlumatlar yayıldı, bütün xüsusiyyətləri - diaqnostikası, müalicə və qorunma üsulları bir-bir geniş ictimaiyyətin diqqətinə çatdırıldı. Yazılanları oxuduqda bir fikir yaranır: yeni növ viruslar qapımızın ağzında dayanıbmış...
Azad, heç bir məhdudiyyətlərlə üzləşməyən dünya əhalisinin birdən-birə ən sərt karantin qaydaları ilə sınağa çəkilməsi olduqca çətin oldu. Həm də bezdirici. Ona görə də başımıza artıq bir dəfə gələn bir bəlanı ikinci dəfə yaşamaq heç istəmirik. Amma görünən odur ki, bütün bunlar heç də bizim istəyib-istəməməyimizlə deyil. Qeyd edilənləri artıq qəbul etdiyimiz üçün də hər xəbər bizim üçün yeni bir həyəcan, narahatlıq mənbəyidir. Bunu bilən işbazlar isə hər fürsətdə xalqın heysiyyatı ilə oynayır, insanları narahat edirlər, ajiotaj yaradırlar. Oxunma sayını artırmaq üçün istifadə edilən bu üsuldan demək olar ki, hər gün istifadə olunur. Elə iki gün öncə mediada ildırım sürətilə yayılan “Meymunçiçəyi pandemiya elan edildi” başlıqlı xəbər oxuculara ciddi narahatlıq yaşatdı. Belə ki, xəbərin əslində deyilir ki, Ümumdünya Səhiyyə Şəbəkəsi (World Health Network/WHN) meymunçiçəyi xəstəliyini pandemiya elan edib. Bəzilərimiz adını ilk dəfə gördüyümüz Səhiyyə Şəbəkəsini təbii olaraq adı bizə artıq tanış olan Ümumdünya Səhiyyə Təşkilatı ilə səhv saldıq. İlk baxışda hər şey eyni görünür - ÜST, ÜSŞ... Yalnız bir hərf fərqilə bütün mahiyyət dəyişir.
Amma xəbərin mətni ilə tanış olan kimi söhbətin nədən getdiyi aydın olur. Lakin bu da çıxış yolu deyil. Cəmiyyətin heç də bütün təbəqəsi yalan xəbərləri ayırd edə bilmir. Lap ayırd edə bilsələr belə, əksəriyyətin adını birinci dəfə eşitdiyi bu təşkilatla bağlı fikirləri yoxdur axı!
Xəbərdə bildirilir ki, xəstəlik artıq 58 ölkəyə yayılıb və ümumilikdə 3 417 yoluxma halı təsdiqlənib. Əlavə olunub ki, müxtəlif qitələrdə yoluxanların sayı hər həftə daha da artır və ölkələr xəstəliklə mübarizə məqsədilə qlobal əməkdaşlıq etmədiyi təqdirdə virus yayılmağa davam edəcək.
Press-relizdə meymunçiçəyi virusunun çiçək xəstəliyindən daha az ölüm nisbətinə malik olduğu, lakin yayılmanın qarşısının alınması üçün müvafiq praktiki tədbirlər görülmədiyi təqdirdə milyonlarla insanın ölümünə, kor və ya əlil qalmasına səbəb ola biləcəyi qeyd olunub.
Müəyyən qədər təhli? etdikdən sonra fikirlər haçalanmağa başlayır. Bəlkə elə həqiqətən də pandemiya yaxın zamanda elan olunacaq? Çünki bu şəbəkə heç də az əhəmiyyətə malik deyil. Belə ki, ÜSŞ sağlamlığın qorunmasına və COVID-19 pandemiyasına cavab olaraq insanların işçi qrupu kimi formalaşmış fərdlərə və cəmiyyətə zərərin minimuma endirilməsinə həsr olunmuş qlobal birlikdir. Qlobal miqyasda xəstəliyin aradan qaldırılmasına nail olmaq üçün effektiv reaksiyanın tərəfdarıdır. Ümumdünya Səhiyyə Şəbəkəsinə müstəqil elmi məsləhət və təbliğat qrupları, eyni zamanda, vətəndaşların fəaliyyət təşəbbüsləri daxildir. Şəbəkənin rəsmi saytında deyilir: “Üzvlərimiz uğurlu həll yollarının tapılması səylərinə rəhbərlik etmiş, hökumətlərə tövsiyələr vermiş, əlçatan məlumat platformaları qurmuş, havadan ehtiyat tədbirləri və məktəb təhlükəsizliyini müdafiə etmiş, elmi konsensus sənədləri hazırlamış, fərdi və ictimai sağlamlığı təşviq etmək üçün ictimai ünsiyyət və icma əsaslı səylərlə məşğul olmuşdur”.
Bəlkə elə həqiqətən də bu informasiya insanları baş verməsi gözlənilən yeni pandemiyaya hazırlamaq məqsədi güdür? Koronavirus pandemiyasının bitəcəyinimi gözləməliyik, yoxsa yeni pandemiyaya hazırlıqmı görməliyik? Kimə inanmalıyıq?
Açıq qalan suallar çoxdur, cavab isə ÜST-dən gələcək...
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38

