Təmizlənməyən və xəstəlik yayan hovuzlar...
30.08.2022 [10:38]
Yay boyunca insanlar sərinləmək üçün dəniz və üstüaçıq hovuzlara üz tuturlar. Bir qrup adam da var ki, sadəcə hovuzda çimməyə üstünlük verir. Təkcə paytaxt Bakıda 100-dən çox üzgüçülük hovuzları fəaliyyət göstərir.
İnsanları isə bir sual maraqlandırır? Hovuzlar necə təmizlənir? Biz bilirik ki, hovuzlar vaxtaşırı təmizlənib dərmanlanmalı, xlorlama və dezinfeksiya əməliyyatları aparılmalıdır. Hovuzda zamanla yaranan yosun, codlaşmanın da qarşısını almaq üçün digər müxtəlif kimyəvi maddələrdən istifadə olunmalıdır.
Elə istirahət mərkəzləri var ki, nəinki vaxtaşırı, yay boyunca belə hovuzun suyunu dəyişdirmirlər. Hovuzları yarpaq qurularından, eləcə də böcəkdən təmizləmək və suya xlor tökməklə işlərinin öhdəsindən gəldiklərini düşünürlər. Hovuzların boşaldılıb yenidən doldurulması günlərlə vaxt tələb edir. Bu da girişi minimum 10 AZN-dən olmaqla, yüzminlərlə gəlirin itkisi deməkdir. Yəqin ki, heç bir istirahət mərkəzi qazancını itirmək istəməz. Maraqlıdır, yay boyunca suyu dəyişdirilməyən hovuzların təmizliyi necə aparılır və bu nə dərəcədə sağlıqlıdır?
Mütəxəssislər həyəcan təbili çalırlar. Onların qənaətincə, vaxtında təmizlənib dərmanlanmayan hovuzlar sağlamlıq üçün təhlükə mənbəyidir. Belə ki, hovuzdan virusların, bakteriyaların, xüsusən də parazitlərin insana keçmə riski böyükdür. Hovuz nə qədər xlorlansa, dezinfeksiya edilsə də, hətta xlor da onu bir çox infeksiyalardan, xüsusən də parazitlərdən qoruya bilməz.
“Hovuzdakı bakteriyalar bədənimizdə, xüsusilə ağız, burun, dəri, cinsiyyət orqanları, yara və cızıqlarda yerləşir və çoxalırlar”. Bunu qəzetimizə açıqlamasında həkim-virusoloq Aliyə Bağırova deyib. Onun sözlərinə görə, çirkli hovuzlarda hepatit A və E təhlükəsi daha çoxdur. Bununla yanaşı, göbələk infeksiyaları, bakteriyalar, müxtəlif xəstəliklərə səbəb olan mikroorqanizmlər ağır xəstəliklərə aparıb çıxarır: “Hovuzdan kütləvi istifadə infeksiyaların yayılması baxımından risk daşıyır. Belə ki, çirkli hovuzlar yoluxucu xəstəliklər, allergiya, virus, bakteriya və göbələk infeksiyası yayır. Xüsusilə də, uşaqlar və həssas dərisi olanların hovuzdan istifadə etməmələri tövsiyə olunur. Belə insanlara mikroorqanizmlər daha çox zərər verə bilər. Bundan başqa, hovuzda üzərkən qulaq yolu, göz, mədə-bağırsaq xəstəlikləri, dəri və tənəffüs yolu infeksiyalarının yaranma ehtimalı çoxdur. İshal, göbələk və digər keçici dəri xəstəliyi olanların hovuza girməsi yolverilməzdir. Eləcə də parazitlər buynuz qişada yaralar əmələ gətirir, hətta korluğa da səbəb ola bilər. Oftalmoloqlar bildirir ki, əgər qəti şəkildə hovuza girməyin tərəfdarısınızsa, mütləq şəkildə su eynəkləri taxmalısınız”.
Hovuz, yoxsa dəniz daha çirklidir?
Həkim deyir ki, ən sağlıqlı variant dənizdir. Onun sözlərinə görə, dənizdə bakteriyaların yoluxma risk daha aşağıdır: “Dəniz suyu oksigenlə zəngin olduğu üçün dənizdə xəstəliyə yoluxma ehtimalı azdır. Dəniz suyunda duzun çoxluğu da infeksiyaya yoluxmanı azaldır. Lakin qapalı yerlərdə fəaliyyət göstərən hovuzlar atmosferdən kifayət qədər oksigen qəbul edə bilmir. Bir sözlə, ən çirkli hesab olunan dəniz belə ən təmiz hovuzdan daha az mikrob yoluxdurur”.
Duş qəbul etmədən və ya günəş yağı vurub dərhal hovuza tullanan insanlar da hovuzu çirkləndirən səbəblərin başında gəlir. Çünki hovuzlarda bakteriya və virusların yaranmasında ən böyük faktor bədənimizdəki tər, ətir, losyon və buna bənzər kimyəvi maddələrdir.
Hovuz təmizliyi necə aparılır?
İstirahət mərkəzləri və idman-sağlamlıq komplekslərindəki hovuzlar axşam saat 20:00-dan səhər saat 09:00-a qədər təmizlənməlidir. Amma necə...?
Mütəxəssislər hesab edirlər ki, hovuzların təmizlənməsi zamanı təcrübəli işçi qüvvəsi cəlb olunmalıdır. Çünki suyun PH səviyyəsi yoxlanılmalı, PH dəyəri nəzarət maddələri ilə 7.2 ilə 7.8 arasında olmalıdır, eləcə də istifadə olunan kimyəvi aktiv maddələr insan sağlamlığına zərər verməməlidir. Daha sonra tablet xlor atılır və dezinfeksiya başlanılır.
Hovuzlarda istifadə olunan xlorun miqdarı çox vacibdir. Artıq miqdarda xlorun istifadə edilməsi zəhərlənməyə səbəb ola bilər.
Hovuzun suyu 3 gündən bir dəyişdirməməli və ən azı 3 saat hovuza girilməməlidir. Nəticədə xlor göbələk, vəba, göz və qulaq xəstəliklərinin keçməsinin qarşısını alacaq. Yosun təmizləyicisi isə xlorlama mərhələsindən sonra istifadə edilməlidir.
Səhiyyə Nazirliyi nə deyir?
Araşdırmalarımıza görə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin istirahət mərkəzlərində qapalı və açıq havada fəaliyyət göstərən hovuzlara nəzarət etmək səlahiyyətləri yoxdur. Həmin obyektlər sahibkarlıq subyektləri olduğu üçün mərkəz tərəfindən monitorinq keçirilə bilməz. Qeyd olunur ki, istirahət mərkəzlərinin özlərinin tibbi-sanitar hissələri olmalıdır və hovuzlarda suyun vəziyyətinə də onlar nəzarət etməlidir. Əgər sözügedən mərkəzlərdən şikayət daxil olarsa, obyektə monitoriq keçirilə bilər.
Təmizlik şirkətləri neçəyə təmizləyir?
Mövzu ilə bağlı təmizləmə şirkətlərinin biri ilə əlaqə saxladıq. Şirkətin mütəxəssisi Əli Ağayev deyir ki, hovuzun təmizlənməsi və dezinfeksiya edilməsi insan sağlamlığı üçün önəmlidir. Onun sözlərinə görə, yosunların qarşısını almaq üçün hovuzlar həftəlik, aylıq olmaqla mütəmadi təmizlənməlidir: “Xüsusilə yay aylarında təmizlik şirkətlərinə müraciətlər daxil olur. O da çox nadir hallarda. Bizə əsasən şəxsi bağ evlərində hovuz sahibi olanlar müraciət edirlər. Kvadratı 4.50 AZN-dən başlayır. Əfsuslar olsun ki, istirahət mərkəzlərindən müraciət bir o qədər daxil olmur. Unutmaq olmaz ki, hovuza kimyəvi maddələr, eləcə də xlor tökmək sadəcə suyun təmizliyinə təsir edir. Bəs hovuzun divarları? Hovuz səthindəki çirklənmənin qarşısını ala bilmir axı. Mütəmadi olaraq hovuz hərtərəfli xlor və digər kimyəvi maddələrlə təmizlənməlidir. İstirahət mərkəzlərində elə mənzərələrlə qarşılaşırıq ki, adam dəhşətə gəlir. Axı niyə insan öz istəyi ilə belə çirkli hovuzda çimmək istəsin? Hovuzlar illik baxışdan keçməlidir. Təmizlənmə prosesi belədir: Onun filtrasiya pompası təmizlənir, qum filtirləri yoxlanılır, qatı çirklər təmzilənilir, eləcə də balans çəni təmizləndikdən sonra sistem işə başlayır. Bu proses əsasən aprel və iyul aylarından aparılır”.
Həmsöhbətim onu da qeyd edib ki, hovuz suyunun boşaldılmasına da diqqət yetirmək lazımdır. Adətən suyun boşaldılması zamanı tırlar gedir. Əslində su kanalizasiyaya pompalar vasitəsilə boşaldılmalıdır. Yəni hovuz suyunu kor-koranə şəkildə boşaltmaq düzgün deyil.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

