1988-ci il 18 sentyabr...
17.09.2022 [10:37]
Xankəndi hadisələri - 3 şahidin gözü ilə
Nicat DİLQƏMLİ
1988-ci ildə ermənilər üçün ən vacib məsələlərdən biri Xankəndi şəhərindən və Kərkicahandan azərbaycanlıları təmizləmək idi. Buna səbəb isə Xankəndində yaşayan azərbaycanlıların tarix boyu erməniləri ifşa etməsi və beləliklə də onların Azərbaycanın tarixi torpaqlarına sahiblənmək istəyini, qurduqları planları alt-üst etmələri idi.
Qeyd edilən tarixi əhatə edən dövrdə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndidə ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdılar. Bu, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların kəskin narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərdi. Və elə həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı.
Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndinə yürüş etdilər. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsildi. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetrildi, çoxlu sayda insan isə yaralandı.
Azğınlaşmış ermənilər havadarlarına arxayın olaraq cinayət əməllərinin miqyasını günü-gündən artırmağa başladılar.
Cavab verəcəklər
Milli Məclisin deputatı Tural Gəncəliyev “Yeni Azərbaycan” qəzetinə açıqlamasında 1988-ci il hadisələrindən söz açıb: “1988-ci il sentyabr ayının 18-də gecə ermənilər Xankəndi şəhərində yaşayan azərbaycanlıların evlərinə basqın etdilər. Şəhərin içərisində olan tək-tək azərbaycanlıların evlərinə hücum edərək evlərindəki əşyaları talan etdilər, apardılar, yararsız hala saldılar. Həyət evlərini yandırdılar. Şəhərin yuxarı hissəsində yerləşdirilmiş insanlar yandırılan evləri aydın görürdülər. Ancaq həm insanların əlində silah olmadığına görə, həm də sayca az olduqlarına görə onlara kömək etmək mümkün deyildi. Azərbaycanlıların gözləri önündə evləri yanırdı, insanlar arasında hədsiz qəzəb hissi yaranmışdı. Həmin vaxtlar sahibsiz, köməksiz qalan Xankəndi sakinləri erməni quldurları ilə üzbəüz qalmışdı. Görünməyən təhlükəli anlar yaşanırdı. İnsanları hər an təhlükə gözləyirdi”.
T.Gəncəliyev döyülən şəxslərin bəzilərinin həmin travmalardan sonra psixoloji pozuntular yaşadıqlarını da diqqətə çatdırıb: “Azərbaycanlılar yanğınların, talanların 3 gecə çəkdiyini öz gözləri ilə gördülər. Erməni quldurları onları harada görürdülərsə, döyürdülər, evlərindəki bütün əşyaları oğurlayırdılar, yandırırdılar. Məsələn, deyirlər ki, Nizami həkimi necə döyüblərsə, qısa müddət sonra aldığı xəsarətlərdən vəfat etmişdi. Digər azərbaycanlıları da döyürdülər. Bəziləri bu travmalardan sonra böyük psixoloji pozuntular yaşamışdılar. Və beləliklə, üç gecə - sentyabrın 18-dən 21-ə qədər - erməni quldurları bu cür hərəkətlərini davam etdirdilər, azərbaycanlılara qarşı böyük qırğınlar törətdilər, talan etdilər və azərbaycanlıların əksəriyyətini şəhərdən didərgin saldılar”.
Deputat Ermənistanın istər əvvəlki, istərsə də hazırkı siyasi-hərbi rəhbərliyinin baş verənlərə görə məsuliyyət daşıdığını xatırladaraq qeyd edib ki, onlar buna görə cavab verəcəklər: “Erməni quldurlarının törətdikləri hadisələrlə zəngin 1988-ci il hadisələri və ondan sonrakı hadisələr onu göstərdi ki, bu, Ermənistan rəhbərliyi tərəfindən başladılan təxribat xarakterli hərəkətlər idi. Onlar sonradan Azərbaycan Respublikasına qarşı açıq müharibə elan etməyi və azərbaycanlıları soyqırımına məruz qoymağı düşünürdülər. Qeyd etmək istəyirəm ki, o vaxt Xankəndindən didərgin salınan, etnik təmizləməyə məruz qalan Xankəndi sakinlərinin əksəriyyəti Ağdama, Şuşaya, Xocalıya, Bakı və Sumqayıt şəhərlərinə və başqa rayonlara pənah aparmışdılar. Və beləliklə də şəhərdə olan azərbaycanlıların ölkəmizin digər şəhər və rayonlarına məcburi köçkün kimi düşməsi məhz bu erməni talanlarından sonra başlamışdır. Xüsusilə onu qeyd etmək istəyirəm ki, Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 saylı orta məktəb fəaliyyət göstərirdi və həmin məktəbin fəaliyyəti bundan sonra dayandırıldı. Beləliklə, azərbaycanlılara məxsus olan bütün mülkiyyətlər, tarixi abidələr, çox qədim mirasımız Xankəndi şəhərində darmadağın edildi. Bunların hamısını törədən erməni quldurları hələ də buna görə cavab verməyiblər və Ermənistanın istər əvvəlki, istərsə də hazırkı hərbi-siyasi rəhbərliyi bu məsələlərə görə məsuliyyət daşıyır və vaxt gələcək buna görə cavab verəcəklər”.
63 ev yandırıldı, 270-dən çoxu qarət edildi
Tarixçi Elmar Həsənli “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirdi ki, 1988-ci ilin 18 sentyabrı tarixə növbəti erməni vəhşiliklərinin günü kimi yazılıb: “Həmin gün silahlı ermənilər Xankəndi şəhərində yaşayan azərbaycanlıların evlərinə hücum etdilər. Evlərə basqın əvvəlcədən planlaşdırıldığından azərbaycanlıların ev telefonları da kəsilmişdi. Xankəndi şəhər daxili işlər şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi mayor Şahbazyanın başçılığı ilə ayrı-ayrı silahlı qruplar azərbaycanlıların yaşadıqları evləri nəzarətə götürmüşdülər. Bu cinayətkar qrupların ilk tapşırığı azərbaycanlıların evlərinin yandırılması idi”.
Tarixçi 18 sentyabr tarixində, ümumilikdə, Xankəndi şəhərində 63 evin yandırıldığını xatırladaraq iki gün ərzində şəhərdə 270-dən artıq evin qarət olunduğu barədə də məlumat verib: “Azərbaycanlıların daha çox yaşadığı Sabir və Lesnoy küçələrində, Kərpiçxana adlanan məhlədə isə ermənilər ciddi müqavimətə rast gəldilər. Əli yalın, silahsız azərbaycanlılar bu dəfə öz evlərini qorumağı bacardılar”.
E.Həsənlinin sözlərinə görə, bu hadisədən sonra SSRİ rəhbərliyi vəziyyətin məcrasından çıxdığını görərək hadisələr haqqında Moskvada qərar qəbul edib: “19-21 sentyabr tarixlərində isə hərbçilərin müşayiəti ilə azərbaycanlılar Xankəndidən Şuşaya köçürüldü. Bu proseslə də azərbaycanlıların Xankəndi şəhərindən etnik təmizlənməsi prosesinə başlanıldı. Sentyabrın 21-dən isə Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində Xankəndində komendant saatı tətbiq edildi. Gərginlik azalsa da, bu müvəqqəti hal idi. Sonrakı hadisələr də sübut etdi ki, həmin günlər Xankəndidə yaranmış nisbi sakitlik şəraitində ermənilər yeni işğalçılıq planları qurublar”.
34 il əvvəl törədilən bu cinayətlərin necə dəhşətli olduğunu hadisə şahidlərinin söylədikləri bir daha təsdiq edir.
Gecədən səhərə qədər keşik çəkirdik...
Xankəndi talanları şahidi Nadir Rəşidov hadisələri belə xatırlayır: “1988-ci ilin fevral ayının 13-ü idi. Vilayət Partiya Komitəsinin qarşısında güclü səslər eşitdik. Maraqlandıq, dedilər ki, ermənilər Dağlıq Qarabağ muxtar vilayətinin Ermənistana birləşdirilməsini istəyir. Biz hiss edirdik ki, onlar bizi söyüşlərlə, təhqirlə, tək-tək insanları küçələrdə döyməklə, müxtəlif əcaib variantlarla çalışırdılar ki, biz Xankəndi şəhərini tərk edək. Hər gecə səhərə qədər keşik çəkirdik. Aylarla əynimizdən paltar çıxmırdı, çünki fikirləşirdik ki, gəlib evlərimizi yandırarlar, uşaqlarımızı öldürərlər. 1988-ci il sentyabr ayının 18-i gecəsi, səhər saat 6-?a qədər şəhərin müxtəlif yerlərində, Azərbaycanın (azərbaycanlıların) xüsusi evlərini yandırmağa başladılar. Gecə olduğundan kimin evi olduğunu təxminən bilə bilirdik. Polislərin müşayiəti ilə avtomobillərlə gedirdilər. Yanacaqla dolu butulkaları atırdılar, evlərə od vururdular”.
Kimi görürdülərsə, güllələyirdilər
N.Rəşidov fikirlərinə belə davam edir: “Nizami həkim vardı, çox gözəl həkim idi. Həyat yoldaşı da bizim məktəbdə işləyirdi. Onu evində çox möhkəm, vəhşicəsinə döymüşdülər. Təəssüflər olsun ki, aldığı zərbələr, zədələr səbəbindən cəmi bir neçə ay sonra vəfat etdi. 1976-cı ildə aldığımız torpaq sahəmizdə öz əziyyətimizlə tikdiyimiz evə güclü hücum etdilər. Mənim üçün evdən çox həmin torpaq sahəsi çox əzizdir, doğmadır... Bizdən yuxarı tərəf meşə idi, uşaqları da götürüb həmin meşə ilə getdik Kərzana, oradan da çıxdıq Şuşaya. Bu bizim son çıxışımız oldu, bir daha qayıda bilmədik. Çünki onlar artıq təhqir etmirdilər, gördükləri şəxsləri güllə ilə vururdular”.
Sönən evin çırağı Xankəndidə yanacağı günü gözləyir...
Baş verənlər haqqında danışmağın bir o qədər də asan olmadığını bildirən digər həmsöhbətimiz Nuridə Məhərrəmova deyir ki, tam dəqiq səhnəni görmək üçün şəkillərə baxmaq lazımdır: “Mən orada ailə həyatı qurdum, övlad sahibi oldum. Oğlum birinci sinifdə oxuyurdu, qızım isə hazırlığa gedirdi. 1988-ci il, yay fəsli idi... Səhər saatlarında gördüm ki, böyük bir qrup, əllərində tüfəng, balta, yaba mənim pilləkanımdan aşağı düşürlər. Uşaqları hamama saldım, qapını bağladım. Özüm də əlimə pol ağacını götürüb qapının arxasında dayandım. Pilləkəndən düşəndə hamısı çığırırdılar. Baldızım Bakıdan gəlmişdi, evə girəndə qışqırıb özünü öldürürdü. Gördük ki, tavanı, döşəməni odlu silahlardan açılan atəşlərlə yandırırlar. Tam dəqiq səhnəni görmək üçün şəkillərə baxmaq lazımdır. Heç nə götürə bilməzdik. Əlimi atıb yerdən bir qaşıq götürdüm, çay qaşığı, cehizliyim idi. Evsiz-eşiksiz qaldıq. Bir də neçə-neçə ziyalı nəslinin istifadə etdiyi bir masaüstü çıraq götürmüşəm. Uzun illər azərbaycanlı ailələrin yaşadığı böyük bir mülkdən mənə qalan bu iki əşya oldu. Gətirdiyimiz bu çırağı yandırmamışıq. Çünki evimizin işığı orada sönübsə, bu çıraq burada yana bilməz (ağlayır)...”
Yandırılan üç azərbaycanlı, dağıdılan evlər
Telli Mirzəyeva da Xankəndi talanının şahidlərindəndir. Həmin vaxt o, 4-cü sinifdə oxuyurmuş: “Üçüncü sinifdə oxuyurdum, 4-ə keçirdim. Yay tətili idi. Qonşunun qızı ilə bizi çörək almağa göndərdilər. Çox adam var idi və mən birdən yıxıldım, ayaq altında qaldım. Bir yaşlı polis işçisi vardı, Qaçay kişi, məni qaldırdı, qolumuzdan tutub evimiz tərəfə apardı və dedi ki, qaçın evinizə, buraya gəlməyin. Dizimə daş batmışdı. Bir az sonra şəhərin hər yerindən kabab qoxusu gəlirdi. Dedilər ki, stadionda üç azərbaycanlını yandırıblar. Şəhərdə nə qədər azərbaycanlıların yaşadığı evlər var idisə, hamısını dağıtdılar. Sonra şəhərdə azərbaycanlılara qarşı talanlar, işgəncələr... Ancaq biz qaldıq. Həyətimizdə bir itimiz vardı, yoldaşım onu yemləməyə getmişdi. O gedən vaxtı evi yandırmışdılar. Şəhərdə ev qalmadı, hamısını yandırdılar. Heç bir əşyam yoxdur, heç bir... Nə Xankəndidəki ikimərtəbəli evimizi, nə əşyalarımızı - heç bir şeyi istəmirəm. Quru torpaq olsun, desinlər ki, gedin yaşayın. Mən onda buradakı evimi bir evsizə hədiyyə verib, gedəcəyəm”.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

