Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hər yeni gün bəxş edilmiş bir hədiyyədir

Hər yeni gün bəxş edilmiş bir hədiyyədir

22.10.2022 [12:43]

Həftəsonunu səmərəli keçirməyin yolları

Səidə RƏHİMLİ

Həftə ərzində iş və ya dərslərlə məşğul olduqdan sonra həftəsonu özümüzə və ailəmizə vaxt ayırmaq üçün əla bir fürsətdir. Həftəsonlarını səmərəli keçirməklə bütün həftənin yorğunluğunu üstünüzdən atıb yeni iş və ya dərs gününə daha gümrah şəkildə başlaya bilərsiniz.  Bir çoxları istirahət günlərini “doyunca yatmaq” və ya televizora baxmaqla keçirir. Onlar dincəldiklərini düşünürlər.  Amma belə deyil. Bununla sadəcə bədənimiz dincələ bilər, ruhumuz deyil. Həm zehninizi, həm ruhunuzu, həm də bədəninizi rahatlatmaq üçün həftəsonlarını daha faydalı keçirməyiniz tövsiyə olunur.

İstirahət günlərindən maksimum yararlanmaq üçün həftə ərzində planlar qurun və buna əməl etmək üçün özünüzü motivasiya edin. Həftəsonu nə edəcəyinizə öncədən qərar verməyib son ana buraxsanız, günləriniz heç nə edə bilmədən keçmiş olacaq. Çünki həmin an nə etməli olduğumuzla bağlı yaxşı düşünə bilmirik. Nəticə isə ömürdən boşa getmiş 2 gün olur.

Sizlərə həftəsonunu daha yaxşı keçirmək üçün plan qurmağa kömək edəcək bəzi tövsiyələr hazırladıq:

* Günün bir hissəsini idmanla məşğul ola bilərsiniz. Bu, sizin bütün stresinizi atacaq və daha enerjili hiss etməyinizə səbəb olacaq. Fitnesə gedə bilər, açıq havada yürüşə çıxa bilər və ya velosiped sürə bilərsiniz. Unutmayın, sağlam bədəndə sağlam can olur;

* Hobbilərinizlə məşğul olun və ya yeni hobbilər tapın: şəkil çəkmək, oyunlar oynamaq, maraqlı və fərqli yeməklər bişirmək, musiqi dinləmək, kitab oxumaq və s. Bunları həm təkbaşına, həm də ailəniz və ya dostlarınızla edə bilərsiniz. Bu, gərginliyinizi azal?maqda çox yaxşı vasitədir;

* Dostlarınızla və ya ailənizlə hava şəraitinin uyğunluğuna görə piknikə gedə bilərsiniz. Piknik zamanı voleybol, futbol və ya ip oyunları ilə vaxtınızı daha şən keçirin;

* Sadəcə özünüzə vaxt ayıra bilərsiniz. Bir gününüzü sevdiklərinizlə əylənərək keçirdikdən sonra digər gününüzü özünüzə vaxt ayıraraq keçirin. İçinizdən gələn səsi dinləyin. Özü ilə maraqlı vaxt keçirə bilən hər kəs çox xoşbəxtdir;

* Meditasiya və ya yoga ilə məşğul ola bilərsiniz. Bu, ruhunuzu dincəltmək və istirahət etmək üçün əla yoldur. Səhər oyandıqdan sonra və ya yatmadan əvvəl 20 dəqiqə ayıraraq bütün mənfiliklərdən azad ola bilərsiniz. Əgər heç yoga etməmisinizsə, bu gün başlamaq üçün əla fürsətdir;

* Sosial mediadan bir müddət uzaq durun. Ətrafda baş verənlər haqqında məlumat almaq üçün sosial mediadan istifadə etmək sərfəlidir. Lakin bütün həftəsonunu telefona həbs olaraq keçirməyin. Bu, sizin stresinizi daha da artıracaq və zehni cəhətdən yorğun olacaqsınız;

* Gec yatmayın. Əylənmək üçün belə olsa, yuxunuzu gecikdirməyin. Bədəninizin sağlam qalması və rahatlaması üçün hər gün 8 saat yatmağa çalışın. Həddindən çox yatmaq da, lazım olandan daha az yatmaq da bizə ziyandır. Ona görə də özünüzə yatmaq üçün saat müəyyənləşdirin və planlarınızı buna əsasən qurun;

* Bacarıqlarınızı inkişaf etdirə və ya yeni bacarıqlar əldə edə bilərsiniz. Məsələn, piano çalmaq, şahmat oynamaq, tikiş tikmək və s. Bu günə qədər sahib olmaq istədiyiniz bacarıqları mənimsəmək üçün həftəsonunda bunlara vaxt ayırın. Öyrənin və məşq edin;

* Gəzintiyə çıxın. Təkbaşına və ya sevdiklərinizlə, fərqi yoxdur. Sinemaya, muzeyə və ya konsertə gedib əylənin, fərqli restoranlara gedib yeni yeməklərin dadına baxın, mağazaları gəzib alış-veriş edin, şəhərin görməli yerlərini kəşf edin və  ya ölkəmizin bir-birindən gözəl guşələrinə səyahət edin.

Əyləncəli vaxt keçirmək üçün hər biri əla fürsətdir. Elə indi də gec deyil. İndicə həftəsonunu necə keçirəcəyinizlə bağlı plan qurub həyata keçirə bilərsiniz. Özünüzə və ailənizə vaxt ayırmağı, həftəsonlarından son dərəcə faydalı şəkildə yararlanmağı unutmayın. Boşa keçən hər gün ömrümüzdən gedir. Hər yeni günü bəxş edilmiş hədiyyə olaraq yaşayaq.

Hər birinizə xoş həftəsonu arzulayırıq.

Paylaş:
Baxılıb: 754 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31