Günün problemi: Taksi xidməti...
03.11.2022 [10:48]
Hər kəs “taksist” ola bilər?
Nicat Dilqəmli
Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin, taksi şirkətlərinin yol verdikləri kobud qanun pozuntuları, bununla yanaşı, bu sahədəki boşluqlar gündəmin ən çox müzakirə edilən mövzuları arasındadır. Sərnişinlərin taksi sürücülərinin şəxsi keyfiyyətlərindən, avtomobillərin təmizlik və səliqəsindən və digər bu kimi nüanslardan şikayətlənməsi adi hala çevrilib. Lakin buna baxmayaraq, adıçəkilən sahədə heç bir irəliləyiş müşahidə olunmur. Nəticədə isə tez-tez sürücülərlə sərnişinlərin arasında mübahisələrə şahidlik etmiş oluruq.
Problemin səbəblərini araşdırdıqda məlum olur ki, narazılıqların yaranmasının ən əsas səbəbi bu sahədə olan sistemsizlikdir. Reallıq bundan ibarətdir ki, bu gün sürücülük vəsiqəsi olan hər bir vətəndaş istədiyi zaman taksi sürücüsünə çevrilə bilər. Özü də qeydiyyat prosedurunda heç bir xüsusi sənəd və ya bacarıq tələb olunmur. Yalnız sürücülük vəsiqəsinin və avtomobilin sənədlərinin olması kifayət edir. Olduqca maraqlı olan digər bir məqam isə sürücülərin qeydiyyatı zamanı heç bir fərdi söhbətin və ya testlərin aparılmamasıdır. Əslində, taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin heç biri sürücünü tanımaqda maraqlı da deyil. Sadəcə bir neçə günlük sənəd yoxlanışından sonra sürücü asan şəkildə taksi fəaliyyəti ilə məşğul olmaq üçün xəttə qoşula bilər.
Keyfiyyətli taksi xidmətindən yararlanmaq üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, taksi sahəsində mövcud olan problemləri həll etmək üçün qanunvericilikdə konkret müddəalar var: “Bu gün taksi xidmətində mövcud olan çatışmazlıqları aradan qaldırmaq olar, bu, mümkündür. Bunun üçün qanunvericilik də var, yol xəritəsi də. Bu, 2019-cu ildə Nazirlər Kabinetinin hazırladığı taksi fəaliyyəti ilə bağlı tələblərdir. Bundan başqa, Azərbaycanın Əmək Məcəlləsi, eləcə də istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanun var. Taksi fəaliyyəti bu qanunlarla tənzimlənir. Təəssüf ki, bəzi məsul qurumlar bu işi keyfiyyətlə həyata keçirə bilmirlər”.
Ekspert taksi fəaliyyəti göstərmək üçün qanunda göstərilən tələbləri də açıqlayıb: “Reqlamentə görə, taksi fəaliyyəti ilə məşğul olan şəxsin yaşı 21-dən, sürücülük təcrübəsi isə 2 ildən az olmamalıdır. Taksi fəaliyyətində istifadə olunan avtomobilin damında sarı rəngli taksi fənəri mütləq qaydada olmalıdır. Sadaladıqlarım əməl edilməli olan şərtlərdən ən sadələridir. Bu qaydalara həm taksi şirkətləri, həm də sürücülər tərəfindən mütləq qaydada əməl edilməlidir”.
E.Cəfərovun sözlərinə görə, buna nəzarət edən qurumlar da var, sadəcə olaraq həmin qurumlar bu işə ciddi yanaşmalıdırlar: “Bakı şəhərində taksi fəaliyyətini tənzimləyən qurum Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyidir (BNA), ümumi ölkə üzrə isə Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu məsələni tənzimləməlidir”.
Ekspert problemlərin kökünün qeydiyyat prosesində olduğunu da diqqətə çatdırıb. O, qeyd edib ki, bəzi şirkətlər qeydiyyatı onlayn qaydada apardığından bu sahədə fəaliyyət göstərən təsadüfi şəxslərin sayı artır: “Bu gün bəzi taksi operatoru şirkətləri sürücülərlə müqavilə imzaladıqda bunu onlayn qaydada həyata keçirirlər. Sürücü ilə, demək olar ki, görüşmürlər. Proses zamanı heç bir tibbi arayış belə tələb olunmur. Və nəticə etibarı ilə belə insanların da qəza törətməsi halları baş verir, eyni zamanda biz onların sərnişinlərlə kobud davranışının şahidi oluruq. Bütün bu problemlərin kökündə dayanan əsas səbəblər sürücü məsuliyyətsizliyidir, taksi operatorları şirkətləridir və həm də onlara nəzarət etməyən bəzi dövlət qurumlarıdır”.
“Əgər taksi sürücüsü bu və ya digər şəkildə sərnişini aldadırsa, bu zaman sərnişinin bir istehlakçı kimi müvafiq qurumlara şikayət etmək hüququ var”, - deyə E.Cəfərov sərnişinlərə müraciət edib.
Artıq 5 ilə yaxındır taksi fəaliyyəti ilə məşğul olan Şirin Nailzadə deyir ki, qeyri-peşəkar şəxslərin sükan arxasında taksi sürücüsü kimi əyləşməsi həqiqətən də təəssüfvericidir: “Digər peşələr necədirsə, taksi də adi bir peşədir. Əfsuslar olsun ki, taksi operatorlarının, şirkətlərin qeydiyyat prosesini bu qədər asanlaşdırdığına görə sürücülük vəsiqəsi olan hər bir kəs bu sahəyə yönəlir. Maraqlı və bir o qədər də tragikomik bir məqamı bölüşmək istərdim. Ətrafımda bəzi şəxslərdən dəfələrlə eşitmişəm ki, onlar taksi fəaliyyəti ilə sadəcə marağa görə məşğul olurlar. Başa düşmürəm, bu, əyləncə meydançasıdır? Təbii ki, istənilən şəxs əlavə gəlir yeri kimi taksi xidməti göstərə bilər, bu onun haqqıdır. Amma digər peşələrə necə ciddi yanaşılırsa, taksi fəaliyyətinə də elə yanaşmaq gərəkdir”.
Taksi sürücüsü bu sahədə işlərin görülməsini arzu edir: “Ümid edirəm və əminəm ki, dövlət tərəfindən bu sahədə hansısa tədbirlər həyata keçiriləcək. Nəzarət artırılsa, təsadüfi sürücülərin sayı qat-qat azalacaq. Belə olan halda isə təbii ki, xoşagəlməz hallara rast gəlinməyəcək”.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

