Paltarları ağardan, qanımızı qaraldan...
17.03.2023 [10:58]
Xərçəng yaradan yuyucu tozlar
Yeganə BAYRAMOVA
Azərbaycanda yuyucu toz bazarında müxtəlif markalı məhsullar var. Ancaq son vaxtlar mağazalarda satılan yuyucu vasitələrin keyfiyyəti aşağı düşüb. Hətta brend məhsul adı altında alıcılara təqdim olunan məhsullar arasında da saxta olanı var. Alıcıların əksəriyyəti həmin yuyucu tozların əsasən “Sədərək” ticarət mərkəzində satıldığını iddia edirlər.
Maraqlıdır, bazardakı bu məhsulların hamısı istifadəyə yararlıdır? Saxta yuyucu tozların insanlara nə kimi ziyanları var?
Yuyucu tozlara duz qatırlar
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bəzən məşhur brendlər adı altında istehlakçılara saxta məhsullar təklif edilir: Ofisimizdə saxta “Ariel”, “Tide”, “Calgon”, “Alafran” və s. kimi məhsullar var. Bəzi tədqiqatlar aparmışıq və məlum olub ki, “Sədərək” bazarında yuyucu tozların açıq satışı həyata keçirilir. Oradan alınan bir kisə yuyucu toza yola səpilmək üçün nəzərdə tutulan 3 kisə duz qatırlar. Daha sonra bunlar adını çəkdiyim brendlərin qabları kimi qablaşdıraraq satışa çıxarırlar. Adını çəkdiyim yuyucu tozların saxta nümunələrinin Gürcüstandan gətirilmə variantları da var. Təbii ki, bazarda saxta yuyucu tozlarınin yer alması istehlakçı hüquqlarının pozulması deməkdir”.
Belə məhsullar bazarın 30 faizini təşkil edir
E.Hüseynovun sözlərinə görə, vətəndaş haqlı olduğunu sübut edərsə, istehsalçıdan ona dəyən maddi və mənəvi ziyanı tələb edə bilər: “Sumqayıt şəhəri də saxta yuyucu toz istehsalına görə ön yeri tutur. Bir çox məhsullar xarici brend adı altında məhz burada istehsal olunur: “Belə məhsullar yuyucu vasitə bazarının təxminən 30 faizini təşkil edir. Yuyucu tozların keyfiyyətsizliyi ilə bağlı demək olar ki, hər gün AİB-ə zənglər olunur. Saxta və keyfiyyətsiz məhsullarla mübarizə aparmaq üçün onları “boykot” etmək lazımdır”.
Dəri xərçəngi yaradır
Allerqoloq Şahvələd Məmmədov saxta yuyucu tozların xərçəng xəstəliyinin yaranmasında böyük rolu olduğunu deyib: “Belə məhsullar kimyəvi maddələrdən hazırlanır. Bu vasitələrin tərkibində olan maddələr insan bədəni ilə təmasda olarkən daxilə sovrula bilir. Beləliklə, orqanizm kimyəvi maddələrlə mübarizəyə məruz qalır və immun sistemi zəifləyir. Orqanizm gücünü itirir və xəstəliklər qarşısında aciz qalır. Xərçəng xəstəlikləri hazırda geniş yayılıb. Məsələn, döş xərçəngi, ginekoloji, prostat, ağciyər xərçəngi və s. Bu saxta vasitələrlə yuyulan paltarlar dəri və selikli qişa ilə təmasda olan zaman insan xəstəliyə məruz qala bilər. Bundan başqa, həssas dərisi olan insanlarda dermatit xəstəliyinə və müxtəlif allergik reaksiyalara səbəb olur”.
Qanun nə deyir?
Hüquqşünas Nadir Məmmədovun sözlərinə görə, hər bir istehlakçının məhsul haqqında dolğun və düzgün məlumat almaq hüququ var: “Bu proses “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir. Qanuna əsasən, alıcı məhsulda qüsur və ya saxtalaşdırma aşkar edərsə, satıcıdan və ya istehsalçıdan müəyyən tələblər edə bilər. Məsələn, aldığı məhsulu keyfiyyətli malla dəyişdirmək, satış qiymətini uyğun məbləğdə azaltmaq, çəkdiyi xərclərin geri ödənilməsi. İstehlakçılara saxta mal satıldığı halda insan sağlamlığına zərər vurularsa, fiziki şəxslər 3 min manatdan 5 min manatadək cərimə oluna bilər. Eyni zamanda, həmin şəxslərin 360 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılması mümkündür”.
Xəbər lenti
Hamısına baxElm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42

