Sahibkarlar üçün daha bir imkan
08.07.2011 [10:26]
Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi tərəfindən sahibkarlığın qeydiyyatının müasir beynəlxalq standartlara tam uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2011-ci il iyulun 1-dən etibarən fiziki şəxslərin İnternet Vergi İdarəsi vasitəsilə qeydiyyatına başlanılıb. Dünən isə Azərbaycanda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün onlayn rejimində qeydiyyata alınmasına başlanması ilə əlaqədar təqdimat mərasimi keçirilib. Dövlət strukturlarının, beynəlxalq və yerli təşkilatların, sahibkarlıq birliklərinin nümayəndələrinin iştirak etdiyi təqdimat mərasimini giriş sözü ilə açan vergilər nazirinin birinci müavini Natiq Əmirov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan vergi siyasəti barədə ətraflı məlumat verib.
ölkəmizdə elektron qeydiyyat sisteminin (e-qeydiyyat) tətbiqi barədə danışan N.Əmirov bunun Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin bariz nümunəsi olduğunu deyib.
Bildirilib ki, e-qeydiyyat sisteminin tətbiqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il mayın 23-də imzaladığı “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanın icrası ilə əlaqədar Vergilər Nazirliyi tərəfindən qəbul olunmuş tədbirlər planı çərçivəsində həyata keçirilib: “E-qeydiyyat sistemi ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə tətbiq olunub. E-qeydiyyat sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipinin davamı olaraq həyata keçirilən mühüm layihələrdən biridir”.
Tədbirdə, həmçinin, e-qeydiyyat sisteminin vergi ödəyicilərinə verdiyi üstünlüklər barədə danışılıb. Qeyd olunub ki, bu sistemin tətbiqi nəticəsində fiziki şəxslər vergi orqanlarına getmədən, vaxt itkisinə yol vermədən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində istifadə kodu və şifrə-parol vasitəsi ilə uçota alınırlar. “Bir pəncərə” prinsipinin tətbiqi ilə fərdi sahibkarlar qeydiyyata durmaq üçün 2 gün sərf edirdilərsə, e-qeydiyyatın tətbiqi biznesə başlamaq üçün tələb olunan vaxtı bir neçə dəqiqəyə qədər azaldıb.
Eyni zamanda, fiziki şəxslərin onlayn rejimində qeydiyyatı həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatının azaldılmasına imkan verəcək, həmçinin, şəffaf qeydiyyat prosedurlarının aparılmasını təsbit edəcək.
Bununla bağlı məlumat verən Vergilər Nazirliyi yanında Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqisadi təhlil Baş idarəsinin rəisi Zaur Fətizadə deyib ki, ilkin qiymətləndirmələrə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin onlayn qeydiyyatının tətbiqi Azərbaycanın vergi orqanlarına hər il 1 milyon manata yaxın vəsaitə qənaət etməyə imkan verəcək. Onun sözlərinə görə, əgər 2010-cu ilin birinci yarısında 18684 sahibkarlıq subyekti qeydiyyata alınmışdısa, cari ilin birinci yarısında onların sayı 30809-a çatıb. İyulun 1-də Azərbaycanda ilk fiziki şəxs elektron qeydiyyata alınıb və sistemin tətbiqindən keçən qısa müddət ərzində bu elektron xidmətdən yararlanmaq istəyənlərin sayı sürətlə artmaqdadır. Vahid qeydiyyat orqanı olan Vergilər Nazirliyi qeydiyyatdan keçmiş fərdi sahibkarlar barədə məlumatları onlayn rejimində Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə, Dövlət Gömrük Komitəsinə və fərdi sahibkarların bank hesabı açmaq istədiyi banklara ötürür.
Tədbirdə yenilənmiş İnternet Vergi İdarəsinin təqdimatı da keçirilib. Qeyd edilib ki, İdarədə fərdi sahibkarların e-qeydiyyatı bölməsi yaradılıb, www.e-taxes.gov.az portalının dizayn və naviqasiyası təkmilləşdirilib və sadələşdirilib, yeni formatda istifadəçi təlimatları yerləşdirilib. Həmçinin, saytda sahibkarlıq subyektləri üçün qeydiyyat, bank hesabının açılması, fəaliyyətin dayandırılması, ƏDV qeydiyyatına alınması üçün e-ərizələr də təqdim olunub.
Tədbirdə yerli və beynəlxalq təşkilatların, sahibkarlıq birliklərinin nümayəndələri çıxış edib, informasiya texnologiyalarının tətbiqinin verdiyi üstünlüklər, e-qeydiyyat sisteminin biznes mühitinin sadələşməsinə verdiyi faydalar barədə danışıblar. E-qeydiyyatın işə salınması nəticəsində Azərbaycan biznesə başlama prosedurları sahəsində dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq ciddi irəliləyiş əldə edib. Gələcəkdə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesinin də elektronlaşdırılmasının başa çatması ilə Azərbaycan təkcə regionda deyil, dünya miqyasında biznesə başlama sahəsində ən mütərəqqi sistemin tətbiqinə nail olacaq.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

