Maqnit qasırğasının fəsadları
09.05.2023 [10:45]
Necə qorunaq?
Yeganə BAYRAMOVA
Son günlər maqnit qasırğasının olacağı ilə bağlı xəbərlər geniş yayılıb. Hətta bununla əlaqədar əhaliyə xəbərdarlıqlar da edilir. Belə ki, maqnit qasırğaları daha çox ürək, qan-damar və sinir sisteminə mənfi təsir edir. Atmosfer təzyiqində baş verən dəyişikliklər artıq çəkili, ürək-damar problemlərindən əziyyət çəkənlər, infarkt keçirmiş şəxslər üçün daha çox narahatlıq yaradır.
Aşağı dərəcədə maqnit qasırğası 7-12 faizə qədər, güclü qasırğa isə 41 faizə qədər insult riskini artıra bilər. Qasırğanın ən çox görülən əlamətləri bunlardır: baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq.
Statistika göstərir ki, maqnit qasırğası zamanı ürək-damar sistemi xəstəlikləri olan insanların sağlamlığı pis olduğu üçün təcili yardım çağırışlarının sayı təxminən 20 faiz artır.
Maqnit qasırğası nədir?
Günəşdə epizodik olaraq özünəməxsus partlayışlar olur və bunun nəticəsində planetlərarası məkana enerji yüklənmiş xırda hissəciklərin (günəş plazması adlanır) nəhəng axını atılır. Onlar Yer kürəsinin maqnit qatına çatdıqda onunla qarşılıqlı əlaqəyə girib bu qatı bir növ “qəzəbləndirir”, fırtına qoparır. Bütün dünya əhalisinin 1/3-i meteopatamdır, yəni onlar maqnit fırtınasının yaxınlaşmasını daha tez hiss edirlər. Maqnit dalğasında kiçik bir artım belə sağlamlığa təsir edə bilər.
Bəşəriyyət tarixində indiyə qədər müşahidə olunan ən güclü maqnit qasırğası 1859-cu ildə baş verib.
Süni maqnit qasırğası
Ekoloq Elman Zeynalov “Yeni Azərbaycan”a açıqlamasında üç cür geomaqnit qasırğasının olduğunu söyləyib: “Birincisi, Günəşdə partlayış baş verəndə elektromaqnit dalğalar? Yer kürəsinə düşür və təsir göstərir. İkincisi, Yer kürəsinin özünün elektromaqnit qatları var. Həmin qatlar küləkdə, elektromaqnit qasırğada özünü qoruyur, bir də var ki, süni surətdə yaradılmış maqnit qasırğası.
Günəşdə partlayış olacağını əvvəlcədən bilmək mümkün deyil. Əgər deyirlərsə ki, 2-3 gün maqnit qasırğası olacaq, demək ki, bu, sünidir. Günəş özü nüvədir. O, qızdıqca onun üzərində ləkələr olur. Ləkələr nə qədər çox olsa, temperatur da o qədər yüksək olur və bir o qədər partlayışlar baş verir. Nəhəng partlayış, qasırğa baş verəndə və o, yer kürəsinə gəlib çatan zaman insanlar özlərini pis hiss edirlər. Yer kürəsinin özünün elektromaqnit dalğası var və bu dalğa ona qarşı çəpər qurub gücünü azaldır”.
Meteohəssas insanların diqqətinə
Həkim-terapevt Şahvələd Məmmədovun sözlərinə görə, son vaxtlar başağrısı ilə əlaqədar şikayətlər olmasının əsas səbəbi planetin maqnit qasırğalarına məruz qalmasıdır. Bu isə meteohəssas insanların səhhətinə mənfi təsir göstərir. Maqnit qasırğalarının təsirini yaşlılar, hamilə qadınlar, eləcə də xroniki xəstəliyi olanlar daha çox hiss edirlər: “Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər. Adətən dərman qəbul edən hipertoniya və insult xəstələri, asmatik problemi, ürək və yaxud hər hansı bir xroniki, iltihabi, yoluxucu xəstəliyi olanlar, nəfəsalmada problemlə üzləşənlər maqnit qasırğası zamanı təzyiqin oynaması, aşağı enməsi və yuxarı qalxması nəticəsində özlərini narahat hiss edə bilərlər”.
Yaşı 60-dan yuxarı olanlar...
Həkim maqnit qasırğası olan günlərdə çölə çıxmamağı məsləhət görür: “Yaşı 60-dan yuxarı olanların zərurət olmadığı təqdirdə havaya çıxmaması daha düzgün olar. Ümumiyyətlə, insanların orqanizmi təbiətin mövcud olan şıltaqlıqlarına, o cümlədən də maqnit qasırğasına qarşı davamlıdır və ona adaptasiya oluna bilir. Məsələn, təsadüfi deyil ki, bu qasırğanın neqativ təsirlərini yalnız bir qrup insan öz üzərində hiss edir. Hansı ki, bu birbaşa təmasda olur. Geomaqnit qasırğası deyilən dalğada, sadəcə olaraq, yayılmış maqnit sahəsindən söhbət gedir. Bu dalğalar bioloji hüceyrələrin iş prosesini pozur, xüsusilə də bu, sinir hüceyrələrinə aiddir. Müxtəlif sinir pozuntuları, yuxusuzluq, qan təzyiqinin artması və sairə kimi hallar yarada bilər. Əlbəttə, əvvəlcədən meteohəssas insanlar müəyyən tədbirlər görməlidirlər.
Maqnit qasırğası və ya fəsil dəyişkənliyi zamanı özünü narahat hiss etməyənlər isə rahat şəkildə açıq havaya çıxa bilərlər”.
Ölüm halı ola bilər
Ş.Məmmədovun sözlərinə görə, maqnit qasırğasının təsirinin ilkin əlamətləri müxtəlifdir. Hətta qeyd etdiyimiz problemləri olan şəxslərin huşunu itirməsi baş verə bilər: “Bundan başqa, baş ağrısı, təzyiqin oynaması, ürək ağrıları, xəstənin haldan hala düşməsi, spazmalar, ürək döyüntüləri kimi əlamətlər mümkündür. Bunları özündə hiss edən insanlar həkimə müraciət etməlidir. Maqnit qasırğasının ölümlə nəticələnməsi halları nadirən baş verə bilər. Xüsusən də təzyiqin qalxması və buna bənzər hadisələrin yaratdığı fəsadlar nəticəsində ölüm halı mümkündür”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

