Günvurma halları artıb, çarəsi nədir?
11.07.2023 [11:28]
M.BAYRAMLI
Son günlərdə dünyanın temperaturu rekord həddə çatıb. Dünyada yaşanan istilik dalğasına diqqət yetirək. Çinin paytaxtı Pekində havanın hərarəti yenidən 40 dərəcəni ötüb. Anomal isti hava şəraiti ilə əlaqədar yenidən ən yuxarı – “qırmızı” səviyyədə xəbərdarlıq elan edilib. Əhaliyə açıq hava fəaliyyətlərini təxirə salmaq, günvurma və istivurma hallarına hazır olmaq tövsiyə edilib.
Eləcə də Meksikada son həftələrdə davam edən kəskin istilər səbəbindən həyatını itirənlərin sayı 112-yə çatıb. Ölənlərin 45-64 yaş aralığında olduğu, 112 nəfərdən 104-nün günvurma nəticəsində öldüyü bildirilib. Milli Meteorologiya Xidmət ölkə ərazisində istilərin daha 10-15 gün davam edəcəyini açıqlayıb və xroniki xəstələrə lazım olmadıqca müəyyən vaxtlarda çölə çıxmamağı tövsiyə edib.
Bundan başqa, İtaliyanın səkkiz şəhərində, o cümlədən Romada kəskin istilər səbəbindən "qırmızı" təhlükə səviyyəsi elan edilib. Meteoroloqlar xəbərdarlıq ediblər ki, bu həftə İtaliyada Afrika antisiklonuna görə hava rekord səviyyəyə qədər istiləşəcək. Belə ki, Sardiniya adasında 45-47 dərəcəyə qədər isti olacağı proqnozlaşdırılıb.
Azərbaycanda isə havanın maksimal temperaturu iyulun 9-da Bakıda iqlim normasından 8 dərəcə yuxarı olub. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 40 dərəcəyədək isti, aran rayonlarında 42 dərəcəyədək isti, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub. Bir sözlə, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da şiddətli istilər yaşanır. Bu səbəbdən günvurmaların da sayında artım müşahidə olunur. Belə ki, yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib. Onlardan 9 nəfəri hospitalizasiya edilib, 14 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərin 17-si kişi, 6-sı qadın olub.
Həkim-pediatr Könül Sadıxova yeniazerbaycan.com saytına açıqlamasında bildirib ki, əsasən 5 yaşdan kiçik uşaqlar və 65 yaşdan böyük insanlarda günvurma riski yaranır. Onun sözlərinə görə, şəkərli diabet, arterial hipertenziya kimi xroniki xəstəliyi olan şəxslər və açıq havada günəş altında işləyənlər məruz qalır: “Özünüzdə kəskin başağrısı, başgicəllənmə, halsızlıq, ümumi zəiflik, ürəkbulanma, huşun itirilməsi, bədən temperaturunun 40 dərəcədən çox yüksəlməsi, dərinin qızarması və ya quruması, eləcə də ürək ritminin tezləşməsi hallarını müşahidə edirsinizsə, dərhal həkimə müraciət edin. Bunların hamısı günvurma əlamətidir”.
Mütəxəssis deyir ki, günvurmaya daha çox uşaqlar məruz qalırlar. İsti havalarda 3 yaşından kiçik uşaqları Günəş şüaları altında gəzintiyə çıxarmaq tövsiyə edilmir. Valideynlər bu günlərdə uşaqlarının qidalarına diqqət etməli və geyimlərinə fikir verməlidirlər. İsti havalarda bol-bol maye və ağartı məhsulları qəbul edilməlidir.
Qeyd olunub ki, saatlarla gün vannası qəbul etmək də zərərlidir. Həddən artıq günəşlənmək dərinin vaxtından tez qocalmasına və dəridə sağalmaz xəstəliklərə səbəb olur.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

