COVD-19- yeni mutasiyası...
12.07.2023 [11:23]
Azərbaycan üçün təhlükə var?
Y.BAYRAMOVA
Son günlər yeni, eyni zamanda, daha təhlükəli virusun yayılması xəbəri aktual müzakirə mövzusudur. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus kifayət qədər narahatedici açıqlama verib. Onun sözlərinə görə, may ayında COVD-19-la bağlı qlobal fövqəladə vəziyyətin sona çatması haqda elan ondan daha ölümcül patogenin təhlükəsinin aradan qalxması demək deyil. Çünki daha ölümcül potensiala malik başqa bir patogenin təhlükəsi qalmaqdadır.
Baş direktor bəşəriyyətin bu çətin dövrdə elmi və ictimai sağlamlığı müdafiə edənlərə çox şey borclu olduğunu xatırladaraq, pandemiya illərinin dərslərini öyrənməyə çağırıb. O, həmçinin deyib ki, dünya yeni pandemiyalara hazırlaşmalıdır.
Qebreyesusun sözlərinə görə, bu, pandemiyaya hazırlıq və cavab tədbirləri yeni beynəlxalq saziş əsasında hazırlana bilər. O, dünyanı gələcək nəsillər üçün daha təhlükəsiz yerə çevirəcək bir razılaşmanın əldə olunacağına əminliyini ifadə edib.
Xatırladaq ki, 2019-cu ildə Çinin Vuhan şəhərində yarasadan insana keçdiyi güman edilən COVD-19 epidemiyası bütün dünyaya təsir etdi. Virus təxminən 7 milyondan çox insanın həyatını məhv etdi və bir çox fəsadlara səbəb oldu. Ardıcıl icra edilən vaksinasiya tədbirləri nəticəsində koronavirusa yoluxma 2023-cü ildə minimum saya düşdü. Bu baxımdan ÜST COVD-19- virusundan pandemiya statusunu ləğv etdi.
Bütün bunlara baxmayaraq, alimlər Çində iki yeni virus aşkar ediblər. Belə ki, CD35 və CD36 adlanan yeni viruslar 2021-ci ilin mart-aprel ayları arasında Çinin cənubundakı mağaralarda tutulan 112 yarasanın nümunələrində aşkar edilib.
COVD-19 qədər yoluxucu...
İnfeksionist-həkim Kərim Qəhrəmanlının “Yeni Azərbaycan”a açıqlamasına görə, yeni viruslar koronavirusun mutasiyaya uğramış növüdür. O, qeyd edib ki, CD35 və CD36 adlanan yeni viruslar ən az COVD-19 qədər yoluxucu xarakterə malikdir: “Alimlər bildirirlər ki, hələ ki bu virusların insana yoluxma qabiliyyəti sübut olunmayıb. Ancaq buna baxmayaraq hər bir ölkə vətəndaşlarının diqqətli olması vacibdir. Hələ pandemiya elan edilməmişdən qabaq, heç kəs düşünmürdü ki, COVİD-19 bu qədər fəsadlara, insan təlafatına səbəb ola bilər. Ona görə də, insanların əksəriyyəti məsələyə biganə yanaşırdılar, lazım olan sanitar-gigiyena qaydalarına əməl etmirdilər. Yeni virusların ölkəmizdə yayılıb-yayılmayacağını söyləmək hələlik tezdir, ancaq hər bir halda ehtiyatı əldən vermək olmaz. Nəzərə alsaq ki, hazırda yay ayıdır, havalar isti keçir. Lakin belə havalarda da respirator virusların yayılma ehtimalı böyükdür. Asqırma, qızdırma, burun axması kimi qripin əlamətlərini daşıyan xəstəliklər ilin soyuq fəsillərindən başqa yayda da müşahidə olunur”.
Qriplə eyni əlamətlər
Həkim qeyd edib ki, çimərliklərdə də belə viruslara yoluxmaq mümkündür: “Respirator infeksiyalara günəş şüasının, dezinfeksiyaedicilərin, isti temperaturun təsirindən tez məhv olur. Lakin yay fəslində də belə viruslar yayıla bilir. Bu infeksiyaların da klinik əlamətləri qriplə demək olar ki, eynidir. Yuxarı tənəffüs yollarının infeksiyasına rast gəlinir, xəstəlik ağırlaşan zamanı aşağı tənəffüs yollarının infeksiyası da inkişaf edə bilir. Yoluxma zamanı konyunktivit, ürəkbulanma, qusma, kimi əlamətlər üzə çıxa bilər, yuxarı tənəffüs yollarının kataral əlamətləri müşahidə oluna bilər”,
İnfeksionist qeyd edib ki, yayda viruslardan qorunmaq üçün gigiyena qaydalarına əməl etmək vacibdir: “Tənəffüs yollarının infeksiyalarından qorunmaq üçün tez-tez əlləri yumaq, insanların sıx olduğu yerlərdə maskalardan istifadə etmək, gigiyenik-sanitar qaydalara riayət etmək lazımdır”.
Necə qidalanaq?
Həkim xüsusilə isti aylarda müxtəlif virus və infeksiyalardan qorunmaq üçün düzgün qidalanma qaydalarını da diqqətə çatdırıb: “Düzgün qidalanma anlayışını ifrata varmadan dərk etməli, bitki və heyvan zülallarından, mürəkkəb karbohidratlardan, sellüloz maddələrdən, faydalı yağlardan istifadə olunmalıdır. Kifayət qədər də su içilməlidir. D vitamini qəbul etmək vacibdir. Bəzən insanlar düşünür ki, yay aylarında D vitamin qəbul etmək düzgün deyil. Lakin bu yanlış fikirdir. Çünki D vitamininin çatışmaması immunitetin zəifləməsinə gətirib çıxara bilər ki, bu da mövsümi xəstəliklərə meyilliliyi artırır. Vitamin almağın ən sadə yollarından biri də açıq havada, günəş altında gəzməkdir. Bununla yanaşı, yumurta sarısı, mal qaraciyəri, kərə yağı, süd ilə qidalanmaq çox vacibdir.
Alkoqollu içkilərdən imtina edilməlidir. Alkoqollu içkilərə meyillilik immun sisteminin vacib strukturu olan orqanizmin dentroloji hüceyrələrinin vəziyyətinə mənfi təsir göstərir. Həmçinin bu içkilərə meyilli insanlarda vaksinlər zəif effekt göstərir”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

