Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yayın ənənəyə çevrilən “sərinliyi”...

Yayın ənənəyə çevrilən “sərinliyi”...

18.07.2023 [11:30]

İqlim dəyişikliyi, yoxsa...

Son illər dünyada və ölkəmizdə qlobal iqlim dəyişikliyinin fəsadları özünü göstərir. Bəzən qışda yay havası, yayda payız havası müşahidə edilir. Təbii olaraq bütün bunlar insanı təəccüb içində qoyur. Amma baş verənlər bundan daha təhlükəli bir prosesin başlanğıcı ola bilər.

İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri getdikcə daha çox narahatlıq doğurmaqdadır. Qeyri-sabit hava şəraiti Azərbaycanda da müşahidə olunmaqdadır. Ümumiyyətlə artıq illərdir ki, yayda yandırıcı günəşdən “şikayətlənən” yoxdur. Bu il də formalaşan “ənənə” pozulana oxşamır. Yay olmasına baxmayaraq, ölkəmizdə hava fəsil üçün nisbətən sərin keçir. Hətta bəzi günlərdəki şimşək, yağış payızı belə xatırladır. Təbii ki, bu cür hava şəraiti iyul ayı üçün xarakterik deyil.

Ötən illərlə müqayisədə yağışlı günlərin sayı da çoxalıb. Ona görə də havaların dəyişik keçməsinə adaptasiya tədbirləri gücləndirməlidir. Bu tədbirlərdən biri də iqlim dəyişikliyi ilə bağlı maarifləndirici məlumatların verilməsidir.

İqlim dəyişikliyi niyə yaranır?

İqlim dəyişmələri yağıntıların qeyri-normal şəkildə paylanması, fəsillərin sürüşməsi və davamlılığının artması, su və meşə resurslarına, insan sağlamlığına təsirlərlə özünü göstərir. Bunun nəticəsində ekoloji tarazlıq pozulur. Bu, insanla ətraf mühitin, meşə təsərrüfatı ilə kənd təsərrüfatının, su resursları ilə torpağın qarşılıqlı əlaqələrinə təsir edir.

İqlim dəyişiklikləri ilə bağlı təbii fəlakətlərin sayı 3 dəfə artıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, 2000-2010-cu illər ərzində təbii fəlakətlərdən 2,7 milyard insan zərər çəkib. “Oxfam” humanitar təşkilatının məlumatında isə qeyd edilir ki, iqlim dəyişiklikləri ilə bağlı təbii fəlakətlərin sayı ötən əsrin 80-ci illəri ilə müqayisədə 3 dəfə artıb. Statistika göstərir ki, geofiziki fəlakətlərin sayı, o cümlədən zəlzələ və vulkan püskürmələri 1980-ci illərdən o qədər də dəyişməyib. Amma, eyni zamanda, subasma və qasırğaların sayı nəzərə çarpacaq dərəcədə artıb. Təbii fəlakətlərin nəticəsində hər il təxminən 250 milyon insan zərər çəkir. Bu fəlakətlərin 98 faizini iqlim fəlakətləri təşkil edir.

Baş verənlər hava şəraitinin dəyişkənliyidir

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən iqlimşünas Məhərrəm Nəbiyev qeyd edib ki, iqlim normalarında müsbət və mənfi meyiletmələr var: “Bir də görürsünüz yay həddindən artıq isti keçir. Buna ekstremal isti yay deyilir. Yaxud da yayda hava həddindən artıq sərin olur. Əgər hava mövsümə uyğun olmayaraq istidirsə, belə fikir söylənir ki, “iqlim dəyişir”, yox, əgər qar yağırsa, qlobal istiləşməyə şübhə ilə yanaşılır. Lakin bu, iqlim dəyişmələri deyil, hava şəraitinin dəyişkənliyidir. Əgər söhbət uzun illər müşahidə edilən havadakı dəyişikliklərdən gedirsə, bu zaman həqiqətən də iqlimdə baş verən dəyişikliklər nəzərdə tutulur. İqlim dəyişmələri isə onilliklər ərzində orta göstəricilər üzrə baş verən dəyişikliklərdir. İqlim Yer üzərində baş verən ən müxtəlif proseslərin qarşılıqlı əlaqələrini özündə əks etdirir, bu da iqlimşünaslığı çoxşaxəli, mürəkkəb, maraqlı və çox əhəmiyyətli bir elm edir. İqlim sisteminin daim fasiləsiz dəyişiklik vəziyyətində olması normal haldır. Lakin bu gün Yer unikal iqlim mərhələsini keçirir. İqlim dəyişikliyi atmosfer sirkulyasiyasına təsir edir. Bu isə bəzi regionlar üçün xarakterik olmayan hava hadisələrinin tez-tez baş verməsi ilə özünü göstərir”.

Adekvat tədbirlər görülməsə...

M.Nəbiyevin sözlərinə görə, iqlim dəyişikliklərinin yaranması daha çox inkişaf etmiş dövlətlərin “günahıdır”: “Bu gün karbonun emissiyası ABŞ-da 23-25 faiz, Çində 16 faiz təşkil edir. Adekvat tədbirlər görülməsə, gələcəkdə bizi böyük bəlalar gözləyə bilər. Xüsusən inkişaf etmiş ölkələrdə iqlim dəyişmələrinə adaptasiya olmaq üçün milli uyğunlaşma planları var. Bu planların tərkibində çox məsələlər var. Məsələn, xüsusən də strateji əhəmiyyət kəsb edən dənli bitkilərin sığorta məsələsi var. Eyni zamanda, ənənəvi seleksiya materiallarının, yəni ənənəvi bitki sortlarının mühafizəsi, toxumçuluq ilə bağlı məsələlər var. Azərbaycanda bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilir”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 540 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31