İnsanlığın ədəb qaydası...
16.11.2023 [11:28]
Beynəlxalq Tolerantlıq Günüdür
Yeganə BAYRAMOVA
“Hər birimiz etnik-mədəni müxtəliflik, sürətli sosial dəyişiklik və kütləvi miqrasiya prosesi ilə yaşamağı öyrənməliyik. Sülh və əmin-amanlığa nail olmaq üçün bundan başqa alternativimiz yoxdur”.
(A.H.Riçmond)
Araşdırmaçıların qənaətinə görə, tolerantlıq anlayışı 16-17-ci əsrlərdə Qərbdə yaranıb və inkişaf edib. Əsasən dini mahiyyətli bu anlayış həmin dövrlərdə Avropada gedən məzhəblərarası münaqişələrin qarşısının alınması, dini ayrı-seçkiliyin ləğv edilməsi üçün müxtəlif dövlətlər tərəfindən ideologiya kimi dəstəklənib. Con Lok, Volter və başqaları hesab edirdilər ki, ictimai asayişi qorumaq və sülhə nail olmaq üçün tolerantlıq ideyası geniş şəkildə təbliğ olunmalıdır. Bu baxımdan tolerantlıqla bağlı bir çox elmi əsərlər yazılıb və təriflər verilib. C.Lok hesab edirdi ki, tolerantlıq insanlığın ədəb qaydasıdır. O ədəb qaydası ki, başqalarının hüquq və azadlıqlarını pozmadan yaşaya bilməkdir.
Tolerantlıq müxtəlif seçimlərə, inanclara, dünyagörüşünə və digər xarakterə sahib olan insanların sosial münasibətlər əsasında birgəyaşayışıdır. Bu məfhum bütün mədəni müxtəlifliklərin mövcud olduğu cəmiyyətlərdə harmoniyanı, stabilliyi və sosial həyatın davam etdiyini daha da gücləndirir.
Dözümlülük ideologiyasının təbliği və təşviqi 16-cı əsrdən başlasa da, beynəlxalq ictimaiyyət tərəfindən öz hüquqi qiymətini 19-cu əsrin sonlarında tapmağa başladı. Belə ki, 1894-cü ildə qəbul edilmiş Cenevrə Konvensiyası döyüşdə iştirak etmiş bütün əsgərlərə hörmət göstərilməsini tələb edirdi. Bu yanaşma sonralar müharibə zamanı əsir düşmüş insanlara qarşı münasibətdə də tətbiq edilməyə başladı.
Tolerantlığın yeni mərhələsi...
İkinci Dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tolerantlığın təbliği və təşviqi ilə bağlı baxışlar yeni mərhələyə qədəm qoydu. BMT və onun müvafiq qurumları tolerantlığı öz fəaliyyət istiqamətlərinin əsas prinsipi kimi müəyyən edərək universal ideyalar irəli sürdü. Beləliklə, BMT Nizamnaməsinin dördüncü hissəsində tolerantlığın insanların həyat fəlsəfəsində və yaxşı qonşuluq münasibətlərinin qurulmasında vacib olduğu göstərilirdi.
Bəşəriyyətin bu ideyalara ehtiyacı var...
Sosial İnkişaf İndeksinin araşdırmalarına görə, bu gün dözümsüzlük özünü miqrantlara, dini və etnik azlıqlara münasibətdə daha çox göstərir. Nəticədə sivil cəmiyyətlərdə nifrət zəminində çıxışlar, soyqırımı cinayətləri, dini və etnik zəmində münaqişə ocaqlarının arealı genişlənir. Etnik, din və dil müxtəlifliyini müəyyən coğrafiyada mədəni zənginliyə, cəmiyyətdə inklüzivliyə, ümumi rifaha nail olmaq üçün tolerantlıq anlayışı fərdlər, icmalar və dövlətlər tərəfindən mənimsənilməli, təşviq və təbliğ edilməlidir. 16-cı əsrdə olduğu kimi, müasir dövrdə də bəşəriyyətin bu ideyalara böyük ehtiyacı var.
Ekstremizmə və dözümsüzlüyə “YOX”
Həmrəyliyə nail olmaq, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörməti, anlaşmanı və dialoqu gücləndirmək məqsədilə 1995-ci ildə YUNESKO tərəfindən Bəyannamə qəbul edildi. Bu Bəyannaməyə əsasən hər il noyabrın 16-si dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Həmin tarixdən etibarən bütün dünya ölkələri irqçiliyə, ksenofobiyaya, zorakılığa, ekstremizmə və dözümsüzlüyə “YOX” deyir.
Tolerantlığın Azərbaycan modeli...
Bu əlamətdar gün ölkəmizdə də qeyd edilir. Tarix boyu Azərbaycanda yaşayan bütün dinlərin və etnosların təmsilçiləri bir-birlərinin mədəni və mənəvi baxışlarına sayğı göstəriblər. Respublikamızda formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir.
Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25

