Yoxsullara yardım edək!
19.12.2023 [10:50]
Yeganə BAYRAMOVA
Artıq 28 ildir ki, dekabrın 19-u Beynəlxalq Yoxsullara Yardım Günü kimi qeyd olunur. Bu gün 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilib. Ekspertlərin məlumatına görə, planetin bütün əhalisinin təxminən dörddə bir hissəsi, yəni, yarım milyard insan XX əsrdə dilənçi vəziyyətində olub.
Aparılan araşdırmalar göstərir ki, 1999-cu ildən 2007-ci ilədək olan dövrdə yoxsulluqdan 300 milyon nəfər ölüb. Hətta iki dünya müharibəsi belə ümumilikdə bu qədər insanın həyatına son qoymayıb.
Yoxsulluq səviyyəsi getdikcə artır
BMT-nin 2023-cü il Qlobal Yoxsulluq İndeksinə əsasən, 110 ölkədə yaşayan 6,1 milyard insanın 1,1 milyardı yoxsulluqla mübarizə aparır. Təşkilatın 2020-2023-cü illəri əhatə edən “Fəaliyyətsizliyin insani dəyəri” adlı hesabatındakı məlumatlar aşağı gəlirli ölkələrdə yoxsulluğun səviyyəsinin 2020-2023-cü illər arasında daha da artdığını aşkarlayıb. Bu, o deməkdir ki, daha 165 milyon insan gündə 3,65 dollardan az pula qane olaraq yaşayır.
Aşağı gəlirli ölkələrdə yaşayan bu 165 milyon insanın ən yoxsul 20 faizi hələ Covid-19 epidemiyasının təsirindən qurtula bilməyib. Yoxsulluqla mübarizə aparanların demək olar ki, yarısı Afrikada yaşayır. BMT yoxsulluqla mübarizə aparan insanların yaşadığı regionların qeydə alınmasının və lazımi yardım mexanizmlərinin yaradılmasının vacib olduğunu vurğulayır.
Dünyadakı hər 6 yoxsul insandan 5-i Mərkəzi Afrika və ya Cənubi Asiyada yaşayır. Bölgələr üzrə bölgüyə nəzər saldıqda, Mərkəzi Afrikada yaşayanların 47,8 faizinin yoxsulluqla mübarizə apardığı halda, Cənubi Asiyada bu nisbətin 34,9 faiz olduğunu görmək olar.
2024 və 2025-ci illərdə...
Dünya Bankının məlumatına görə, Cənubi Asiya iqtisadiyyatının 2023-cü ildə 5,8 faiz artacağı gözlənilir. Bu artım tempinin epidemiyadan əvvəlkindən daha yavaş olduğu və inkişaf hədəflərinə çatmaq üçün kifayət etmədiyi qeyd edilir. “Cənubi Asiyanın İnkişaf Yeniləməsi: Daha Sürətli, Daha Təmiz İnkişafa Doğru” hesabatına görə, bu artımın 2024-cü və 2025-ci illərdə 5,6 faizə qədər yavaşlaması gözlənilir.
Bölgə iqtisadiyyatının böyük bir hissəsini öhdəsinə götürən Hindistan 2023-2024-cü illərdə 6,3 böyümə sürətinə sahib olsa da, turizm sektoru sayəsində Maldiv adalarının payının 2023-cü ildə 6,5 artacağı təxmin edilir.
Borclar sosial rifahın artmasına imkan vermir
Banqladeşin iqtisadi inkişaf tempinin 2024-cü ildə 5,6 faizə enəcəyi proqnozlaşdırılsa da, Pakistanda bu nisbətin yüzdə 1,7 olacağı gözlənilir. Cənubi Asiya və Sub-Sahara Afrikası xaricində, yoxsulluqla mübarizə aparanların 65 faizi Çin, İndoneziya, Myanma, Sudan və Yəməndədir.
BMT-nin İnkişaf Proqramının Administratoru Achim Ştayner qeyd edib ki, bu ölkələrin yüksək borc səviyyəsi qeyri-adekvat sosial xərclər və yoxsulluq səviyyəsinin artması ilə əlaqələndirilə bilər: “Bu gün 46 ölkə, ümumi dövlət gəlirlərinin 10 faizindən çox xalis faiz ödənişləri ödəyir”.
BMT-nin məlumatına görə, aşağı gəlirli ölkələr xalis faiz ödənişlərinə sosial yardımdan iki dəfə, səhiyyəyə isə 1,4 dəfə çox vəsait ayırırlar. Qeyd olunub ki, borclar bu ölkələrdə təhsil xərclərinin 60 faizini təşkil edir.
Atılan addımlar yetərli deyil
Dünya Bankının Cənubi Asiyada yoxsulluqla mübarizə üçün atdığı addımlara 2023-cü ildə regiona 10,1 milyard dollar yardım ayrılması daxildir. Bu yardım borcun idarə edilməsi, məşğulluq, sosial müdafiə, havanın çirklənməsi, iqlimə davamlılıq kimi məsələlər üzrə xərclənib.
Digər tərəfdən, 2030-cu ilə qədər yoxsulluğun aradan qaldırılması BMT-nin dünyanı qorumaq və rifahını təmin etmək üçün müəyyən etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədləri (SDG) sırasındadır. SDG yoxsulluğun qarşısını almaq üçün aşağı gəlirli ölkələri iqtisadi cəhətdən inkişaf etdirməyi hədəfləsə də, bunun ətraf mühitə zərər vermədən həyata keçirilməsinin vacibliyi vurğulanır.
BMT-nin məlumatlarına görə, dünyada yoxsulluq nisbətinin artımını azaltmaq və gündə 3,65 dollardan az pulla yaşayan milyonlarla insanı yoxsulluqdan çıxarmaq 14 milyard dollardan bir qədər çox məbləğin, borcların ödənilməsinə, sosial ehtiyacların maliyyələşdirilməsinə ayrılması kimi addımlarla mümkündür.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13

