Məktəblərdə telefon qadağası…
22.12.2023 [16:03]
Olsun, olmasın?
Yeganə BAYRAMOVA
Orta məktəblərdə telefon qadağası ilə bağlı məsələ ara-sıra müzakirə olunmaqdadır. Bu mövzu ilə bağlı fikirlər müxtəlifdir. Bəziləri düşünür ki, şagirdlərin sinifdə mobil telefondan istifadə etməsi yolverilməzdir. Çünki əlində telefon olan şagirdin diqqəti müəllimdə yox, telefonda olur. Onun telefonuna zəng və mesaj gəlməsi isə digər şagirdlərin fikrinin yayınmasına və dərs prosesinin pozulmasına səbəb olur.
Bəzi ekspertlər isə düşünür ki, bu gün təhsilin qarşısında duran vəzifələrdən biri şagirdlərdə müasir texnologiyalara əsaslanan, günün tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılmasıdır. Yaxın keçmişdən fərqli olaraq şagirdyönümlü bilik və bacarıqların formalaşdırılması seçim deyil, günün ən vacib tələbidir. Bu baxımdan, qloballaşan dünyada qeyd etdiyimiz bacarıqların formalaşması üçün İKT avadanlıqlarına, eyni zamanda ağıllı telefonlara böyük ehtiyac var. Bütün bunları nəzərə alaraq şagirdlərin məktəbdə smatrfon telefonlardan istifadə etməsinə qadağa qoyulması doğru deyil.
Əksər valideynlər də bu qadağadan narazı qaldıqlarını bildirir, qeyd edirlər ki, övladlarından istədikləri vaxt xəbər ala bilmək üçün onların məktəbə telefon aparması mümkündür.
Yeri gəlmişkən, bu günlərdə Rusiyada orta məktəblərdə şagirdlər tərəfindən mobil telefondan istifadəni məhdudlaşdıran qanun imzalanıb. Sənədə əsasən, dərs zamanı şagirdlər və təhsil müəssisəsinin işçilərinin həyat və sağlamlığı üçün təhlükə yaranması halı istisna olmaqla, mobil telefondan istifadə qadağa edilir.
Xatırladaq ki, bir neçə ay öncə Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı söyləmişdi ki, hazırda məktəbə telefon gətirməyi qadağa edən norma yoxdur: “Məktəbin daxili qaydasında bu ola bilər. Bu ilin sonuna bir sıra davranış qaydaları tənzimlənməlidir. Telefon şagirdin əmlakıdır, onu almaq, harasa qoymaq üzərində düşünülür. Telefon qadağasını qayda olaraq rəsmiləşdirmək niyyətindəyik. Dərs zamanı telefon istifadəsi olmaz”.
Dünya ölkələrində vəziyyət..
Artıq bir neçə ildir bəzi ölkələrdə şagirdlərin məktəbdə mobil telefondan istifadəsinə qadağa qoyulub. Məsələn, Fransa hələ 2018-ci ildən 15 yaşından aşağı olan şagirdlərə məktəb ərazisındə telefondan istifadəni qadağan edib. Həmçinin Avropanın 4 dövləti və ABŞ-ın 13 ştatında məktəb ərazisində şagirdlərin telefondan istifadəsi qadağandır. Türkiyədə də məktəbə telefonla gəlmək qadağan olunub.
Telefon qadağası vacibdir…
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi orta məktəblərdə telefon qadağasının vacib olduğunu düşünür: “Çünki, aşağı nəticə göstərən abituriyentlərin sayı getdikcə artır. Bunun da səbəblərindən biri mobil telefonlardan istifadədir. Şagirdlər mobil telefondan istifadə etdikcə dərs çalışmalarına, hazırlıqlara vaxt sərf edə bilmirlər və nəticə etibarilə bu onların təhsil göstəricilərinə təsir etmiş olur.
Bu fakt təkcə məktəbləri əhatə etmir, universitet tələbələrinin akademik göstəricilərinə də mobil telefonlardan istifadənin təsiri olur. Tələbələrə bunu qadağan edə bilmərik, amma şagirdlərə məktəbdə telefondan istifadə edilməsi, məktəbə telefon gətirilməsini qadağan edə bilərik. Bəziləri bunu insan hüquq və azadlıqlarının qarşısının alınması kimi dəyərləndirir. Amma məqsədimiz ideal cəmiyyət, şəxsiyyət formalaşdırmaqdırsa bu kimi amilləri mütləq diqqətdə saxlamalıyıq. Əgər bu gün şagird dərsin gedişatında hər hansı bir fənnə qulaq asmır, onun əvəzində mobil telefonda hər hansı bir video izləyir və yaxud da müəyyən bir oyun oynayırsa, təbii ki, bu bizim üçün arzuolunan bir fakt deyil”.
Övladına bahalı telefon alan valideynlər…
Ekspertin sözlərinə görə, son dövrlər valideynlər övladlarına ən bahalı telefonları alıb verirlər və sonra nəticə zəif olanda bunun səbəbini məktəbdə axtarırlar: “Övladımıza ən bahalı telefonu alıb vermişiksə o uşaq ideal nəticə göstərə bilməyəcək. İstisnalar da var, təbii ki, kimdəsə telefon var o demək deyil ki, bütün günü ancaq telefondan istifadə edir, telefonla oynayır. Yəni, elə abituriyentlər var ki, qədərində, ona lazım olan səviyyədə telefondan istifadə edir. Ümumilikdə götürsək, cəmiyyət olaraq mobil telefonlardan təyinatı üzrə istifadə etmirik, telefondan hər bir vasitə kimi istifadə edirik. Hesab edirəm ki, məktəblərdə şagirdlərə ən azı dərsin gedişatında telefon qadağası mütləq vacibdir”.
Sadəcə telefon amilinə fokuslanmaq yanlışdır
Psixoloq Elnur Rüstəmovun fikrincə, uşaqlarımızı tərbiyəli yetişdirmək istəyiriksə, sadəcə telefon amilinə fokuslanmaq yanlış olardı: “Bu gün məktəbli uşaqların telefon istifadə etməsi zəruri deyil. Lakin buna qadağa qoyulsa belə əməl etmək mümkünsüz görünür. Deyək ki, məktəblərin birində güclü nəzarət oldu və uşaqların telefon istifadəsinə qadağa qoyuldu. Ancaq unutmaq olmaz ki, problem məktəblinin telefon istifadə etməsində deyil, ondan düzgün istifadə etməməsindədir. Deməli, problem telefon istifadəsini məhdudlaşdırmaqla həll olmur”.
Telefon qadağası ilə problem həll edilməyəcək
Psixoloqun sözlərinə görə, yaranan problemlərin həllində məktəblərin üzərinə böyük öhdəlik düşür: “Məktəb psixoloqları yaxşı işləməlidir. Bunun üçün mütləq ailə ilə kompleks şəkildə hərəkət edilməlidir. Məktəbə hər telefon aparan uşaq ondan qeyri-etik istifadə etmir. Bəzi şagirdlər telefonunu heç çantasından belə çıxartmır. Çətin tərbiyə olunan uşaqların tərbiyəsi və psixologiyası ilə vaxtında məşğul olduqda cəmiyyətə sağlam şəxsiyyət bəxş edə bilərik. Sadəcə telefon qadağası ilə heç bir problem həll edilməyəcək”.
Şagird məktəbə telefon gətirirsə…
Ümumi Təhsil üzrə Dövlət Agentliyi ölkəmizdəki orta məktəblərdə telefon qadağası ilə bağlı məsələ barədə açıqlama verib. Agentliyin məlumatına əsasən, ötən tədris ilinin 2-ci yarımilindən başlayaraq, ölkəmizin 300 məktəbində şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir: “Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır. Dərs məşğələləri bitdikdən sonra isə telefon şagirdə geri qaytarılır”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37

