Tələbələrə məsləhət...
15.02.2024 [11:00]
Müasir dövrdə gənclərin qarşısına qoyduqları ən önəmli məsələlərdən biri də dövrün tələblərinə uyğun ixtisaslarını seçməsidir.
Heç kim dəqiq bilmir ki, bir neçə onillikdən sonra bu peşələr necə adlanacaq və onlara nələr daxil olacaq. Amma artıq bu gün yeni kadrlara ehtiyac duyacaq perspektivli sahələri təsəvvür etmək olar. İnformasiya texnologiyaları, kibertexnika, kibertəhlükəsizlik, alternativ enerji mütəxəssisi, virtual reallıq dizayneri və s. kimi ixtisaslar gələcəyin ixtisasları sayılır. Bu sahələr üzrə mütəxəssislərə bu gün də tələbat çoxdur. Qeyd etməliyik ki, müasir dünyada texnologiyanın və proqram təminatı sənayesinin üstünlüyü danılmazdır. Sistem proqramlarından tutmuş oyunlara qədər istifadə etdiyiniz hər şey proqram tərtibatçıları tərəfindən hazırlanır. Proqramçılar məhsulu daha təkmil etmək və daha çox istifadəçi cəlb etmək üçün yeni yollar axtarışında olurlar. Belə olduğu halda bu sahə üzrə ixtisaslaşmış yeni mütəxəssislərə ehtiyac duyulur. Son araşdırmalara görə, bu gün planetin hər dörd insandan birində psixoloji problemlər mövcuddur. İnsanlar zaman keçdikcə peşəkar psixoloji yardım üçün mütəxəssislərə daha çox müraciət etməyə başlayırlar.
Bundan əlavə, bir çox sahələr kimi psixoloq peşəsini avtomatlaşdırmaq qeyri mümkündür. Son on illərdə üstünlük verən sahələrdən biri də bir Data Analitika sahəsidir. Doğru analiz edilmiş məlumat əsasında sağlam biznes qərarları verə bilən məlumat analitiklərinə tələbat artmaqdadır. Qeyd edək ki, bu sahəyə yiyələnmək üçün kompüter elmləri, informasiya texnologiyaları, riyaziyyat və digər əlaqəli sahələri dərindən öyrənmək lazımdır. Bəs ölkəmizdə vəziyyət necədir? Gənclərimiz daha çox hansı sahələrə üstünlük verirlər?
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nurizadə “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirir ki, Azərbaycanda abutiryentlərin daha çox üstünlük verdiyi ixtisaslar, həmin ixtisasın nüfuzu, cəmiyyət arasındakı piarın artması və digər məsələlərə görə dəyişir: “Uzun illər üçüncü ixtisas qrupu üzrə hüquqşünaslıq ixtisası, birinci qrup üzrə isə neftlə əlaqəli ixtisaslar üstünlük təşkil edib. İkinci qrupda iqtisadiyyat, dördüncü qrupda məlum olduğu kimi tibb sahəsi daha çox seçilir. Bu gün dövlət sifarişli plan yerləri hansı qrup üzrə daha çox ayrılıbsa, əmək bazarının həmin ixtisasa daha çox ehtiyacı olması anlamına gəlir. Abituriyent jurnallarında hər il dövlət sifarişli plan yerləri ilə bağlı bütün detallar əks olunub”.
E.Nurizadə onu da qeyd edir ki, ixtisas seçərkən mütləq şəkildə araşdırma aparmaq lazımdır: “Abituriyent yalnız bir ixtisasa ürəkdən bağlı olur. Lakin mütəxəssislər tərəfindən onlara bu sahədə fikirlərini dəyişməkdə manipulyasiya etmək asan məsələdir”.
Araşdırmalar göstərir ki, ötən illəri birinci ixtisas qrupu üzrə ən çox üz tutan ixtisaslar İT sahələri, ikinci qrupda isə Beynəlxalq Loqistika, üçüncü qrupda çox yer ayrılan ixtisas isə sosial iş olub.
Bu gün Azərbaycanda hər zaman geniş müzakirə olunan mövzulardan biri də universiteti yeni bitirən gənclərin iş tapmaqda yaşadıqları çətinliklərdir. Bir çox məzunlar uyğun işə qəbul ola bilmədiklərini, buna səbəb isə dil bilikləri və təcrübə tələb edilməsini göstərirlər.
İqtisadçı Eyyub Kərimli açıqlamasında bildirir ki, bütün dünya ölkələrində olduğu kimi, ölkəmizdə də əmək bazarı dinamik hərəkətdədir. Onun sözlərinə görə əmək bazarında iqtisadiyyat sahələrin inkişafına uyğun müəyyən peşələrə ehtiyac yaranır, bəzi peşələrə isə məhdudiyyət azalır: “Universitetə daxil olan hər bir şəxs öz peşəsini seçərkən mütləq analiz aparmalı, əmək bazarı ilə maraqlanmalıdır. Hesab edirəm ki, gələcək iqtisadi strategiyasını nəzərə alsaq müəyyən kadr çatışmazlığı yaşanacaq. Yaxşı olar ki, universitetlər bu istiqamətdə mütəxəssis yetişdirməsinə dəstək olsunlar. İlkin olaraq alternativ və bərpa olunan enerji üzrə mütəxəssislərə ehtiyacı olacaq. Çünki ölkənin əsas gələcək strateji hədəflərindən biri də bu sahənin inkişafıdır. Eyni zamanda, kənd təsərrüfatı sahəsində ciddi aqr?nom qıtlığı yaşanır. Hesab edirəm ki daha çox texniki ixtisaslara böyük ehtiyac yaranacaqdır. Həmçinin növbəti illərdə robot texnikası, marketing və İT ixtisası üzrə mütəxəsislər üstünlük təşkil edəcək. Gənclər öz kariyeralarını bu istiqamətdə yönləndirsələr əmək bazarında daha tez öz yerlərini tuta biləcəklər”.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

