Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Turizm / Azərbaycanın lüks turizm potensialı Moskvada təbliğ olunub

Azərbaycanın lüks turizm potensialı Moskvada təbliğ olunub

28.09.2024 [14:49]

Azərbaycan Turizm Bürosunun iştirakı ilə sentyabrın 26-27-də Moskva şəhərində keçirilən “Luxury Travel Mart (LTM) Moscow Autumn” tədbirində ölkəmizin lüks turizm potensialı tanıdılıb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl lüks turizm destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tərəfdaşları müəyyənləşdirmək, həmçinin təbliğat fəaliyyətlərini genişləndirməkdir.

Rusiyanın lüks turizm üzrə ixtisaslaşmış aparıcı turoperator və agentlikləri ilə keçirilən B2B (biznesdən-biznesə) görüşlərdə Azərbaycanın turizm potensialı, o cümlədən xizək kurortları, Bakı şəhər turları, sağlamlıq və termal istirahət mərkəzləri, eləcə də işgüzar və lüks turizm məhsulları haqqında məlumat verilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana ümumilikdə 501 417 nəfər səfər edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18 faizdən çox artıb.

Paylaş:
Baxılıb: 1003 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30