Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Turizm / AZAL Bakıdan Sankt-Peterburqa uçuşlara başlayır

AZAL Bakıdan Sankt-Peterburqa uçuşlara başlayır

31.01.2022 [15:17]

“Azərbaycan Hava Yolları" aviaşirkəti mart ayında Bakı ilə Sankt-Peterburq arasında uçuşların yerinə yetirilməsini bərpa edir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, aviadaşıyıcı martın 17-dən etibarən Bakı-Sankt-Peterburq-Bakı istiqamətində həftədə iki dəfə - cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Rusiyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunmuşdur: https://www.azal.az/az/information/covid-russia

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan. Sankt-Peterburqdan Bakıya uçuş zamanı COVİD-19 testindən keçmək zəruridir.

PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

Paylaş:
Baxılıb: 2285 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30