Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Turizm / Azərbaycana turist axını 2 dəfədən çox artıb

Azərbaycana turist axını 2 dəfədən çox artıb

24.10.2022 [15:37]

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 176 ölkədən 1 162,7 min nəfər və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gələnlərin 26,6 %-i Rusiya, 19,6 %-i Türkiyə, 11 %-i İran, 7,4 f%-i Səudiyyə Ərəbistanı, 4,8 %-i Gürcüstan, 3,2 %-i Pakistan, 3,1 %-i Hindistan, 2,3 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,9 %-i Qazaxıstan, 1,8 %-i Ukrayna, 1,7 %-i İsrail, 1,6 %-i Küveyt, 1,5 %-i Özbəkistan, 1,4 %-i Oman, 1,1 %-i Böyük Britaniya, 11 %-i digər ölkələrin vətəndaşları olub, 74,4 %-ni kişilər, 25,6 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 167,9 dəfə, Omandan 130,8 dəfə, Səudiyyə Ərəbistanından 99 dəfə, Pakistandan 25,4 dəfə, Hindistandan 16 dəfə, Qazaxıstandan 5,7 dəfə, İsraildən 5,5 dəfə, BƏƏ-dən 5,2 dəfə, Bəhreyndən 4,8 dəfə, ABŞ-dan 3,4 dəfə, Almaniyadan 2,9 dəfə, Fransadan 2,7 dəfə, Böyük Britaniyadan 2 dəfə, Türkiyədən 1,7 dəfə, Ukraynadan 1,7 dəfə, Rusiyadan 1,7 dəfə, İrandan 1,6 dəfə, Gürcüstandan 25,5 % artıb.

Son 1 ildə körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 283,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 55,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 395,3 min nəfər olub.

Paylaş:
Baxılıb: 1581 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30